Mart ayı üçün Fransa ulduz falı

 
Mart ayı üçün Fransa ulduz falı


QOÇLARIN ömür-gün yoldaşları hər sahədə tərəf-müqabilə bel bağlayırlar. Evinizə hakim olan sevgi münasibətləri inam və ümid hissləri üzərində qurulmuşdur. Siz hətta dünyaya varis gətirmək barədə düşünürsünüz. Subayların, hətta ən islahedilməzlərinin belə Amur oxundan qurtuluşu yoxdur. Eşq yarası isə ömürlük ola bilər. İşdəki uğurlarınızın sayı-hesabı yoxdur. Vəzifəniz və məvacibiniz artırılmışdır. Hətta bədxahlarınız da artıq həsəd aparmaqdan usanıblar. Heç şübhəsiz, qazandığınız pulları geninə-boluna xərcləyirsiniz. Mənzilinizi təmir etdirir, doğma və yaxınlarınızı hədiyyələrlə sevindirirsiniz. Bu arada imkansız insanları da unutmursunuz.

Evli BUĞALAR ailələrindəki əmin-amanlığı bərpa etməyə çalışırlar. Seçim göründüyündən də çətindir. İşinizə ayırdığınız vaxtdan bir qədər kəsib ailənizə həsr edin. Onda evinizdə əsl əmin-amanlıq bərqərar olacaqdır. Tənha səyyahların talelərini paylaşacaq adama rast gələcəkləri gün uzaqda deyildir. Ehtiras subaylıq bağçasındakı qızılgül tək açılacaqdır. İşdə həmkarlarınız az qala qarşınızda baş əyirlər. Siz müasir texnologiyaların biznesiniz üçün faydasını göydə tutursunuz. Bir çox məsələlərdə, hətta zamanı qabaqlayırsınız. Hətta rəhbərlik də məsələlərin mahiyyətinə sizin qədər dərindən vara bilmir. Məvacibinizin artırılması qürurvericidir. Yeni gəlirlərin bir hissəsini sərfəli işə yatıracaqsınız.

ƏKİZLƏRİN ailəsində məhəbbət, dostluq və həmrəylik yanaşı gedir. Onlar istənilən sınaqlarda tərəf-müqabillərinə söykənə bilərlər. Çox gözəl və təqdirəlayiq haldır. Subaylar isə könül dostu axtarışındadırlar. Namizədlər çoxdur, seçim isə çətindir. Kimi seçəcəyinizi və nəyə görə məhz bu adamı seçəcəyinizi özünüz üçün aydınlaşdırmaqda çətinlik çəkirsiniz. İşdə bəzən qapını çırpıb getmək istəyirsiniz. Lakin bu teatral addımı atmağa tələsməyin, çünki tələblərinizə cavab verən yeni işi tezliklə tapa bilməyəcəksiniz. Üstəlik, maliyyə məsələlərində də soyuqqanlılıq nümayiş etdirməlisiniz. Siz uzaqgörənlik edib bütün vəsaitinizi ailənizin rifahına yatırırsınız.

XƏRÇƏNGLƏRİN ailəsində məyusedici hadisələr artıq geridə qalıbdır. Xoşbəxtliyin də müəyyən ölçüsü ola bilər və olmalıdır. Dostlar və tanışlar ailə münasibətlərinizin sirrini öyrənməyə çalışırlar. Tənha səyyahlar isə təşviş içindədirlər. Deyəsən, rəğbət var, ürək isə susur. Eşq macərasının başlanmasına nə isə mane olur. Məyus olmayın, zaman sizin müttəfiqinizdir. İş sahəsindəki uğurlarınız faydalı tanışlıqlar qurmağa kömək edir. Bütün münasibətlərdə müdrik siyasət yeridirsiniz. Yeni dostlar nə vaxtsa, sizə yardım əli uzadacaqlar. Hələlik isə yalnız dünyagörüşünüzü zənginləşdirməklə məşğuldurlar. Sərt qənaət tədbirləri artıq öz bəhrəsini verir. Tezliklə siz qənaət etdiyiniz pullara sanballı nəsə alacaqsınız.

