İmam Sadiq (ə.s) buyurmuşdur

 
İmam Sadiq (ə.s) buyurmuşdur


Bir gün Rəsullah (s.a.s) əshabına buyurdu ki:
“Hansınız bütün günləri oruc tutursunuz?”
Səlman “Mən ya RəsulALLAH” dedi.
RəsulALLAH (s.a.s): “Hansınız (hər zaman üçün) gecəyi ibadətlə keçirirsiniz?” deyə buyurdu
Səlman “Mən ya RəsulALLAH” dedi
Yenə RəsulALLAH (s.a.s) “Hansınız Quranı hər gün xətm edirsiniz?” deyə soruşdu.
Səlman “Mən ya RəsulALLAH” dedi
Əshablarından birisi bu vəziyyətdən rahatsız olub belə dedi: “Ya RəsulALLAH! (s.a.s) Siz “Hansınız bütün günləri oruc tutursunuz?” deyə buyurdunuz,Səlman men dedi; oysaki, o çox günləri yemək yeyir. Siz “Hansınız gecəyi ibadətlə keçirirsiniz?” buyurdunuz. Səlman mən dedi, oysaki, o çox gecələri yatır. Siz “Hansınız hər gün Quranı xətm edirsiniz?” buyurduqda Səlman yenə mən dedi; oysa o, günlərin çoxunu susmaqla keçirir”

RəsulALLAH(s.a.a) onun bu sözü üzərinə belə buyurdu: “Sus ey filanı, mən sizə Həkim, Loğman kimiyim (hər sözümün bir hikməti vardır). Onun ozündən soruşsan sənə aydın edər, deyərkən o adam Səlmana belə dedi;
“Ya Eba Abdullah! (Hz.Səlmanın künyəsi) Sən bütün günləri oruclu keçirdiyinimi sayırsan?
Səlman “Bəli” dedi
O adam; ”Mən sənin çox günlər yemək yediyini görürəm” dedi.
Səlman cavabında bele dedi; “Sən bildiyin kimi deyildir, mən hər ay üç gün oruc tuturam, ALLAHu Təala buyurmuşdur ki; ”Kim bir savabla gəlirsə, etdiyinin on misli mükafat veriləcəkdir” (Enam 160)
Mən Şaban ayını Ramazan ayına müttasıl edirəm. Demək bu bütün günlərin orucunun mənasındadır.
Daha sonra o adam belə dedi: “Sən bütün gecəni ibadətlə keçirdiyinimi sayırsan?”
Səlman dedi; “Bəli”
O adam “Sən gecənin çoxunu yatırsan”
Səlman cavabında belə dedi: “Sənin düşündüyün kimi deyildir. Fəqət mən həbibim RəsulALLAH (s.a.s) ın belə buyurduğunu eşitdimki: ”Kim dəstəmazlı yatarsa, bütün gecəni ibadətlə keçirmiş kimidir”

Binaen aleyh mən daima dəstəmazlı yatıram.
Sonra o adam “Sən hər gün Quranı xətm etdiyinidə hesab edirsənmi?”
Səlman “Bəli” dedi
O adam “O isə sən günlərin çox vaxtı susursan”
Səlman cavabında belə dedi; “Sənin bildiyin kimi deyildir. Amma mən həbibim RəsulALLAH (s.a.s) dən Hz.Əliyə belə buyurduqunu eşitdimki;
“Ya Ebel Həsən! (Hz.Əlinin künyəsi) Sənin məsəlin ümmətim arasında “Qulhu vALLAHu əhəd” (İxlas surəsi) kimidir. Kim onu bir dəfə oxuyarsa, Quranıın üçdə birini oxumuşdur, kim onu iki dəfə oxuyarsa Quranın üçdə ikisni oxumuşdur; kim onu üç dəfə oxuyarsa Quranı xətm etmiş kimidir.


Daha sonra RəsulALLAH (s.a.s) belə buyurdu; “Ya Əli! Kim səni diliylə sevərsə, imanın üçdə biri kamil olar. Kim səni dili və qəlbilə sevib əli ilə də kömək etmiş olarsa imanı kamil olar”
RəsulALLAH (s.a.a) daha sonra sözlərinin davamında belə buyurdu: “Ya Əli! Mən haqq olaraq məbus qılan (peyğəmbər seçən) ALLAHa and olsun ki, əgər yer üzünün əhli səni göy üzünün əhli kimi sevsəydi, kəsinliklə heç bir kimsə cəhənnəm atəşilə əzab edilməzdi”
Daha sonra cənabı Səlman sözündən nəticə olaraq belə dedi: “Mən hər gün “Qulhu vALLAHu əhəd” (İxlas) surəsini üç dəfə oxuyuram”

Bu əsnada o adam ağzı daşla bağlanmışcasına ayağa qalxdı və çıxıb getdi.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:53
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

Ulya

  • 1 noyabr 2010 19:44
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}