Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (47,48)

 
Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (47,48)

Sual: 47.
İntizarın hansı ictimai təsirləri var?

Cavab:
İntizarın insan həyatının müxtəlif sahələrinə geniş təsiri var. Ən böyük təsir ictimai məsuliyyət və xeyirxahlıq yönümlərində özünü göstərir. Çünki intizar halında insanpərvərlik səciyyəsi var. İntizarda olan insanın imamın məqsəd və amalları ilə qırılmaz bağlılığı mövcuddur. Zühur intizarında olan şəxs bu yolda addım atır. Uyğun hədəflərə doğru hərəkət edir. Onun bütün meylləri və seçimləri nəzərdə tutulmuş məqsəd çərçivəsindədir. İmam Mehdi (ə) qəmlilərin həmdərdi, məzlumların həqiqi yardımçısı, imkansızların hamisidir.

Demək, intizarda olan cəmiyyət və insan imamın istək və hədəflərinə uyğun əməl etməli, məzlumlara və məhrumlara yardım göstərməli, dərdlilərin dərdinə məlhəm qoymalı, xalqın problemlərini gücü həddində həll etməlidir. Əgər bu şərtlər ödənsə, intizarda olan cəmiyyətdə məhrumlar, yoxsullar, əlacsız xəstələr, problemli insanlar qalmaz.

Olsun ki, bəzi rəvayətlərdə rastlaşdığımız “fərəc intizarı özü fərəcdir” təbiri intizar çəkən cəmiyyətdə xalqın bir çox problemlərinin aradan qalxmasına işarədir. Belə bir cəmiyyət öz imamının məqsədlərini ən azı öz mühitində gerçəkləşdirir. Bu səbəbdən də imam Riza (ə) buyurur: “Fərəc intizarı fərəcdəndir.”

Sual: 48.
İntizar səciyyəsi intizarda olanların hərbi hazırlığına necə təsir göstərir?

Cavab:
İntizar hər şeydən öncə bir əqidədir. Bu əqidə növbəti mərhələdə əməldə aşkara çıxır və intizarda olan insan öz coğrafi, mədəni, ideoloji ərazisinin, eləcə də, həmməsləklərinin keşiyində durur. O, yaxın və uzaq üfüqləri diqqətlə izləyir, düşmən ordusundakı bütün hərəkətləri nəzarətdə saxlayır, ideoloji, coğrafi səngərini düşməndən müdafiə edir, hazırlıq əldə etdikdə hücuma da keçir.

Beləcə, intizarda olan cəmiyyət daim hərbi hazırlığa çağırılır. O, hərbi vasitələr və qüdrət əldə etməyi özünə vəzifə bilir. Fəqihlər cihad kitabında “mürabitə” və “rəbat” ünvanlı mövzulardan söz açır. Yəni möminlər sərhədlərdə mövqe tutub hazır olmalıdırlar ki, düşmənin hücumuna layiqincə cavab verib ölkələrini xilas edə bilsinlər.

Mürabitə və rəbat sözlərinin digər mənası imamla rabitə qurmaq, imamın xidmətində dayanmaq, imamın göstərişlərini həyata keçirməkdir. Bilin ki, möminlərin cəmiyyəti öz imamları ilə rabitə qurmalı, imamın vilayət ipindən yapışmalı, onunla peyman bağlayıb yardım göstərməlidir. Belə bir mürabitə hər bir fərdə “eyni” (bütün hallarda) vacibdir. Bu rabitə iman sütunlarındandır və bu sütunsuz əməllər qəbul olmur.


İmam Sadiq (ə) “Ali-İmran” surəsinin 200-cü ayəsinin təfsirində belə buyurur: “Çətinliklər qarşısında dözümlü olun, vəzifələrinizin icrasında möhkəmlik göstərin, imamlarla rabitə qurun.”

İmam Sadiq (ə) nəql olunmuş digər bir rəvayətdə “rabitul” sözünün imamın yanında olmaq mənasını bildirdiyi bəyan olunur.

Əsrin imamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq (47,48)


Geri dön

...BARSA FANATI....

  • 5 mart 2012 14:01
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
ALLAH razi olsun....
tskk...

eleviyye

  • 5 mart 2012 11:01
  • Məqalə: 5
  • Şərh: 61
  • Bal:
{awards}
essalamu eleyke ve rehmetullahi ve berekatuhu! ALLAHIN SALAMI OLSUN 14 MESUMA!!! ALLAHUMME SALLI ELA MUHEMMEDIN VE ALI MUHEMMED VE ECCIL FERECEHUM

--------------------
Salam olsun sənə, Ya Şahların Şahı! Salam olsun sənə, Ya Təbiblərin Təbibi! Salam olsun sənə, Ya Peyğəmbərin canı! Salam olsun sənə, Ya Möminləri Əmiri! Salam olsun sənə, Ya Əli!

seadet iwigi

  • 5 mart 2012 10:54
  • Məqalə: 4
  • Şərh: 636
  • Bal:
{awards}
ezizan,ALLAH t.t seni hifz etsin butun belalardan,pisliklerden,inwaALLAH....

--------------------
XANIM FATIMEYI ZEHRA selamullahi eleyha buyurur;,,PEYQEMBER s. ELIYE e. baxib buyurdu; Bu wexs ve onun wieleri cennet ehlidir''
,,Ihqaqul heqq''cild7,seh 307.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 79

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}