Alışveriş asılılığı

 
Alışveriş asılılığı

Alver Xəstəliyi

Dostlarınızla olmaq yerinə alışverişə gedirsinizsə, heç ehtiyacınız olmayan məhsulları alırsınızsa, pulunuz olmasa belə, alışveriş etmə istəyinizin önünə keçə bilmirsinizsə, alver asılısı ola bilərsiniz.


Alver asılılığı müalicə edilməsi lazım olan psixoloji bir narahatlıq olmasının yanında əslində ciddi bir asılılıq növüdür. Bu psixoloji xəstəlik; adamın alver edərək rahatlaması, xoşbəxt, güclü və özünü digər insanlardan daha üstün hiss etməsi kimi ifadələr göstərə bilər. Ümumiyyətlə, adamın özünü depressiyada, tək və problemləriylə başa çıxa bilməz hiss etdiyində getdikcə artaraq idarəsiz alver etməsiylə ortaya çıxar.


Alkoqolizm kimi bir xəstəlikdir…

Alman psixoloq Emil Krapelin, bu vəziyyəti belə açıqlayır: "Alver asılılığı da, alkoqolizm, ya da qumar asılılığı kimi psixoloji bir xəstəlikdir." Alver asılısı olan adamla alver etməyi sevən adam arasında müəyyən fərqliliklər vardır. Hər ay dörd ayaqqabı alan adama alver asılısı deyilə bilməz, amma ayaqqabılara qarşı həddindən artıq bir maraq olduğu deyilə bilər. Asılı olan adam isə yoldaşlarıyla vaxt keçirmək ya da digər ictimai fəaliyyətləriylə məşğul olmaq yerinə alver etməyi seçər. Hətta bəzən heç bir zaman geyməyəcəyi bir ayaqqabını yalnız şkafına qoymaq üçün alar.



Borc alıb alverə çıxarlar.

Bəzi alver asılısı olanlar isə alver paketlərini görüncə rahatlayar. Bir qadın orta hesabla dördlə altı saat arası alver edə bilərkən, asılı səhər saat 10dan axşam 7yə qədər bunu reallaşdıra bilər. Alver asılılarının müəyyən bir büdcəyə sahib olması lazım deyil. Lazım olsa, borc alıb alverə çıxarlar. Alver asılısı açılmamış paketlər evdə durarkən, təkrar alverə çıxa bilər. (Cosmopolitan)

Əksəriyyətlə, insanlar alveri sevərlər. Xüsusilə qadınlar üçün alver böyük bir rahatlama vasitəsidir. Alveri sevməklə, alver xəstəliyi eyni şey deyil. Tərifdə də verdiyimiz kimi bunun xəstəlik sayıla bilməsi üçün "həddindən artıq" bir şəkildə edilməli və düşünülməlidir. Qadınlar üçün rahatlama vasitəsi dedik, ancaq bu sizi yanıltmasın, bu gün kişilər də alver xəstəliyinə tutula bilərlər. Xüsusilə metroseksual kişilərin alverə düşkün olduqları açıq-aydın bilinir.

Alver xəstəliyinin adı "oniomani"dir və 1900-cü illərdə təyin olunmuşdur. Olduqca köhnə bir tarixdə təyin olunmuş olması o zamanlar da belə bir narahatlığın olduğunu göstərir. Bu gün müasir dünyanın gətirdiyi istehlak mədəniyyəti, insanları media vasitəsilə daha çox almağa və istehlak etməyə məcbur edir. Alver xəstəliyini qızışdıran "al məni"li reklamlar, narsist şüarlar və bunların yanında mövsüm sonu endirimlər, kampaniyalar və kredit kartlarına bol kredit variantları da alma impulsunu daha da artırır.

Alver xəstəliyi impuls idarə pozğunluğu və asılılıq sinifindədir. Alt sinifində doyumsuzluq, bədbəxtlik, ikili və ictimai əlaqələrdə problem yaşamaq kimi bölümlər vardır. İnsanlar daha çox gərgin ya da kədərli ikən alver edərlər. Ayrıca depressiya, qayğı pozğunluqları, basdırılmış duyğular da alver xəstəliyinə yol aça bilməkdədir. Bu narahatlığa sahib kəslər həyatlarındakı romantik boşluqları alver edərək doldurmağa çalışarlar. Evli qadınlar üçün alver bəzən həyat yoldaşlarından intiqam ala bilmə vasitəsi ola bilir. Evliliklərində tutmadıqları xoşbəxtliyi alver edərək təmin etməyi düşünürlər. Alverlə təklik və bədbəxtlik anlıq da olsa aradan qaldırılmaqdadır.

Alver etmək beyindəki xoşbəxtlik hormonu serotonin də artıma səbəb olur. Alverin niyə çox sevildiyinin cavabı budur. Edilən araşdırmalara görə qadınlar alverdə orta hesabla 4-6 arasında zaman keçirməkdədirlər. Bu da o qədər saat xoşbəxtlik deməkdir. Alver xəstələri tipik olaraq alverlə birlikdə rahatlayar, ancaq bir müddət sonra bir peşmanlıq duyğusu yaşamağa başlar. Gərginliklə alverə başlayıb, aldıqca rahatlayan adam dərhal sonra peşmanlıq duyar ,içi içini yeyər.

Alver hansı nöqtədə zövq, hansı nöqtədə asılılıq olduğu mövzusunda da bunu demək mümkündür. Təməl həyati ehtiyacları çox aşırsa, bu asılılıqdır. Alver asılılarının şkafları etiketi kəsilməmiş, bir dəfə belə geyilməmiş geyim və ya əşyalarla doludur. Alver asılılarının tək dərdi markalı geyinmək, ya da trendy olmaq deyil. Onlar bunun çox kənarında bir həzz yaşayırlar.


Geri dön

_RONALDO_

  • 1 aprel 2011 00:53
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
maragli movzudu mende to do shopping xowlaMIRAM

--------------------

Ulya

  • 1 noyabr 2010 19:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

winner...

  • 29 oktyabr 2010 23:12
  • Məqalə: 5
  • Şərh: 268
  • Bal:
{awards}
wink tewekkurlerr

Baby_Love

  • 29 oktyabr 2010 22:11
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Sitat: ♥Princess♥
maragli movzudu mende to do shopping xowlayiram:))


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 27
Cəmi: 41

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}