ŞİRLƏRİN ailə həyatı göründüyü qədər qayğısız deyildir. Yersiz qısqanclıq hissləri ömrü çürüdür. Lakin bütün bunlara filosofcasına yanaşın. Qısqanclıq həqiqi məhəbbətin təsdiqidir. Tənha səyyahlar məğrur tənhalıqlarından əl çəkə bilmirlər. Amma məğrurluq da belə məsələlərdə yaxşı məsləhətçi deyildir. Qarşılıq görmək üçün ən azı irəliyə doğru bir addım atmaq lazımdır. İşdə çətinliklərlə üzləşirsiniz, lakin dostlarınız sizi dəstəkləyirlər. Qulağınıza çatan məlumata görə, həmkarlarınız sizin barənizdə rəhbərlikdə yanlış təsəvvür yaradıblar, o da əlinizdən zəncir çeynəyir. Lakin iş yerini və ya peşənizi dəyişdirməyə çalışmayın. Yaxşı olar, məsələnin maliyyə tərəflərini nəzarətdə saxlayasınız. Xərcləri azaltmaqla ağır itkilərdən qurtula bilərsiniz.

QIZLARIN təşəbbüskar olmaları ömür-gün yoldaşlarının xoşuna gəlmir. Yaxşı olar, problemləri dərhal həll edəsiniz. Bir-iki dəfə güzəştə getdikdən sonra tarazlıq yerinə gələcəkdir. Subaylar ehtirasın məngənəsinə düşüblər. Bu işlərin nə ilə bitəcəyini kim bilə bilər ki? Bəlkə də əsl məhəbbətdir. İşdə bütün cəbhələrdə qələbə qələbə dalınca gəlir. Rəhbərliyin sevimlisisiniz, əməkdaşlar sizə heyrandırlar, rəqiblər isə qarşınızda diz çökürlər. Kaş hamının bəxti belə gətirəydi. Qazancınız sanballı olsa da, köhnə borc məsələlərində diqqətli olun. Yaxşı olar, hər şeyi maliyyə problemləri yaranmamış həll edəsiniz.

TƏRƏZİLƏRİN ailəsində son vaxtlar heç nədən dava-dalaş düşür. Ruhdan düşməyin. Ola bilsin, məhəbbətiniz bu çəkişmələrdən daha da bərkimiş və möhkəmlənmiş vəziyyətdə çıxacaqdır. Qayğısız subaylar real ehtirasdansa, zərif hisslərə üstünlük verirlər. Nə üçün də olmasın? Güclü hisslər həmişə məhvedicidir, düşüncələr isə ruhu zənginləşdirir. İşdə həm rəhbərliyin qəzəbinə, həm də əməkdaşların tənbəlliyinə üstün gəlirsiniz. Mübarizə əsnasında qarışıq bir peşəyə yiyələndiyinizi heç özünüz də hiss etməmisiniz. Yalnız düşünülməmiş xərclərdən uzaq qaçın.

ƏQRƏBLƏRİN ailəsindəki sakitlik onların ürəyinə şübhə toxumu səpib. Nə gurultulu şənliklər, nə də qısqanclıq səhnələri vardır. Xoş gördük, kədər! Təmtəraqlı sözlərdənsə, sevginizi əməli işdə sübuta yetirin. Subaylar tərəddüd içindədirlər. Yeni tanışlıq çox cəlbedicidir, lakin azadlığı itirmək qorxusu da həyatın özü qədər əbədidir. Seçim yalnız sizindir. İşdə hər şey yaxşı gedirdi. Layihələrinizin irəliləməsinə dəstək göstərən nüfuzlu insanlarla qarşılaşmışdınız. Lakin gözlənilmədən həmkarlarınızın müqaviməti ilə üzləşmisiniz. Həsədmi? İntriqamı? İstənilən halda soyuqqanlı olun. Büdcənizi də soyuq başla və müdrikcəsinə idarə etməyə çalışın.

