ALLAHın lütf və Əzəməti

 
ALLAHın lütf və Əzəməti

ALLAHIN LÜTF VƏ ƏZƏMƏTİ

1– İmam Səccad əleyhissalam buyurur… Həmd yalnız Allaha məxsusdur və həmd Ona layiq olduğu kimi Onun haqqıdır. Ona çoxlu şükür və həmd edirəm. Allaha pənah aparıram öz nəfsimin şərrindən, həqiqətən nəfs Rəbbimin rəhm etdiyi şəxslərdən başqa (qalan bütün) insanları pisliklərə sürükləyəndir. Allaha pənah aparıram Şeytanın şərrindən, o Şeytan ki, günahımın üstündən günah artırır. Allaha sığınıram bütün facir zülmkarlardan, qəddar padşahlardan və güclü düşmənlərdən!

İlahi, Pərvərdigara, məni Öz qoşunundan qərar ver. Çünki Sənin qoşunun və yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir qorxu və qəm-qüssə yoxdur.

Pərvərdigara, mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti, paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş səhabələrinə salavat göndər. Mənim üçün üç şey əta et… Günahlarımı bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha, yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə...

Biharul-ənvar 90÷187, Mülhəqqati-Səhifeyi-Səccadiyyə ÷572.

2– Rəsuli-əəm (s.ə.v.v.) buyurur… Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.

Xisal ÷322.


3– İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur… Xaliqi əzəmətlə yad etməyiniz məxluqu gözünüzdə kiçildər.

Nəhcül-bəlağə, kəlimati-qisar÷129.

4– İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur… Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və danışığını Allah üçün ixlaslı (xalis) etsin.

Biharul-ənvar÷77÷289.

5– İmam Sadiq əleyhissalam buyurur… Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)

Biharul-ənvar ÷70÷25.

6– İmam Sadiq əleyhissalam buyurur… Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər (yə`ni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır).

Biharul-ənvar ÷93÷162.

7– İmam Baqir əleyhissalam buyurur… Allaha and olsun, Allah-taala camaatdan iki xislətdən başqa heç nə istəməmişdir… Onun ne`mətlərini iqrar etsinlər, nəticədə Allah o ne`mətləri artırsın və günahlarını e`tiraf etsinlər, nəticədə Allah onları bağışlasın.

Üsuli-kafi÷2÷426.

8– İmam Hüseyn əleyhissalam buyurur… Həqiqətən Allah-taala bəndələri yalnız buna görə yaratmışdır ki, Onu tanısınlar. Elə ki, Onu tanıdılar ibadət edərlər və ibadət etsələr Ondan qeyrilərinin ibadət etməkdən ehtiyacsız olarlar.

Səfinətul-bihar ÷2÷180.

9– İmam Əli ibni Hüseyn əleyhissalam buyurur… Mö`min bəndədə üç xasiyyət olarsa həlak olmaz… Allahdan başqa heç bir mə`budun olmamasına şəhadət vermək, Onun şəriki olmadığına inanmaq, Rəsuli-əkrəmin şəfaətinə və Allahın rəhmətinin genişliyinə inanmaq.

Səfinətul-bihar÷517.


Geri dön

Priya

  • 4 mart 2012 19:55
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
Əvvəlkilərdən xəbərim vardı,amma,sonrakıları bilmirdim.Çox təşəkkürlər.Öyrəndim.Rəbbim razı olsun sizdən.

--------------------




Nikoyl

  • 4 mart 2012 19:52
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------

★Miss Love★

  • 4 mart 2012 18:58
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
Allah razi olsun ,cox wukurki men ibadeтimi vaxтli vaxтinda ede bilirem Allah mene bu imkani verib,eтmeуenlere Allah nesib elesin

★Adriana★

  • 4 mart 2012 18:29
  • Məqalə: 238
  • Şərh: 2958
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR

--------------------

mirsaab

  • 4 mart 2012 18:00
  • Məqalə: 0
  • Şərh: 377
  • Bal:
{awards}
tesekkurler ALLAH RAZI OLSUN

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

B_A_H_A_R

  • 4 mart 2012 17:29
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TESEKKUR.AGAMIZ HUSEYNIN SOZLERI COX TESIRLIDIR.IBRET ALINMALI SOZLERDIR.BELKE BUNU OXUYUB IBRET ALARLAR.NAMAZIN VACIBLIYINI HEC KES ANLAMIR EGER ANLASAYDILAR GECE GUNDUZ NAMAZIN USTUNDEN DURMAZDILAR.

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 41
Cəmi: 53

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}