Covşən kəbir duasi

 
Covşən kəbir duasi

Bə”zi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır:
“Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb”
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir mə”bud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!


Bismillahir–rəhmanir–rəhim


1. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və ne”mət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir mə”bud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2.Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tə”rif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sür”ətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!
5.Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey ne”mət və bəyan sahibi!
6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xaze”dir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!
7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüs”ətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!
8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəf”ət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (ne”mət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini ne”mətlər sahibi!
9.Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane” (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe” (mö”minlərdən bəlaları dəf edən), ey Rafe” (mö”minlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane” (kainatı ixtira edən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same” (eşidən), ey Came” (cəm edən), ey Şafe” (şəfaətçi), ey Vase” (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!
10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey ne”mət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!
12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mə”nəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.
13. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (fe”lləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!
14.Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey mö”minlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!
15.Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və ne”mət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rə”fət və kömək sahibi, ey əfv və ğüfran sahibi!
16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin mə”budu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mö”min (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən), ey Mükəvvin (vücuda gətirən), ey Müləqqin (başa salan), ey Mübəyyin (bəyan edən), ey Mühəvvin (asanlaşdıran), ey Müməkkin (səltənət bəxş edən, sabitqədəm edən), ey Müzəyyin (zinət verən, gözəlləşdirən), ey Mü”lin (izhar edən), ey Müqəssim!
18.Ey Öz mülkündə müqim (nəzarətçi) olan, ey Öz səltənətində əzəli olan, ey Öz cəlalında əzim olan, ey Öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim (elmli) olan, ey Ona qarşı mə”siyət edənlərə həlim olan, ey Ona ümid bağlayanlara kərim olan, ey Öz məxluqunda həkim (hikmətli), ey Öz hikmətində lətif, ey Öz lütfündə qədim (əzəli) olan!
19. Ey O Kəs ki, yalnız fəzlinə ümid dikilər, ey O Kəs ki, yalnız əfvi istənilər, ey O Kəs ki, yalnız yaxşılığına ehsanına göz dikilər, ey O Kəs ki, yalnız ədalətindən qorxarlar, ey O Kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o Kəs ki, Sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan Kəs!
20. Ey qüssələri dağıdan, ey qəmlilərin qəmini açan (sevinc bəxş edən), ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxuluqun xaliqi, ey və”dəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirrlərə alim olan, ey çərdəyi yaran, ey camaata ruzi verən!
21. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əliyy (vəsf edənlərin vəsfinin, ariflərin elminin Onu əhatə edə bilmədiyi), ey Vəfiyy (əhdinə vəfalı qalan), ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün məxluqatın Ona ehtiyaclı olduğu), ey Məliyy (möhlət verən), ey Həfiyy (köməkçi və xeyirxah), ey Rəziyy (əmrinə itaət edib nəhyindən çəkinən bəndədən razı olan), ey Zəkiyy, ey Bədiyy, ey Qəviyy, ey Vəliyy (dost, ixtiyar sahibi, mövla)!
22.Ey gözəlliyi aşkar (zahir) edən, ey pislikləri örtən (pərdələyən), ey bəndələrini günah və cinayətlərinə görə tənbih etməyən və pərdələri yırtmayan, ey əfvi böyük olan, ey bağışlaması gözəl olan, ey məğfirəti geniş olan, ey rəhmət əllərini açan, ey gizli münacatlarla həmrah olan, ey bütün şikayətlərin qayıtdığı yer!
23. Ey sabiq ne”mət sahibi, ey vüs”ətli rəhmət sahibi, ey sabiq minnət sahibi, ey son dərəcə tə”kidli hikmət sahibi, ey kamil qüdrət sahibi, ey (haqla batili ayıran) qət”i höccət sahibi, ey zahir olan kəramət sahibi, ey daimi izzət sahibi, ey mətin qüvvə sahibi, ey nüsrətli əzəmət sahibi!