OXATANLAR bəzən özləri də hiss edirlər ki, ədalətsiz hərəkət edirlər. Tərəf-müqabilinizlə elə davranırsınız ki, sanki sizi qıcıqlandırır. Hərəkətlərinizi kənardan müşahidə edin, bütün günahı tərəf-müqabilinizdə görməyin. Yoxsa, çıxılmaz vəziyyət yaranacaqdır. Bu bürcün tənha nümayəndələri yüngül macəralara üstünlük verirlər. Arzu edənlərin sayı isə lap çoxdur. İşdə gərginlikdir. Otağınız əsl döyüş meydanına çevrilməkdədir. Yaxşı olar, taktikanı dəyişdirib əməkdaşları inandırmağa çalışasınız ki, qələbə təkcə sizə lazım deyildir. Yoxsa, bütün bunlar büdcənizə pis təsir göstərəcəkdir. Fəlakətli heç nə baş verməyəcəkdir. Lakin ehtiyatı da əldən vermək olmaz.

OĞLAQLARIN evində ehtiraslar tikinti işləri ətrafında qaynayır. Nəticə, çox güman, müsbətdir. Tikinti işləri çox yaxşı gedir. Müstəqil səyyahlar yavaş-yavaş maraqlandıqları adama doğru addımlayırlar. Yaxınlaşdıqca bu insanın cazibəsi daha da artır. Fəaliyyətə keçmək lazımdır. İşdə iri layihəyə hazırlıq işləri başa çatmışdır. Sizə uğurun özü ilə görüş təyin edilmişdir. Gecikmək olmaz. Yeni vəziyyətinizə uyğun artırılmış məvacibiniz də heç şübhəsiz, həm sizi, həm də yaxınlarınızı sevindirir.

DOLÇALAR ailə gəmisini qəzaya uğratmaqdan çəkinirlər. Bəlkə ürəyinizi boşaldıb, umu-küsünü unudub, bir-birinizi bağışlayasınız. Axı, bir-birinizi həmişə sevmisiniz. Subaylar əməlli-başlı vurulmuşlar, lakin pərəstiş obyektləri buz kimi soyuqdur. Ətrafınıza baxın. Sizə lazım olan adam düz gözünüzün içinə baxır. İşdə də hamı sizinlə çalışmaq istəyir. Çünki həm ayağınız yüngüldür, həm də səlahiyyətlisiniz. İnsanlarla da əla dil tapırsınız. Yalnız riskli maliyyə işlərindən uzaq qaçmalısınız.

BALIQLAR üçün sevgi həm qayğı, həm də sınaqdır. Bir-birinizi yorulmadan dinləməyə hazırsınız. Ona görə də, xoşbəxt və zəngin yuva qura bilmisiniz. Subaylar könül əyləncələrinə həm məqsəd, həm də vasitə kimi baxırlar. Gec-tez onsuz da irəli getmək lazım gələcəkdir. İslahedilməz xudbinlərin ürəyi birdən-birə kövrələcəkdir. İşdə irəliləməyinizə inzibati əngəllər mane olur. Maliyyə işləri də bir o qədər yaxşı vəziyyətdə deyildir. Sakitləşin. Bir-iki gün fasilə götürüb vəziyyəti dərindən təhlil edin, ən başlıcası isə sponsor tapın. Fransa marşalı, müdrik Can Cakomo Trivultsio bir vaxtlar XII Lüdovikə belə məsləhət vermişdi: “Bir işin uğur qazanması üçün mütləq üç şey - pul, pul və yenə də pul lazımdır.”


Geri dön

Dalga

  • 6 mart 2012 16:50
  • Məqalə: 201
  • Şərh: 5330
  • Bal:
Eqrebler-oxudum lap qorxdum ki,TWK

