Ləyaqət olsun

 
Ləyaqət olsun

Dilində dadı yox, şəkərin, balın,
Bilinmir mənliyin, qeyrətin, arın,
Şəhvətə uydusa əgər nigarın,
Gərəkdir, xalq içrə xəcalət olsun.

Dağı alçaltmaqla, ucalmaq istər,
Özünü gül saydı, qanqaldan betər,
Özgədən ləyaqət istəmə hədər,
Gərəkdir içində ləyaqət olsun.

Yerini, yurdunu biləsən gərək,
Hər sözü, düşünüb deyəsən gərək,
Alçaldın ,yaxşısı öləsən gərək,
Zülmətdə nurundan əlamət olsun.

Deyilən hər kəlmə qəlbin aynası,
Hansı qəlbə dəydi izi qalası,
Bir düşün gerisin, insan balası,
Gərək ürəklərdə ədavət olsun?

Zəhərə şirni qat, o şəkər olmaz,
Sevən könüllərdə, bənd, çəpər olmaz,
Hər sevdim deyəndən bil, Səfər olmaz,
Hicrana dözməyə mətanət olsun.

Ləyaqət olsun


Geri dön

enigmatic_girl

  • 5 mart 2012 16:25
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Zəhərə şirni qat, o şəkər olmaz,
Sevən könüllərdə, bənd, çəpər olmaz,
Hər sevdim deyəndən bil, Səfər olmaz,
Hicrana dözməyə mətanət olsun.

--------------------

...BARSA FANATI....

  • 5 mart 2012 14:06
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
BEYENDIMMM...
TSKKK...

sultan sevgim

  • 5 mart 2012 11:38
  • Məqalə: 0
  • Şərh: 55
  • Bal:
{awards}
pis deyil normaldi)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 49
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 410
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}