24. Ey asimanları vücuda gətirən, ey zülmətləri qərar verən, ey qəlbdən ağlayanlara rəhm edən, ey xətalardan keçən, ey pislikləri, eybləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey həsənatı qat-qat artıran, ey pis əməlləri məhv edən, ey cəzası şiddətli olan!
25. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəvvir (məxluqata surət verən), ey Müqəddir (qəzavü-qədəri müqəddər edən), ey Müdəbbir (tədbir edən), ey Mütəhhir (pak edən), ey Münəvvir (başqalarına nur verən, nurlandıran), ey Müyəssir (asan edən), ey Mübəşşir (müjdə verən), ey Münzir (qorxudan), ey Müqəddim (bəndələrdən istədiyini hikmət əsasında Öz rəhmətinə müvəffəq olmaqda qabağa salan), ey Müəxxir (bəndələrdən istədiyi kəsi hikmət əsasında zəlil edib rəhmətindən axıra salan)!
26. Ey Beytül-həramın (hörmətli evin) Rəbbi, ey Şəhrül-həramın (hörmətli ayın) Rəbbi, ey hörmətli vilayətin Rəbbi, ey Rükn və Məqamın Rəbbi, ey Məş”əri-həramın Rəbbi, ey Məscidül-həramın Rəbbi, ey halal və haramın Rəbbi, ey nur və qaranlığın Rəbbi, ey təhiyyət və salamın Rəbbi, ey məxluqatda qüdrətin Rəbbi!
27. Ey hakimlərin ən yaxşı hökm edəni, ey ədalətlilərin ən ədalətlisi, ey doğruçuların ən doğruçusu, ey pakların ən pakı, ey xəlq edənlərin ən gözəli, ey hesab çəkənlərin ən sür”ətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey nəzər edənlərin ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşı şəfa verəni, ey kəramətlilərin ən kəramətlisi!
28.Ey arxası olmayanların arxası, ey istinad yeri olmayanların istinad yeri, ey zəxirəsi olmayanların zəxirəsi, ey heç bir möhkəm pənahgahı olmayanların möhkəm pənahgahı, ey heç bir fəryada çatanı olmayanların fəryada çatanı, ey heç bir fəxri olmayanların fəxri, ey heç bir izzəti olmayanların izzəti, ey heç bir köməkçisi olmayanların köməkçisi, ey heç bir munisi olmayanların munisi, ey heç bir aman verəni olmayanların aman verəni!
29. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Asim (bəndələri günahlardan, pisliklərdən hifz edib çəkindirən), ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən), ey Daim (həmişəlik varlıq), ey Rahim (rəhm edən), ey Salim (sağlamlıq bəxş edən), ey Hakim (hikmətli, hökm edən), ey Alim, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən), ey Qabiz (hikmət əsasında bə”zi bəndələri ruzidən məhrum edən), ey Basit (Öz rəhmət və bəxşişi ilə bəndələrinə ruzi müqəddər və vüs”ətli edən)!
30Ey ismət (günahdan amanda qalmaq) istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey məğfirət istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey hifz olunmaq istəyənləri hifz edən, ey ikram olunmaq istəyənlərə ikram edən, ey (təkamül üçün) yol istəyənlərə yol göstərən (Mürşid), ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən, ey kömək istəyənlərin köməyi, ey dadına yetişmək istəyənlərin dadına yetişən!
31. Ey zülm olunmayan Əziz (izzət sahibi), ey lütfü əbədi olan Lətif, ey yatmayan Qəyyum, ey fövtə getməyən Daim, ey ölməyən Həyy, ey səltənəti zavala uğramayan Məlik, ey fani olmayan Baqi, ey cəhalətin yol tapmadığı Alim, ey təam verilməyən Səməd, ey zəifləməyən Qəviyy!
32. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əhəd (zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm), ey Vahid (vücud, əql və dərkdə təcəzzi (hissə-hissə olma) və təkəssürün (çoxluğun) səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə), ey Şahid (bütün işlərə nəzarət edən), ey Macid (kərəm və izzət sahibi), ey Hamid (təşəkkür edən), ey Raşid (bəndələri (məxluqları) onların Öz mənfəətli işlərinə hidayət edib yol göstərən), ey Bais (ölüləri dirildən), ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan), ey Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ey Nafe” (istədiyi layiqli bəndələrə xeyir yetirən)!
33. Ey bütün əzimlərdən ən əzəmətli, ey bütün kərimlərdən ən kərim, ey bütün rəhimlilərdən ən rəhimli, ey bütün alimlərdən ən elmli, ey bütün həkimlərdən ən həkim, ey bütün qədimlərdən ən qədim (əzəli), ey bütün kəbirlərdən ən böyük, ey bütün lətiflərdən ən lətif, ey bütün cəlillərdən ən cəlil, ey bütün əzizlərdən ən əziz!


Geri dön

Shokoladka

  • 5 mart 2012 21:16
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
Allah razi olsun tsk..

--------------------


KaYfA_SuRgUn

  • 5 mart 2012 20:17
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN DEYERLI SOZLERE GORE SAGOLUN..

--------------------

SeNi_SeVeN

  • 5 mart 2012 20:05
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MENDE YOXDU BU DUA

--------------------

faithful

  • 5 mart 2012 19:55
  • Məqalə: 56
  • Şərh: 1046
  • Bal:
{awards}
bu dua mende yox idi,cox tshk Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}