Ev bitkilərinə necə qulluq etmək lazımdır? (II hissə)

 
Ev bitkilərinə necə qulluq etmək lazımdır? (II hissə)

Beqoniya

Əsl vətəni Amerika olan Beqoniya evdə yetişən sevimli güllərdən biridir, müxtəliflik rəngləri olur. Beqoniyaları güllüklərdə, dibçəklərdə, asma səbətlər əkmək mümkündür.Onlar parlaq rənglərinə və güllərinə görə qiymətləndirilir.Onları böyütmək çox asandır və mənzildə olan yaxşı ev bitkisidir, çünki kölgəyə davamlıdırlar.

Beqoniyaların üç tipi var: Semperflorens, Tuberous və qeyri-adi Perennials. Semperflorens bunlardan ən populyardır. Solğun beqoniyalar, lifli beqoniyalar və həmişə çiçəkləyən beqoniyalar bu tipdəndirlər. Növündən asılı olaraq beqoniyalar ağ, qırmızı, sarı və ya çəhrayı rənglərdə olur. Bütün Beqoniya növləri kiçik, sıx yarpaqlı olur, 6-9 sm-ə kimi böyüyür.

Beqoniya bitkilərini toxumundan və ya bitkini kəsib əkməklə çoxaltmaq olar. Toxumları tozşəkillidir, əksər insanlar bu kiçik toxumlar əvəzinə bitkinin şitilini almağı üstün tuturlar. Gübrəli, suyu tez canına çəkən boş torpağı sevir. Beqoniya bir illikdir, yazda və payızda şaxtanı sevmir. Şaxtadan qoruyun, çünki şaxta vursa öləcəklər. Bu gülü həmişə sulayın, növbəti dəfə sulamazdan əvvəl torpağın qurumasını gözləyin.

Beqoniyalar diqqətə yaxşı reaksiya verir. Solmuş çiçəklərini, yarpaq və gövdəsini kəsin. Daima uzun gövdələrini səliqəyə salmaq onun düzgün formada inkişafına kömək edir. Kiçik qayğı gülün daha qəşəng yarpaqlamasına və çiçəkləməsinə səbəb olur. Ayda bir dəfə gübrə verin. Maye şəkilində gübrələr daha yaxşıdır.

Ümumiyyətlə,beqoniyalar həşəratlara qarşı davamlıdır. Əgər qabı dardırsa asanlıqla yerini böyük dibçəyə dəyişdirə bilərsiniz. Bu zaman əvvəlki dibçəkdəki torpağından istifadə edin. Günəşli pəncərəyə yaxın saxlayın, ancaq günəş işığını tədricən azaldın.

Gül mənzilinizin temperaturuna uyğunlaşana qədər, yarpaqları tökülə bilər. Ancaq bir-iki həftəyə onlar sizin evinizdə az işıq və quru şəraitə uyğunlaşacaq. Bütün qışı güllər sizin evinizi canlandıracaq və siz bundan zövq alacaqsınız!


Geri dön

Felica

  • 13 mart 2012 15:10
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
Maraqlidir xebere gore twk

:))

  • 6 mart 2012 21:11
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
maraqlidir...

_favorit_arkadas

  • 6 mart 2012 19:33
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Serhleriniz ucun tewekkurler...

--------------------

enigmatic_girl

  • 5 mart 2012 23:11
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 37
Cəmi: 51

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}