"Eurovision-2012"-nin ikinci yarımfinalının biletlərinin satışı başlandı

 
"Eurovision-2012"-nin ikinci yarımfinalının biletlərinin satışı başlandı

May ayında "Bakı Kristal Zalı"nda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin ikinci yarımfinalının və ikinci yarımfinalın məşqinin biletlərinin satışına start verilib.

Trend bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ikinci yarımfinal şousu mayn 24-də, ikinci yarımfinalın məşqi isə mayın 23-də olacaq. Biletlər eurovision.tv saytında onlayn sistemdə satılır. Mayın 23-də keçiriləcək ikinci yarımfinalın əsas məşqi 30-50 manat, mayın 24-də keçiriləcək ikinci yarımfinal (canlı şou) şousunun biletləri isə 90-150 manat təşkil edir.

Saytda 57-ci Eurovision" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nın satışda olan yerlərinin də qeyd olunduğu fotosxem yerləşdirilib.

Qeyd edək ki, mayın 22-də keçiriləcək birinci yarımfinalın və həmin mərhələnin əsas məşqinin biletləri fevralın 29-dan satışa çıxarılıb. Jürinin səs verəcəyi finalın biletləri martın 12-dən (60-100 manat), mayın 26-da keçiriləcək final konsertinin biletləri isə martın 15-dən (160-240 manat) satışda olacaq.

"Eurovision 2012" şousunun təşkil olunacağı arena - "Bakı Kristal Zalı"nda məhz bu konsert üçün 20 minədək tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin (EBU) qaydalarına əsasən, biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayımları Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi isə Azərbaycan auditoriyası üçündür.

Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünür. Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa, American Express ödəmə kartları ilə aparılır. Lakin əldə olunan hər bir bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bu zaman bilet alan şəxs barədə saxta məlumatların daxil olunması bileti etibarsız edəcək. Onlayn satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və qara bazar satışının qarşısını alacaq.


Geri dön

FLY TIME

  • 5 mart 2012 22:17
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
tesekkurler..........

Asum

  • 5 mart 2012 22:13
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
maraqli deyiil

s_a_b_r_i_n_a

  • 5 mart 2012 21:34
  • Məqalə: 25
  • Şərh: 1011
  • Bal:
{awards}
hmm tewekkurler....

--------------------

...BARSA FANATI....

  • 5 mart 2012 21:01
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
EVDE OTURUB BAXACAM......MELUMATA GORE TSKKK...

Mehemmed249

  • 5 mart 2012 20:50
  • Məqalə: 7
  • Şərh: 271
  • Bal:
{awards}
Eh balaaaaa men 1 ilde ishdesem hec bura gede bilmerem. Ele menimki, evde oturub baxmaqdi. Xebere gore twk.

Shokoladka

  • 5 mart 2012 20:49
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ilk serh menden.Bura getmeye bilet verselerde men hec vaxt getmerem,heyif deyil evde oturub televizordan baxmaq ))Ozde hami deyirdiki,evimizi satsaq bura gede bilmerik,biletler elede baha deyil normalni qiymetlerdi herkes mence gede biler,amma meslehet deyil mence evde oturub baxsaz daha yaxshi olar =))

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}