--------------------

lubov

  • 6 mart 2012 12:08
  • Məqalə: 0
  • Şərh: 573
  • Bal:
{awards}
maraqli idi tshk smile

enigmatic_girl

  • 5 mart 2012 22:59
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
ƏKİZLƏRİN ailəsində məhəbbət, dostluq və həmrəylik yanaşı gedir. Onlar istənilən sınaqlarda tərəf-müqabillərinə söykənə bilərlər. Çox gözəl və təqdirəlayiq haldır. Subaylar isə könül dostu axtarışındadırlar. Namizədlər çoxdur, seçim isə çətindir. Kimi seçəcəyinizi və nəyə görə məhz bu adamı seçəcəyinizi özünüz üçün aydınlaşdırmaqda çətinlik çəkirsiniz. İşdə bəzən qapını çırpıb getmək istəyirsiniz. Lakin bu teatral addımı atmağa tələsməyin, çünki tələblərinizə cavab verən yeni işi tezliklə tapa bilməyəcəksiniz. Üstəlik, maliyyə məsələlərində də soyuqqanlılıq nümayiş etdirməlisiniz. Siz uzaqgörənlik edib bütün vəsaitinizi ailənizin rifahına yatırırsınız.

--------------------

_SVETLANA_777_

  • 5 mart 2012 22:25
  • Məqalə: 109
  • Şərh: 1518
  • Bal:
{awards}
TESEKKURLER OXUDUM DUZ GELDI

--------------------
<p></p>

FLY TİME

  • 5 mart 2012 22:22
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
QIZLARIN təşəbbüskar olmaları ömür-gün yoldaşlarının xoşuna gəlmir. Yaxşı olar, problemləri dərhal həll edəsiniz. Bir-iki dəfə güzəştə getdikdən sonra tarazlıq yerinə gələcəkdir. Subaylar ehtirasın məngənəsinə düşüblər. Bu işlərin nə ilə bitəcəyini kim bilə bilər ki? Bəlkə də əsl məhəbbətdir. İşdə bütün cəbhələrdə qələbə qələbə dalınca gəlir. Rəhbərliyin sevimlisisiniz, əməkdaşlar sizə heyrandırlar, rəqiblər isə qarşınızda diz çökürlər. Kaş hamının bəxti belə gətirəydi. Qazancınız sanballı olsa da, köhnə borc məsələlərində diqqətli olun. Yaxşı olar, hər şeyi maliyyə problemləri yaranmamış həll edəsiniz.


tesekkurler.........

aksana1993

  • 5 mart 2012 21:28
  • Məqalə: 62
  • Şərh: 2058
  • Bal:
{awards}
uygun gelmedi.Amma emeye gore twk

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

DEMET_AKALIN

  • 5 mart 2012 21:11
  • Məqalə: 0
  • Şərh: 618
  • Bal:
{awards}
Allah haminin isini avand elesin

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Shokoladka

  • 5 mart 2012 21:07
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
DOLÇALAR ailə gəmisini qəzaya uğratmaqdan çəkinirlər. Bəlkə ürəyinizi boşaldıb, umu-küsünü unudub, bir-birinizi bağışlayasınız. Axı, bir-birinizi həmişə sevmisiniz. Subaylar əməlli-başlı vurulmuşlar, lakin pərəstiş obyektləri buz kimi soyuqdur. Ətrafınıza baxın. Sizə lazım olan adam düz gözünüzün içinə baxır. İşdə də hamı sizinlə çalışmaq istəyir. Çünki həm ayağınız yüngüldür, həm də səlahiyyətlisiniz. İnsanlarla da əla dil tapırsınız. Yalnız riskli maliyyə işlərindən uzaq qaçmalısınız.
Oxudum tsk=)

--------------------


...BARSA FANATI....

  • 5 mart 2012 21:06
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
XEBERE GORE TSKKKKKKK.....

... Deryam ...

  • 5 mart 2012 20:36
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
BUĞALAR_ ancaq evli buğalar üçündü ?? feel


--------------------

kis masali

  • 5 mart 2012 20:27
  • Məqalə: 9
  • Şərh: 1280
  • Bal:
{awards}
uygun gelmedi

--------------------
<3
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 67
Cəmi: 91

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 66
Cəmi: 161
 
ραყιȥ
Xəbərləri: 63
Cəmi: 143
 
NIGAR
Xəbərləri: 54
Cəmi: 798
 
lamiye_2001
Xəbərləri: 38
Cəmi: 38
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 247
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}