Dağların

 
Dağların

Vətən harayımı dinlə, ey xuda,
Rəvadırmı, analar yaş axıda,
Oyatmayın, heç olmasa yuxuda,
Doyunca ətəyin, gəzim dağların.

Utanıb, başın buludla bürüyər,
Bənövşəsi, qan içində çürüyər.
Dərdini söyləsə dağlar əriyər,
Sinəsi dağlıdır, bizim dağların.

Keçmişisən, bu günüsən gerçəyin,
Sinəndəki qardı, saçın, birçəyin,
Dərdə məlhəm olan, gülün, çiçəyin,
Şehli kəkotusun, üzüm dağların.

Ruhum yenə, qucağına tələsdi.
Bitərmi düşmənin qərəzi, qəsdi,
Namərd tapdağında qaldığı bəsdi,
Necə həsrətinə, dözüm dağların,

Sənsən, şairlərin şeri, qəzəli,
Yazda gülü var, payızda xəzəli,
Varmı görən, bizim dağdan gözəli,
Qəlbinə dəyməsin, sözüm dağların.

Səni istəməyən, necə bəndədi,
Sevgin doğulandan, bu bədəndədi,
Sərin yaylaq, buz bulaqlar səndədi,
Havasında qalıb, gözüm dağların.

Heyranam köksündə dumana, çənə,
Kaş əl uzadanda çataydı sənə,
Qədəmim toxunsun, qarlı zirvənə,
Qoy naxışı olsun, izim dağların.

Səni görmədiyim günləri sayım,
Səndə donub qalıb, baharım, yayım,
Göz yaşımı mirvari tək toplayım,
Gedim, sinəsinə düzüm dağların.

Tanrı yaratdı ki, yer möhkəm qala,
Çəkdiyi həsrətdən, bitirib lala.
Rəhimli, bir kərə yetsəm vüsala,
Qurbanı olacam, özüm dağların.

Dağların


Geri dön

Shokoladka

  • 5 mart 2012 22:11
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Tesekkurler...=)

--------------------


enigmatic_girl

  • 5 mart 2012 21:37
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tanrı yaratdı ki, yer möhkəm qala,
Çəkdiyi həsrətdən, bitirib lala.
Rəhimli, bir kərə yetsəm vüsala,
Qurbanı olacam, özüm dağların.

Bu seiri kim yazir? maraqlidir.... winked

--------------------

DEMET_AKALIN

  • 5 mart 2012 14:47
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
TESEKKURRRRRRRRR

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}