Həqiqi sevgi

 
  • 5.03.2012, 20:22
  • Bölmə: Sevgi
  • Müəllif: C.I
Həqiqi sevgi

Ana: “Körpəmi görmək istəyirəm”, - dedi. Bir azdan tibb bacısı qucağında bir qundaq geri qayıtdı. Ana həyəcanlı idi. Ürəyi şiddətlə döyünürdü.
Tələsik uşağın üzündəki örtüyü qaldırdı. Qaldırdı və... heyrətdən yerində donub qaldı. Bunu görən həkim sürətlə üzünü yana çevirdi. Sanki heç bir şeydən xəbəri yox imiş kimi pəncərədən baxmağa başladı. Körpənin qulaqları yox idi...
Aradan illər keçdi, uşaq böyüdü, məktəbə getdi. Bir gün məktəbdən evə qayıdanda özünü anasının qucağına atdı. Hıçqırırdı. Məktəbdə yoldaşlarından biri ona “eybəcər” demişdi. Bəlkə də bu onun həyatda ilk imtahanı idi və bu imtahan neçə illər davam etdi.
Yaxşı oxuyurdu, sinif yoldaşları da onu çox sevirdi. Ancaq yenə heç kimlə qaynayıb-qarışmırdı. Anası nə qədər öyüd-nəsihət versə də, bir xeyri olmurdu. Bir gün atası həkimdən: “Bəlkə bu dərdin bir çarəsi var?”- deyə soruşdu. Həkim də: “Əlbəttə var, ancaq bunun üçün kimsə öz qulağını bağışlamalıdır”, - deyə cavab verdi. Beləcə, ata da, ana da öz qulağını verməyə razı olan adamı axtarmağa başladılar. Bu hadisədən iki il keçdi. Bir gün atası oğluna, “Xəstəxanaya gedək. Axır ki, sənə qulaqlarını verməyə razı olan adamı tapdıq”, - dedi. Sonra da: “Ancaq sənə onun kim olduğunu deməyəcəyəm. Qoy bu, hələlik, bizim aramızda bir sirr olaraq qalsın”, - deyə əlavə etdi.
Əməliyyat çox uğurlu keçdi. Oğlan bu əməliyyatdan sonra əməlli-başlı dəyişdi. Sanki indi o, tamam başqa bir adam idi. Sonra məktəbi qurtardı, universitetə girdi. Universiteti qurtardı, evləndi. Ancaq indi də o, qulağını ona bağışlayan adamın kim olduğunu bilmirdi. Bir gün bunu atasından öyrənmək istədi. Atası isə: “Mən onun kim olduğunu sənə deyərdim, ancaq söz vermişəm, hələ bu sirri sənə aça bilmərəm”, - deyə cavab verdi. Beləcə, bu sirr illər boyu davam etdi. Nəhayət, bir gün bu sirrin də üstü açıldı...
Həyatının ən kədərli günlərindən biri idi. Anası dünyasını dəyişmişdi. Atası ilə birlikdə anasının cənazəsinin yanında dayanmışdılar. Atası yavaşca əlini anasının saçlarına apardı. Əli ilə onun saçlarını qaldırdı. Anasının qulaqları yox idi. O, bu mənzərədən dəhşətə gəldi. Atası isə xırıltılı bir səslə: “Anan qulaqlarını sənə bağışladığı gündən saçlarını kəsdirmirdi. Heç kimin bu işdən xəbəri olmadı”,-dedi...


Geri dön

ANGEL LOVE

  • 6 mart 2012 12:50
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
twk xebere gore......

--------------------

lubov

  • 6 mart 2012 12:13
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
{awards}
kederlidir recourse tshk

enigmatic_girl

  • 5 mart 2012 22:52
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ayyyyy anlar hemise fedakar olurlar cox tesirli hekaye idi.... recourse

--------------------

FLY TIME

  • 5 mart 2012 22:24
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
tesekkurler.....

Shokoladka

  • 5 mart 2012 21:12
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Men chox pis recourse oldum

--------------------


...BARSA FANATI....

  • 5 mart 2012 21:10
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
BEYENDIMMM BU XEBERI/......

... Deryam ...

  • 5 mart 2012 20:50
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
recourse recourse YENƏ DƏ ANA YENƏ DƏ ANA recourse recourse

--------------------

Analia

  • 5 mart 2012 20:46
  • Məqalə: 0
  • Şərh: 496
  • Bal:
{awards}
guzelmis yaaaa :(((((
tewsekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 56
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}