Bir həyat hekayəsi [II hissə]

 
Bir həyat hekayəsi [II hissə]


Davamı...

Gözyaşları içində qucaqlaşdılar hava limanında.

Lakin bir neçə gün sonra... ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Əvvəlki qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: "Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut..."

Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da ağrılı, daha da çəkilməz gəlir. Qadın, heç bəyənmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama. "Bilirsən ki, sənin üçün ölümə də gedərəm.. nə olar izah et" deyə dil tökdü boş yerə...

İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə əvəz olunmuşdu sanki. Ona çatmağa çalışdıqca, beton divarlara dəyirdi qadın, hər dəyəndə də daha çox aldanırdı ürəyi...

Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi rəfiqəsinə ürəyini açarkən; "Artıq dözə bilmirəm, sənə danışmaq məcburiyyətindəyəm" deyə sözünü kəsdi yoldaşı: "O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta. Sonra qucaqlaşıb minirlər avtomobilə..."

"Sus, sus tez, eşitmək istəmirəm bu yalanları" deyə qışqırdı qadın. Neçə illik rəfiqəsini, onu qısqanmaqla günahlandırdı...

Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısına səssizcə gəldi və pəri nağıllarının, yalnız nağıl olduğunu anladı... Ərinin köhnədən eyni xəstəxanada işlədiyi gənc uşaq həkimini dərhal tanıdı. Ərinin bəzən evlərində qonaq etdikləri bu qadını necə qucaqladığını gördü...

Axşam əri evə gələn kimi, gah qışqırıb, gah ağlayaraq, gah ona sıx sarılıb gah da yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi əri.. Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər söylədi ağızında və çamadanını götürüb getdi evdən. Qapıdan çıxarkən, "son bir dəfə qucaqlamaq istəyərəm səni" demək istədi amma qadın, "rədd ol" dedi nifrətlə...

İlk məhkəmədə boşandılar... Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Dostlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Keçmiş ərinin, sevgilisiylə birlikdə Amerikaya köçdüklərini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, sevgisinin yerini ən az onun qədər qüvvətli bir duyğu olan nifrətin alması üçün dua edirdi.

Aradan bir il keçdi... Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, israrla çalan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü.

"Sən, bura nə yüzlə gəlirsən" deyə qışqırmaq istədi amma səsi çıxmadı.
"Xahiş edirəm, içəri girməyimə icazə ver, biz mütləq danışmalıyıq." dedi gənc qadın.
Divana eyləşdi və çətin eşidilən bir səslə danışmağa başladı:



Bir həyat hekayəsi [II hissə]


"Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm.. amma o 1 saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasında öyrəndi xəstəliyini və təxminən bir illik ömürü qaldığını... Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamağımı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanını yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə halı pisləşibmiş, baxıcısı məni axtardı, son anda şata bildim. Sənə bu qutunu verməyimi istədi..."

Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal ordaca ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açmağa başladı. Etinayla dözmüş bir çox kağız dayanırdı qutuda. İlk kağızda,

"Xahiş edirəm bütün qeydləri sırayla oxu birdənəm" yazırdı..

Sırayla oxudu;
"Səni çox sevdim
Səni sevməkdən heç vaxt bezmədim,
Sənin üçün ölümə gedərəm deyərdin həmişə, doğru söylədiyini bilirdim.
Lakin mənim üçün ölməyini istəmədim.
İndi mənə söz verməyini istəyirəm. Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?"


Son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın... Və son kağızda bunlar yazılı idi:
"Sahildəki evimizi sənin çəkdiyin proyektə görə tikdirdim. Böyük terasta qağayılarla nahar edərkən, mən həmişə səni seyr edəcəyəm..."


Bir həyat hekayəsi [II hissə]

SON


Geri dön

GlamouR_

  • 14 iyun 2011 01:11
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
ikinci hissederaqlidir
twk-ler

--------------------

::..ONSLAUGHT::..

  • 2 aprel 2011 16:38
  • Məqalə: 197
  • Şərh: 11459
  • Bal:
{awards}
cox gozel hekayedi,tewekkurler

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

Irane

  • 7 yanvar 2011 02:41
  • Məqalə: 8
  • Şərh: 648
  • Bal:
{awards}
cox gozel hekayedi,tewekkurler

recourse .......................

--------------------

Ulya

  • 1 noyabr 2010 19:45
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
winked

sevgi yalandir

  • 1 noyabr 2010 18:01
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
recourse recourse recourse

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

sevgi yalandir

  • 30 oktyabr 2010 13:13
  • Məqalə: 538
  • Şərh: 7283
  • Bal:
{awards}
recourse recourse recourse twk

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 29
Cəmi: 45

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 42
Cəmi: 73
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 37
Cəmi: 52
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 170
 
♔Hе важно∞
Xəbərləri: 29
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}