Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır

 
Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır

Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır:

“Camaat, namaz qılmağı öhdənizə alın, onu qoruyun, çox namaz qılın və qıldığınız namazla Allaha yaxınlaşın. Namaz müəyyən vaxtlarda möminlərə vacib edilən əmrdir. [Nisa, 103]

Cəhənnəm əhlinin cavabını eşitmədinizmi? Onlardan cəhənnəm əhli olmasının səbəbini soruşduqda deyirlər: “Biz namaz qılanlardan deyildik;” [Müdəssir, 43]

Gerçəkdən, namaz günahları payız yarpaqları kimi yerə salır, günah zəncirini insanın boynundan uzağa atır. İslam peyğəmbəri (s) namazı bir kişinin evi qabağından axan çeşmənin isti suyuna bənzədirdi. O kişi hər gün o çeşmə suyu ilə beş dəfə çimsə onda heç bir çirkinlik qalmaz.

Namazın dəyərini dərk edən həqiqi möminləri, dünya zinətləri - gözlərinin nuru olan var-dövlət, arvad-uşaq namazdan ayrı sala bilmir. Mütəal-Allah buyurur: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”. [Nur, 37]

Allahın rəsulu (s) insanları Cənnətlə müjdələdikdən sonra çox namaz qılmaqla özünü zəhmətə salırdı. Çünki, Allah ona buyurmuşdu: “Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!” [Taha, 132]

İslam peyğəmbəri (s) həmişə ailəsini namaza dəvət edir və özü də bu ibadəti çox böyük məhəbbətlə həyata keçirirdi”. [Nəhcül-bəlağə, xütbə 199]

Həzrət Əli (ə) namazın əhəmiyyətini belə açıqlayır


Geri dön

Bella...

  • 6 mart 2012 01:54
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
Allah razi olsun gozel xebere gore...

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

✰GlaMurKa✰

  • 5 mart 2012 15:06
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
{awards}
ALLAH razi olsun . ALLAH haminin qildigi namazlari qebul elesin AMIN

Aquamarine

  • 5 mart 2012 15:03
  • Məqalə: 0
  • Şərh: 416
  • Bal:
{awards}
cox twkler Allah haminin qildigi namazi qebul elesin qilmiyanlara da qismet elesin

--------------------
Məni sevməyən birinin arxasınca ağlamaqdansa, məni sevən birinin göz yaşlarını silərəm.

faithful

  • 5 mart 2012 14:53
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
Allah razi olsun

DEMET_AKALIN

  • 5 mart 2012 14:46
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
NAMAZ QILMAQ COX GOZELDI HEC KIM DEMESINKI VAXTIM YOXDU CUNKI 15 DEQ NEDIKI HALBUKI GUNUMUZ BIRAZDA OLSA BOS YERE SERF OLUNUR."NAMAZ QILMAQ VACIBDIR"

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

★Miss Love★

  • 5 mart 2012 13:19
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
dogurdanda bu beledir,namaz insani bir cox pis emellerden cekindirir,Allah hamiуa namaz qilmagi nesib elesin.Amin!xebere gore sagol

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 26
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}