Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (2-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (2-ci hissə)

DİLİ QORUMAQ

Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur.

Elə buna görə də susmaq hikmət qapılarındandır.

Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mö᾽min bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar.

“Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.”

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Mö᾽minin nicatı dilini qorumaqdadır”.


“İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!”
Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib.

Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: “Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: “Səni Allaha and verirəm, məni əzaba düçar etmə.”

Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bə᾽zən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şər᾽i qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bə᾽zi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be mə᾽ruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərinizi isə keçmiş günlərinizdən xeyirli etsin.

NƏFSİN MÜHASİBƏSİ

Hər gecə öz-özünüzlə hesab çəkin.

Ey insan, (Allah sənə hər iki dünyanın xeyrini ruzi etsin) səninlə hesab çəkilməmiş özün özünlə hesab çək. Müdir hər gecə öz işçisi ilə hesab çəkdiyi kimi sən də hər gecə yatmaqdan qabaq bu ötən gün ərzində etdiklərini saf-çürük et. Əgər o işlər arasında günahın varsa Allahdan o günahın bağışlanmağını istə və əgər yaxşı bir əməli tərk etmisənsə yerinə yetirməyi qərara al. Əgər süstlük, ğəflət, bekarçılıq, mal zay etmək kimi hallara düçar olmusansa, özünə moizə və nəsihət verməklə nəfsini ədəbləndir və onu itaət etməyə məcbur et. Tacir kimi dəqiq ol, vaxtını zay etmə, ömrü ucuz və ziyanlı qiymətə satma. Əgər vaxtını yaxşı işlərdə sərf etmisənsə buna görə Allaha şükr et və ondan bu işlərin çoxalmasını istə. İmamlardan rəvayət olunur ki, “Hər gün özü ilə hesab çəkməyən şəxs bizim şiələrimizdən deyil. Əgər gün ərzində xeyirli iş görübsə Allahdan bu işin çoxalmağını istəsin və əgər günah iş görübsə Allahdan bağışlanmağını istəyib tövbə etsin”

NƏFSİN KEŞİYİNDƏ

Ey insan, nəfsinin işlərində diqqətli ol. Bunu bil ki, Allah səni görür və hər bir halda etdiyin hərəkətə, işə, dediyin sözə, gördüyün səhvə, atdığın qədəmə, çəkdiyin nəfəsə, hətta keçirdiyin anlara belə agahdır. Allah bəyəndiyini sən də bəyən, Onun seçdiyini sən də seç. Loğmandan hekayət olunur ki, oğluna dedi:

Ey insan, Allahla olsan heç vaxt günah etməzsən. Çünki onun gördüyünü və xəbərdar olduğunu bilsən həya səni onunla müxalifət etməyə qoymaz”


Geri dön

Dalga

  • 4 mart 2012 19:08
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
Oxudum cox gozel qeyd etmisiz tewekkur edirem

--------------------

Priya

  • 4 mart 2012 18:16
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Həqiqətən çox maraqlı və dəyərli idi.Çox təşəkkürlər.

--------------------




FLY TIME

  • 4 mart 2012 16:56
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
tesekkurler.......

...BARSA FANATI....

  • 4 mart 2012 15:55
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
Sitat: Angel-Feride
Allah razi olsun,oxudum gozel xeber idi,tesekkurler




...tskk....

Angel-Feride

  • 4 mart 2012 15:48
  • Məqalə: 54
  • Şərh: 1027
  • Bal:
{awards}
Allah razi olsun,oxudum gozel xeber idi,tesekkurler

Shokoladka

  • 4 mart 2012 14:56
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Ilk serh menden._TUNAR_MAMEDOV_ tesekkurler..

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 54
Cəmi: 82

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 581
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 110
 
MiSS HaPPy)
Xəbərləri: 12
Cəmi: 21
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 8
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 7
Cəmi: 672
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
Dəlishka
Xəbərləri: 3
Cəmi: 3
 
 
{slinks}