Maraqlı sevgi hekayəsi

 
Maraqlı sevgi hekayəsi

Sərin payız günü idi.Hər tərəfdən torpağın nəm qoxusu gəlir,yarpaqlarin həzin xışıltısı eşidilir,səmanı köç edən quşların dəstəsi tutur,qızıl payız təbiətə meydan oxuyurdu.Neçə gün idi ki,yağış öz qollarını küçələrin boynuna dolamışdı.Yağışın bu dəcəlliyinə məruz qalanlar çətirlərə,dayanacaqlara, yada mənim kimi kafelərə sığınmağa məcbur qalmışdılar.

Bu gün bu kafe yaman sıxlıq idi.Yağışdan qaçıb həmişəki kafeyə daxil oldum.Gözüm ətrafı çox gəzdi,amma boş masa tapa bilmədim.Birdən arxadan qarsonun səsin eşitdim:

-Buyurun keçin sağ tərəfdəki stola.

Əyləşərkən masanın üstündə qadın çantası gördüm,amma fikir vermədim.Bir qəhvə sifariş edib yağan yağışı seyr etməyə başladım.Yan masada bir neçə qız əyləşmiş,biri isə ayaq üstə durmuşdu.Onlar elə səmimi söhbət edirdilər ki,özümdən aslı olmayaraq fikrim onlara yönəlmişdi.Birdən ayaq üstə duran qızın saf gülüşü onlar tərəfə dönməyimə səbəb oldu.Bir neçə dəqiqə ona donmuş hala baxdım.Sanki onu hardasa görmüşdüm.Yada onu çoxdan tanıyırdım.Mən belə xəyallara dalmışkən yanımdan qarsonun səsin eşitdim:

-Xanım qəhvəniz hazırdı.

Bu an bayaqdan heyrətlə baxdığım xanım mən oturan masaya yaxınlaşdı.Çaşıb qalmışdım,demək bayaq masada gördüyüm çantanın sahibəsi o imiş.O, gəlib düz mənimlə üzbəüz əyləşdi.Qarson yenidən bizim masaya yaxınlaşıb mənim qəhvəmi qoyub getmək istəyəndə həmin xanım “zəhmət olmasa şəkər gətirin” deyə incə səslə dilləndi.Bu səs elə bil məni yuxudan oyatdı. Həyacanla “mənə də duz gətirin” dedim.Qız təəccüblə mənə baxdı.Sanki bu baxış mənə cəsarət verdi…

-Mən uşaqlıqdan qəhvəni duzlu içməyi xoşlayıram.O,şirin bir gülüşlə gözlərimin içinə baxdı və dedi:

-Çox qəribə adətdir.

Biz uzun-uzadı zövqlər haqqında,rənglər haqqında və bu kimi müxtəlif mövzularda söhbət etdik.Sonralar bu mövzuların sayı,müddəti artdı.Biz demek olar ki,hər gün görüşür,mən duzlu,o şirin qəhvə içir,saatlarla baxışardıq.

Bir gün dəniz sahilində çınqıl toplaya-toplaya gəzirdik.Bu gün bu addımı atmalı idim.Artıq 8 ay idi ki,bu günü gözləyirdim.Qəfil ona tərəf döndüm,əllərini əlimə aldım,gözlərinin içinə baxa-baxa “bütün həyatın boyu mənə duzlu qəhvə hazırlamağa razısan?” O,elə həyacanlanmışdı ki,əlləri ovcumda titrəyirdi.

-Əlbətdə razıyam……..Deyib boynumu qucaqladı.Həmin an sanki dünyaları mənə bəxş etdilər mənə.

Beləcə ayları-aylara, illəri-illərə caladıq…

……İllər keçdi,zaman dolandı.Acı ayrılıq bu ailəyədə qonaq gəldi.Vaxtsız ərini itirən qadın sərin payız günündə pəncərənin qarşısında oturub yağışı seyr edirdi.Belə gün ona çox şeyi xatırladırdı.O,ötənləri yada salmaq üçün yerindən qalxıb köhnə şəkillər olan daxıla yaxınlaşdı.Birdən gözü qırmızı rəngli zərfə sataşdı.Zərfin içində məktub var idi.O,məktubu götürüb oturacaqda əyləşdi və oxumağa başladı.
qəhvə……
“Əzizim öncədən səndən deyəcəklərim üçün üzr istəyirəm.Səni tanıdığım gündən 21 illik evli olduğmuz vaxt ərzində sənə bir tək yalan dedim.Əslində bu yalanı danışdığıma görə heç də peşman deyiləm.Əksinə o yalana öz təşəkkürümü bildirirəm.İlk tanış olduğumuz günü xatırlayırsan? Səni görüb o qədər həyacanlanmışdım ki,sən qarsondan şəkər istəyəndə mən səhvən duz istədim.Amma duzlu qəhvə sənin marağına səbəb olduğu üçün mən bu yalanı davam etdirdim.Əslində mən heç vaxt duzlu qəhvəni sevməmişəm.Amma o DUZLU QƏHVƏ mənim üçün səndən və sevgimizdən sonra ən qiymətli şeyə çevrildi.Ümid edirəm ki,bu yalanımı bağışlayarsn….

İmza: DUZLU QƏHVƏNİ SEVƏN”

Qadın məkdubu oxuyub bitirəndən sonra nəmli gözlərini sildi və mətbəxə keçdi.Bir fincan qəhvə hazırladı.Lakin bu dəfə bir az fərqli.Şəkərli yox,duzlu


Geri dön

syana

  • 7 mart 2012 16:59
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
super)))))))))))))))))))

Cansi

  • 7 mart 2012 01:11
  • Məqalə: 0
  • Şərh: 783
  • Bal:
{awards}
superrrr ox beyendim twk

--------------------
Men eserimin esiriyem

Edward_Pattinson

  • 6 mart 2012 13:52
  • Məqalə: 21
  • Şərh: 179
  • Bal:
{awards}
Superrrrrrrrrrrrrrrrrrr Twk Elleriniz Var Olsun

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥

enigmatic_girl

  • 5 mart 2012 22:38
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Maisy,
beyendim beyendim...... wink

--------------------

Maisy

  • 5 mart 2012 22:22
  • Məqalə: 2
  • Şərh: 65
  • Bal:
{awards}
Beyendiyinize gore twk
wink

s_a_b_r_i_n_a

  • 5 mart 2012 22:10
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
suuuuper..coxxxx beyendim....

--------------------

Aysel_

  • 5 mart 2012 21:57
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Tesekkurler super idi

Shokoladka

  • 5 mart 2012 21:25
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Axira kimi oxudum suuper beyendim tsk..

--------------------


KaYfA_SuRgUn

  • 5 mart 2012 20:24
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
DOGURDANDA MARAQLI HEKAYEDIR OXUDUM BEYENDIM...SAGOLUN!!

--------------------

Analia

  • 5 mart 2012 20:10
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
maraqli idi
tesekkurler

kis masali

  • 5 mart 2012 20:04
  • Məqalə: 9
  • Şərh: 1291
  • Bal:
{awards}
bunu oxumuwdum maraqlidir tewekkurler

--------------------
<3
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}