Həyat

 
Həyat

HədiyyəƏziyyətYalanAldanmaqTənha


Bilirsən Həyat nədir?

Həyat dediyin sənə verilən bir HƏDIYYEdir.. Bu gün verilən, sabah da doymadan əlimizdən alınan bir Hədiyyə.. Sən istəsən də, istəməsən də sənə verilən və vaxtsız, zamansız səndən geri alınan bir Hədiyyə..

Mən bilirsən səni niyə çox istədim?

Sənin, sənə verilən hədiyyədən narazı olmadığına görə.. Hədiyyən çox gözəldi deyə bilmərəm, amma əsas olan da bu deyil axı, əsas sənin o hədiyyəni gözəlləşdirməyə çalışmağındır. Bilirəm, sənin üçün əsas olan hədiyyəni almaq deyildi, əsas olan aldığın hədiyyəni alnı açıq təhvil verə bilməkdir..

Bilirsən Həyat nədir?

Həyat dediyin ƏZIYYƏTlə başlayıb, əziyyətlə davam edən və əziyyətlə sona çatan bir ömürdür. RÜZGARsız yelkənin mənası olmadığı kimi, əziyyətsiz də Həyatın mənası ola bilməz. Bəlkə də Həyat, məna axtarmağımızı “məna tapmamaq“ ilə cəzalandırmağı özünə borc bilir.. bəlkə də Həyatın mənası elə Həyatı mənasızlaşdıran şeylərdədir..

Mən bilirsən səni niyə çox istədim?

Həyat

Əziyyətin altından qalxa biləcək gücə sahib olduğuna görə.. Məna axtarmaqdan vaz keçib, mənanı artıq tapdığına əmin olduğuna görə.. Qayığına dolan suyu, ovuc-ovuc belə olsa dənizə qaytarıb tökmək çavasına, açıq səmalarda, göy dənizlərdə sonsuzluğa doğru irəlləyəcəyinə inandığına görə çox istədim səni..

Bilirsən Həyat nədir?

Bir sürü YALANdan ibarət Həqiqət.. Yalan əslində qısa bir müddət, acı həqiqətləri əvəz etmək üçün gəlmişdi bu dünyaya, amma o insanlar tərəfindən bu qədər sevildiyini görüb, getmək istəmir buralardan.. Yalan hər şeydən öncə, artıq Həyatın özünə çevrilib..

Mən bilirsən səni niyə çox istədim?

Yalandan miqdarında, ancaq və ancaq başqalarının yaxşılığını düşünərək istifadə etdiyinə görə. Əyri xətkeşlə düz xətt çəkmək olmaz, amma sənin əyri xətkeşi düz tutub, düz xətt çəkmək istəyini çox istədim mən..

Bilirsən Həyat nədir?

ALDANMAQ və ALDATMAQ.. Çox sevdiyim bu 4 misra ürəyimdəkiləri daha yaxşı anladacaq:

Biz ki, yol nədi bilməzdik,
Biz ki, öl nədi bilməzdik,
Bilsək, dünyaya gəlməzdik,
Analar aldatdı bizi..


Həyat

Yaman aldatdılar bizi.. Aldandıq, özümüz də bilmədən.. Növbəti şeir, nəyə və necə aldandığımızı və ürəyimdə qalanları deyəcək sənə:

Çox qapılar açdım bir-bir,
Açdım, baxam bu sirr nədir,
Mənlə qapı arasında
Nə var qapı arxasında.
Əvvəl bu dünyanın açdım
Bəzədilmiş qapısını,
Sonra içəriyə qaçdım,
Gördüm ağrı acısını.
Diqqət etdim bu dünyaya,
Nifrət etdim bu dünyaya.
İstədim ki, qaçam geri,
Gördüm, yoxdu qapı yeri.
Onda bildim, aldanmışam,
Bəzədilmiş o qapıya
Könül verib inanmışam.
Necə çıxım bu dünyadan,
O qapını necə tapım?
Bu dünyadan çıxmaq üçün
Nəyi söküm, nəyi çapım?
Bu dünyadan o dünyaya,
Bir qapı var mənim könlüm,
O qapının adı ölüM..


Gah aldandıq gah da aldatdıq.. Insan oldunsa demək aldadacaqsan.. Başqalarını deyil, özünü.. Həyatın hər əziyyətinə tab gətirə bilməyin əsas səbəblərindən biri, özünü aldadaraq, bir gün hər şeyin düzələcəyinə inanmaqdır..

Mən bilirsən səni niyə çox istədim?

Özünü aldatmağın yeganə çıxış yolu olduğunu bilsən də, “hər zaman 2-ci çıxış yolu vardır“ deyib, 2-cinin axtarışında olduğuna görə.. Ümidin söndüyü anın, Yaşama Sevincinin tükəndiyi yer olduğunu bildiyinə görə çox istədim mən..

Həyat

Bilirsən Həyat nədir?

Həyat, özünü insanların arasında TƏNHA hiss etməkdir.. Hərdən bu dünyada tənha olduğumuzu, dərdlərimizlə baş-başa qaldığımızı düşünsək də, eyni vəziyyətdə olan milyonlarca insan vardır bu çirkin dünyada.. Bəlkə də Tənhalığımız çoxluğumuzdan irəli gelir..

Mən bilirsən səni niyə çox istədim?

Tənhalığın səni yox, Sənin tənhalığı idarə etdiyinə görə.. Ay işığının, sakitcə sənin Tenhalığını müşayiət etdiyi gecələrdə, tənha olsan da, tənha olmadığını bildiyinə görə.


Geri dön

_RONALDO_

  • 12 mart 2011 21:46
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
TEWEKKURLER

SUPERDIIIIIIIIIII

--------------------

nilayka

  • 18 fevral 2011 22:37
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
coox gozel yazidi.

--------------------

sevgi yalandir

  • 1 noyabr 2010 20:22
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
TEWEKKURLER

SUPERDIIIIIIIIIII

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

Ulya

  • 1 noyabr 2010 19:43
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
baciw coox gozel yazidi.cox beyendi,ellerien sagliq

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 39
Cəmi: 55

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}