Loğmandan (ə) İctimai və əxlaqi davranışlar

 
Loğmandan (ə) İctimai və əxlaqi davranışlar


Loğmandan(ə) İctimai və əxlaqi davranışlar

Ədəb öyrənmək

1.Loğman (ə) oğluna dedi : “Ədəb öyrənmək üçün çalış.Çünki ədəb qalan miras,sarsılmaz yoldaş və ən qiymətli bəhrədir ki,hamının xoşuna gəlir”.

Danışıq ədəbi

2.Loğman (ə) oğluna dedi : “Oğlum! Hər kim dilinə sahib çıxmasa, peşman olar”.

3. Loğman (ə) oğluna dedi : “Oğlum! Dil həsəd qapısıdır.İmkan vermə dilindən elə bir söz çıxsın ki,(nəticədə) bədəninə xəsarət gəlsin və Rəbbinin qəzəbinə səbəb olsun”.

4. Loğman (ə) oğluna dedi : “Oğlum! Çox danışan çox səhv edər,çox səhv edənin əbəs danışmağı çoxalar, əbəs danışanın yalanı artar,yalançının da günahı çoxalar.Hər kimin günahı çoxalsa,Cəhənnəmə layiqdir.ALLAH dili ziyanlarına görə dörd qapaqla bağlamışdır: iki dodaq qapağı və iki diş qapağı ilə”.

5. Loğman (ə) oğluna dedi : “Oğlum! ...Bilmədiyin şeyi danışma !”

6. Loğman (ə) oğluna dedi : “Oğlum! Az danış ki, Aqil olsan.Çox danışmaki nadan olarsan.Ağız suyunun sinənə axması (kəlamını udmağın),dilini sənə aid olmayan şeyə məşğul etməməyin,bir dəstənin içində oturub,sənə aid olmayan şey haqqında danışmağından daha yaxşıdır”.

7.Loğman (ə) oğluna dedi : “Oğlum!Sükut hikmətdən doğur,buna riayət edən isə azdır”.

8. Loğman (ə) oğluna dedi : “Oğlum! Ağzından çıxanı saxla.Həqiqətən,o zamana qədər ki, sakitsən, sağlamsan.Sənə layiq olan ,yalnız fayda aparacağın söhbət haqqında danışmaqdır”.

9. Loğman (ə) şeir formasında belə dedi :

“Elm bir zinətdir,sükut sağ qalmaq,

Danışarkən şərtdir,çox danışmamaq.

Sükuta bir dəfə peşman oldumsa,

Çox peşman edibdir məni danışmaq”.


Gülüşün qaydası

10. Loğman (ə) oğluna dedi : “Oğlum!Çalış çox gülmə.Çünki çox gülmək qəlbi qaraldır”.

11. Loğman (ə) oğluna dedi : “Oğlum!Səni təəccübləndirməyən bir şeyə (yersiz) gülmə,məqsədsiz yol getmə,sənə aid olmayan bir şey haqqında soruşma”.

Yemək yeməyin qaydası

12.Loğman (ə) oğluna dedi : “Oğlum! Ən dadlı yeməyi ye və geniş yataqda yat”.

13. Loğman (ə) oğluna dedi : “Oğlum! Tox olduğun zaman yemə.Hətta artıq qalanı itin qabağına atsan,sənin öz xeyrinədir”.

14. Loğman (ə) oğluna dedi : “Oğlum! Mədə dolduğu zaman fikir yatır,hikmət nabüd olur və bədən üzvəri ibadətdən qalır”.

15. Loğman (ə) oğluna dedi : “Oğlum! Çox yemə ki,gecə ziyanı vardır,gündüz də günaha yönəldir.(gündüz məzəmmətə salır)”.

16. Loğman (ə) oğluna dedi : “Oğlum! Ac qalmaq ən yaxşı xuruşdur”.

Qonaqlığın qaydası

17. Loğman (ə) oğluna dedi : “Oğlum! Sənin yeməyini təqvalılardan qeyrisi yeməsin”.

Ayaq yolunun qaydası

18. Loğman (ə) oğluna dedi : “ Ayaq yolunda uzun müddət oturmaq babasilə səbəb olar.O, bu cümləni ayaqyolunun qapısına yazmışdı”.


19.
Rəvayətə görə : “Loğmanın (ə) ağası ayaqyolunda uzun müddət oturdu.Loğman(ə) onu səslədi: Ayaqyolunda çox oturmaq qara ciyəri dərdə salar,babasilə səbəb olar və istiliyi –qızdırmanı baş qaldırar.Buna görə yüngül otur ,yüngül qalx(tez otur, tez qalx )”.Loğman (ə) öz hikmətini ayaqyolunun qapısına yazdı.

20.Loğman (ə) evində bir ayaqyolu tikdirməyə göstəriş verdi.Camaat evin içində örtülməmiş (açıq) yeri göstərdilər.

Loğman (ə) dedi: “Camaat! ALLAH insanı yaratdığı zaman onun yediklərinin artığını bədəninin ən gizli yerində yerləşdirdi. Deməli, ayaqyolunun evin ən öertülü yerində olması daha məsləhətə uyğundur”.

Sübh yaxınlaşır...

Ardı Var...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:53
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
Allah razi olsun

--------------------

Ulya

  • 1 noyabr 2010 19:34
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
deyerli yaziya gore twk

sevgi yalandir

  • 29 oktyabr 2010 20:27
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
tewekkurlerrr

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 118
Cəmi: 140

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}