Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (3-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (3-ci hissə)

TƏFƏKKÜR

Təfəkkür qəflətin qəti düşməni və qəlbin saflaşmasında ən mühüm səbəblərdəndir. Fikirdə olan küdurətin getməyində, qarşısını almaqda, qürur evini (dünya) sadə, əbədişadlıq evinə (axirət) üz tutmaqda təfəkkürün böyük rolu var. O, ibadətlərin başında durur, itaətlərin canı və ruhudur. Hədisdə var ki, ibadətlərin ən əfzəli, Allah və onun qüdrətində təfəkkür etməkdir.

Təfəkkür bəndənin Allaha yetişməsinə itaəti isə bəndənin Allahın səvabına nail olmasına səbəb hesab edirlər. Allahın özünə yetirən, onun səvabına yetirən əməldən yaxşıdır. Həmçinin təfəkkür qəlbə, ibadət isə bədənə məxsusdur. Qəlb başqa üzvlərdən şərəflidir. Demək qəlbin əməli də, başqa üzvlərin əməlindən şərafətli olacaqdır. Hədisdə var ki, bir saat təfəkkür bir il ya altmış il, yaxud da yetmiş il ibadətdən yaxşıdır.

Hədislərin müxtəlifliyi təfəkkür dərəcələrinin müxtəlif olduğu ilə əlaqədardır. Təfəkkür insana cəhənnəmdən nicat verər. Necə ki, Hürr ibn Yezid Riyahi azacıq düşünməklə nicat tapdı. Bir il, ya illərlə etdiyi ibadəti qiyamətdə ona xeyir verməzdi, lakin bir az fikirləşib düzgün nəticə alması ona xeyir verdi və cəhənnəmdən nicat tapdı. Ona görə də bir saat fikirləşmək yetmiş ilə (düşünülməmiş) ibadətdən xeyirli hesab olunur. Hədisdə var ki, ibadət, namaz və orucun çoxluğu ilə deyil, ibadət, Allah və Onun yaratdıqları barədə düşünməklədir.

Ey insan, hərdən bir keçmişdəkilər haqda fikirləş. Gör onların əvvəli, axırı və sahib olduqları var-dövlət necə oldu, kimin üçün qoyub getdilər, nə qazandılar, necə öz dünyalarından üzülüşdülər və ondan məhrum oldular? İpək üzərində yatan və yer üzərində saymazyana gəzənlər necə öz malından, əhl-əyalından, qəsr, imarət, kəniz və qulluqçularından ayrıldılar, əyninə kəfən geyib, zərif üzünü torpağa qoyub, əqrəb və ilanlara yoldaş olub tək-tənha qəbirin sakini oldular.”

Hərdən bir ölüm və onun qəfildən gəlməsini fikirləş. Onun vaxtı vardır ki, yetişdikdə nə bir an tez və nə bir an gecikər və o vaxt heç kimə bir dəqiqə də möhlət verilməz. Bu anı heç vaxt unutma!

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur və hər birinin vaxtı tə᾽yin olunmuşdur.

Fürsət varikən özünü ona hazır et, tövbə və saleh əməl ilə ona hazırlaş, onu yüngül tutma, ondan qafil olma. Çox insanı ölüm birdən yaxalayıb ki, nə Allahı zikr etməyə və nə tövbə etməyə möhlət tapıblar. Tövbəni təxir etdiyinə görə həsrət və peşmançılıq çəkən kəslərdən olmamaq üçün bunu heç vaxt unutma. Allah taala bu barədə belə buyurub:

“Ey pərvərdigarım, tərk etdiklərimin əvəzində saleh əməllər yerinə yetirməyim üçün məni yenidən həyata qaytar.”

Ey insan, dünya evi əzab, əziyyət, məşəqqət və bəladan başqa bir şey deyil, onun yaxşısı pisinə qarışmış, rahatlığı isə əzabla birgədir. Allah taala burada rahatlıq yaratmamışdır. Allah taala hədislərin birində buyurur: “Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.

