Hər şeyin çoxu ziyandır!

 
Hər şeyin çoxu ziyandır!

Bəzi meyvə və tərəvəzlərin müalicəvi xüsusiyyətləri var. Аmma istifadə etdiyimiz həcm bu müsbət təsiri aradan qaldırmağa səbəb olmamalıdır. İlk növbədə qidaların fayda əvəzinə ziyan verməməsi üçün həkimdən peşəkar yardım almaq lazımdır. İndi biz sizə bəzi meyvə və tərəvəzlərin sağlamlığımıza müsbət təsiri barədə danışacağıq.

Kələm.
Çoxlu miqdarda kalsiuma malik olması osteoporoz riski olanlara faydalıdır. Xərçəngin bir çox növlərindən müdafiə qabiliyyətinə malikdir. Süd vəzisi xərçənginə səbəb olan estrogen hormonu çatışmazlığını aradan qaldırır.

Pomidor.
Bu tərəvəz C və E vitaminləri ilə zəngindir. Tərkibindəki duzun miqdarının çox az olması səbəbindən qan təzyiqini aşağı salmağa kömək edir və suyun bədəndə yığılmasını əngəlləyir. Karoten maddəsinə yaxın olan likopinlə zəngindir. Likopin təbii antioksidan maddə olaraq ürək xəstəliklərinə və prostat vəzin xərçənginə qarşı müdafiə qabiliyyətinə malikdir. Həftədə ən azı iki dəfə pomidor yeyən kişilərdə prostat xərçənginə tutulma riski əhəmiyyətli dərəcədə azalır.

Kök.
Kalium, fosfor, dəmir, maqnezium və A vitamini ilə zəngin olan kökün 100 qramında 30-42 kalori var. Tərkibində antioksidantlar olduğuna görə, ağ ciyər, döş vəzisi, qida borusu, sidik kisəsi, yoğun bağırsaq, prostat vəz xərçənglərinin inkişafı riskinin qarşısını alır. Kökün qanda xolesterinin səviyyəsini azaltdığı da aşkar edilib. Tərkibində sellülozun miqdarının çox olması qəbizliyin qarşısını alır. Kökü çiy şəkildə yemək daha düzgündür. Çünki ondakı vitaminlərin çoxu qabığın altında yerləşir.

Çiyələk.
Diş ətinin və dişlərin möhkəmlənməsi, ağız qoxusunun qarşısının alınmasında ən güclü vasitəsir. C vitamini ilə zəngin olması yüksək qan təzyiqini aşağı salır, xolesterini azaldır.

Ənginar.
Qanda xolesterinin miqdarını azaldır, tərkibindəki faydalı maddələr hüceyrələrin zədələnməsini əngəlləyir. Aparılan tədqiqatlar zamanı onun qaraciyər və öd kisəsində toplanan nikotinin, alkoqolun və yağların bədəndən çıxarılmasına kömək etdiyi məlum olub. Onun tərkibindəki sellüloz, maqnezium, fol turşusu və C vitamini qocalmanın əlamətlərini azaldır.

Cəfəri.
Ənginar kimi qaraciyərin dostu olan tərəvəzdir. Qaraciyərin metabolizmində iştirak edən fermentlərin istehsalını artırır, hepatit adlandırılan qaraciyərin iltihablaşması prosesini ləngidir. Cəfəridə aşkar edilən ariol maddəsi damarları genişləndirir və hərarəti aşağı salan təsirə, qan təzyiqini aşağı salma xüsusiyyətlərinə malikdir. Lakin kalsiumu azaltdığı üçün osteoporozdan əziyyət çəkən xəstələrin istifadə etməsi tövsiyə olunmur.

Qoz.
Külli miqtdrda A, B1, B2, C, E və K vitaminləri ilə zəngin olan qozun yarpaqları anemiyanı (qanazlığı) aradan qaldırır, ishalın qarşısını alır və şəkər xəstələri üçün çox faydalıdır.


Geri dön

Dalga

  • 5 mart 2012 19:10
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
Melumat ucun tewekkurler

--------------------

enigmatic_girl

  • 5 mart 2012 16:23
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Çiyələk.
Diş ətinin və dişlərin möhkəmlənməsi, ağız qoxusunun qarşısının alınmasında ən güclü vasitəsir. C vitamini ilə zəngin olması yüksək qan təzyiqini aşağı salır, xolesterini azaldır.

hmmmm cox sevirem.....

--------------------

Aquamarine

  • 5 mart 2012 15:32
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
{awards}
twkler ............

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

...BARSA FANATI....

  • 5 mart 2012 14:08
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
MELUMATA GORE TSKKKKKKKKKKKKK........

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}