Biz Hz. Nuhun(ə) gəmisində, insanlar tufandamı?

 
Biz Hz. Nuhun(ə) gəmisində, insanlar tufandamı?


Günahlarımızı görmək istəmərik. Günahlarımız gündəmə gəldiyində, başqalarının günahlarından bəhs etmək daha çox xoşumuza gələr...Eyni günahı etsəkdə onlardan dəm vurmarıq...

Cənnətə baxışımız da bundan fərqli deyil. Cənnəti özümüzə yaxın, başqasına uzaq görərik. Mən cənnətə girməsəm kim girər ki? Ürəyim çox təmizdi. İçimdə heç bir pislik yoxdu. Belə deyərik. Belə təsəlli taparıq...

Cəhənnəmi də özümüzə heç yaraşdırmarıq. Cəhənnəmə girəcək bu qədər günahkar varkən bizim orada nə işimiz var? Onsuz da yanacaq bu qədər insan varkən, bizə yer də qalmayacaq bəlkədə. Elə deyərik təsəlli taparıq özümüzə...

İman mövzusunda da rəftarımız eynidir. Mən tam möminəm, sağlam bir imana sahibəm, kamil bir möminəm, deyərik. Deməsək də, dində zəifliyi olan birini gördüyümüzdə içimizdən belə keçər. ALLAHa həmd edərik elə olmadığımız üçün. Bax xüsusilə bu nöqtənin insaflıca sorğulanması lazım olduğuna inanıram. Çünki yuxarıdakı, "günah, cənnət, cəhənnəm və iman" ilə əlaqədar təsbitlərimiz; iman nöqtəsindəki həddindən artıq rahatlığımızdan, iman etdim deməklə hər şeyin bitdiyini düşünməyimizdən və insanları kiçik hesab etməyimizdən qaynaqlanmaqdadır...

İnsanların imanlarına görə təsnif edilməsi; mömin, münafiq, müşrik kimi xüsusiyyətlərin sayılması normaldır. Bu növdən fərqli inanclara sahib kəslərin hər birinin axirətdəki vəziyyətlərini, nəyə layiq olduqlarını dini tərəfdən demək də təhlükəli olmamalıdı. Amma, filənkəs zəif mömindi, mən isə tam möminəm, ondan çox şey bilirəm, çox təqva sahibiyəm kimi hökm ifadə edən sözlər! Bax təhlükəli olan budur. Bu bizə layiq olmadığımız bir rahatlığı verərkən, başqasını da iman dairəsi xaricində tutma səhvinə itələyə bilər...

Ehtiyatlı davranılması lazım olan qırmızı xətt bu olmalıdır. Çünki belə haqsız bir hökm, həmsöhbətlərimizi dindən və dinə aid bütün gözəlliklərdən uzaqlara itələyə bilər. Və ya dini təmsil etdiyini düşünən bəzilərinin duyğuları, tərzi, xitab şəkli, iynələməsi, dözümlülüksüzlüyü din haqqında haqsız bir qaralamanın və ön mühakimənin də yolunu açar. Necə ki bu cür danışıqlardan, cümlələrdən, söhbətlərdən, yazılardan ötəri dindən soyudum deyən insan sayı azdımı?

Onlar günahkar ola bilər, onları bu nöqtəyə gətirənlərin heç günahı yoxdumu? Bu qorxunc bir günahdır. Kimsə bunun altına girə bilməz və girmə haqqına sahib də deyil. Çünki kimsə tək başına dini təmsil edə bilməz. Bəlkə yaxşı mömin, xeyirli bir Müsəlman, nümunə bir şəxsiyyət olmağa səy edə bilər. Bu qədər. Sonrası yoxdu...

Bəli özümüzü Həzrəti Nuhun (ə.s) gəmisində, digər bütün insanları isə tufanda görməyin kimsəyə faydası yoxdur. Çünki nə cənnət bizə bir addım qədər yaxındır, nə də cəhənnəm bizə əsrlər qədər uzaqdır...

Yəni kimsə cənnəti məzarında hazır gözləməsin. Öyünüb dayanmasın. Çünki ürəklərin açarı, Uca ALLAHın əlindədir. Bizim heç kimi gördüyümüz biri, ALLAHın qatında çox qiymətli ola bilər. Bizim böyük gördüyümüz isə ALLAH qatında heç ola bilər. Möhkəm və səmimi bir iman və bu imanı gücləndirəcək doğru ibadət. Lazım olan budu...


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:53
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Yusif

  • 3 noyabr 2010 14:09
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
coxx gozel xeberdi tesekkur

Ulya

  • 1 noyabr 2010 20:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore

sevgi yalandir

  • 30 oktyabr 2010 13:02
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 43

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}