Ey insan, bunları dərk etdikdən sonra çətinliklər sənə asanlaşar, axirət üçün səy etməyə rəğbət və həvəsin çoxalar. Dünyada zəhmət və məşəqqətin labüd olduğunu biləndən sonra daimi olan cənnət xatirinə bu məşəqqətlərə dözmək çox asan olar. Qarşıdan gələn ölümdən sonrakı həyat, qəbir, bərzəx, məhşər, əməllər və əqidəni təcəssümü, hesab, sirat (körpü), mizan, Allahın müttəqilərə və᾽d etdiyi cənnət və onun növləri, həmçinin günhkarlara və᾽d etdiyi cəhənnəm və əzabının qisimləri barədə fikirləş.

Ey insan, sənə var-dövlətinin yalnız Allah yolunda sərf etdiyini fayda verəcəyi haqqında düşün. Çünki onların arasından özünə bircə kəfən apara bilərsən. Arvad-uşaqların, sevimlilərin və yaxınlarının səni tənha öz əməllərinlə qəbirə qoyub getməkdən başqa heç bir çarələri yoxdur. Orada sənə xeyir verən yalnız Allaha xatir etdiyin əməllərindir ki, onlar səninlə bir olacaq və ayrılmayacaqlar. Deyilənlər barədə düzgün fikirləşsən gözəl işləri çoxaldacaq, niyyətini saflaşdıracaq və həlak olmaqdan nicat tapacaqsan, həmçinin fürsəti əldən vermədən sabahın üçün çalışacaqsan. Hədisdə var ki, zöhdün ən fəzilətlisi ölümü yada salmaqdır, ibadətlərin ən fəzilətlisi ölümü yada salmaqdır, təfəkkürün ən fəzilətlisi ölüm haqda fikirləşməkdir.

Hər kəs ölümü yad etməsə ömrünü faydasız işlərə və hər kəs ölümü yad etsə, ömrünü düz yolda sərf etmişdir. Ölüm insana ən gözəl nəsihətçi və çətinliklərdə yaxın köməkçidir. Ölümü yada salmağın nə qədər mühüm olduğu barədə onun çətinliyə düşmüş insanın işini asanlaşdırmağı, var-dövlətini əcrə səbəb olan yerə xərc etməsi və bəndəni lazımsız işlərdən çəkindirməsi kimi xüsusiyyətlərini demək kifayətdir. Nə gözəl deyiblər: “Ölüm haqda təfəkkür, çətinlikləri asanlaşdırar, qiyamət günü fayda verən işlərə rəğbət artırar, ölümdən qabaq tövbə etməyə və hazırlığa sövq edər, uzun arzulara son qoyar və bəndənin həsrət çəkməyinə imkan verməz”.


Geri dön

Bella...

  • 6 mart 2012 01:49
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
Allah taala hədislərin birində buyurur: “Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.
ALLAH Razi olSun...

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

ASMIYA

  • 6 mart 2012 00:37
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
COXXXXXXXXXXXXXXXXXXXXX GOZEL YAZIDIR. COXXXXXXXXX BEYENDIM. DOGRUDUR. MINNETDARIM.

SAG OLUN.

--------------------


Shokoladka

  • 5 mart 2012 21:30
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler..

--------------------


✰Dгeaм✰

  • 5 mart 2012 19:55
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Allah razi olsun

★Miss Love★

  • 5 mart 2012 19:05
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
bele xeberleri maraqla oxuуuram cox sagolun deуerli xeberlere gore

C.I

  • 5 mart 2012 18:51
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
“Ey pərvərdigarım, tərk etdiklərimin əvəzində saleh əməllər yerinə yetirməyim üçün məni yenidən həyata qaytar.”

Ey insan, dünya evi əzab, əziyyət, məşəqqət və bəladan başqa bir şey deyil, onun yaxşısı pisinə qarışmış, rahatlığı isə əzabla birgədir. Allah taala burada rahatlıq yaratmamışdır. Allah taala hədislərin birində buyurur: “Bəndələrim məndən dünyada rahatlıq istəyirlər, bir halda ki, mən onu yaratmamışam. Yaratdığım əbədi cənnəti isə məndən istəmirlər”.

--------------------

C.I

  • 5 mart 2012 18:50
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
tewekkur edirem bele qeweng xeberlere gore........

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 59

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}