Ölsən əgər qəlbimdə

 
Ölsən əgər qəlbimdə

Bir ölkə düşündüm...renensansa uğramamış...cinayətlərin qanuni olduğu...xaos tutqunu bir ölkə...gecələri xain,səhərləri aciz olan bir ölkə...

Anaların çığıraraq ağladığı bir ölkə... gülüş səsinin heç eşidilmədiyi bir ölkə...kim nə deyir desin...amma heç bir acı övladının cəsədi üzərində ağlayan ananın göz yaşları qədər kədərli ola bilməz...yırtılmış cəsədlərlə dolu bir ölkə...Üçüncü dünya ölkəsi...Diktatoru var...əsir düşmüş xalqı salamlayır...

Bir qadın düşündüm...hüzünə qərq olmuş ala gözləri...küləyin üzünə tökdüyü tünd xına rəngli saçları...incə beli,zərif əlləri...heç kimin duya bilmədiyi qədər tənha,hər kəsin anlamayacağı qədər qürurlu...kişilərin həsrətlə izlədiyi,bəzəksiz,baxımsız...amma çox gözəl bir qadın... içində fırtınalar qopan susqun,sözlərlə deyil gözləri ilə danışan,illərin yorğunluğu üzərinə çökməsinə rəğmən dimdik duran bir qadın...Baxışları Sophia Loren....gülüşü Adelina...

Bir xəyanət düşündüm...qırıq mərmərdən ürəyi...edam vərəqəsinə bükülmüş vicdanı...
Naləsi qulaqlarımı kar edən,sevgisi gözlərimi kor edən xəyanət...ürəyimi kövrəldən bir sevgi...tarix oxuyan şagirdin əsrlər öncə yaşamış bir şaha vurulması qədər qəribə və saf bir sevgi...və ya xəyanət...

Ey böyük hökümdar, böyük şair...müharibələrində minlərlə insan şəhid olmuş,şeirlərini milyonlarla insan həvəslə oxumuş...Sənin dövründə sənin yanında qul olmağa belə razi ikən...sənə olan gücsüz sevgimi heç kimlə bölüşməyəcək qədər insafsızam bilirəm...donmuş hüceyrələrimdə rahat yatmayacam sənin şeirlərinin, döyüşlərinin,qələbələrinin inadına...Üzərinə edam vərəqələri deyil, sənə olan sonsuz heyranlığımı sərəcəm ölsən əgər qəlbimdə...

Bir kişi düşündüm...baxışları həsrət dolu...gözləri gözlərimin vətəni...sözləri böyük sevgi romanımın ilk misraları...hər sözü mənim üçün qanun olan bir kişi...qarşısında həyəcandan dilimin tutulacağı..ömrümün axırına qədər sevə biləcəyim ...hər gün evə qayıdışında sevinc hissiylə qarşılayacağım bir kişi...

Bir ölüm düşündüm...əsrlər öncə yaşanmış bir ölüm...hamının susqunluğla izlədiyi bir ölüm...
Qəbirlərində başdaşı olmayan bir qəbirstanlıq - Mənim ürəyim...ah ölüm...bir gün sən də öləcəksən qəlbimdə bilirəm...amma sənə başdaşı hazırladacam...üzərinə yaşadığın illəri yox, yaşamadığın illəri yazdıracam...məndən neçə yüzilliklər uzaqda olduğunu xatirlamaq üçün...Ey Şahi sultan!...Sənə son dəfə bunu söyləmək istərdim...Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız...Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!

P.S: Bu yazımı yazmağa başlayanda sonunun bu cür bitəcəyini təsvir etməmişdim...bu sevgi gənc qızın adi bir oğlana olan məhəbbəti deyil...Mümkünsüz və qəribə sevgi olduğunu bilirəm...amma anlayacağınızı və bəyənəcəyinizi güman edirəm...)))


Geri dön

ANGEL LOVE

  • 6 mart 2012 12:53
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
cox kederli......

--------------------

enigmatic_girl

  • 4 mart 2012 22:26
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Ayyy pis oldum.... request

--------------------

tontonun anasi

  • 4 mart 2012 21:32
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
Sənə son dəfə bunu söyləmək istərdim...Səni heç bir vaxt, heç bir zaman görməyəcək qədər şanssız...Sənə olan rəğbətimi hər gün içimdə böyüdəcək qədər vəfalıyam!

--------------------

★Miss Love★

  • 4 mart 2012 21:22
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
dogurdanda oxuуanda ozumu cox qeribe hiss eledim,ele bilki insanin icinde nelerse qirilir,muellife тewekkurler

Yer_Gok_Ask

  • 4 mart 2012 21:03
  • Məqalə: 0
  • Şərh: 140
  • Bal:
{awards}
Tesekkurler heqiqeten maraqli idi...

Ada...07

  • 4 mart 2012 20:24
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
meena dolu sozlere heyran qaldim, negeder kederli cumleler olsada, her bir cumlede bir qozellik qizlenmiwdi sanki... cooox beyendim...

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 45

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 448
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}