Stressin çarəsi öz əlimizdədir

 
Stressin çarəsi öz əlimizdədir

Günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq.

Gündəlik həyatımızda istər-istəməz fərqli əhvali-ruhiyyələr yaşamalı oluruq. İnformasiya dövrü adlanan günümüzdə zamanla ayaqlaşa bilmək üçün ayıqlıq, xüsusi qabiliyyət və yüksək analiz qabiliyyəti tələb olunur. Beləcə, günlərimizi cürbəcür qayğıların, çəkişmələrin əhatəsində keçirə-keçirə gözləmədiyimiz nöqtələrdən müxtəlif zədələr alırıq. Yorğun oluruq, başımız ağrıyır, bəzən özümüzü o qədər halsız, taqətsiz hiss edirik ki, iş yerindən qalxıb evə getməyə belə əziyyət çəkirik. Bütün bu problemlərin təməlində dəhşətli bir xəstəlik dayanır: stress. Tibb lüğətində stress adlı bir xəstəliyə rast gəlinməsə də, əksər xəstəliklərin əmələ gəlməsi məhz bu amillə bağlıdır. İnsan daim tələsir, dəqiqəsini ölçüb-biçir, hər saatın tamamında kiminləsə görüş planlaşdırır, hansısa yazını 3 gün ərzində bitirib, redaksiyaya təhvil verməyi boynuna götürür və beləcə, qayğılar axarında özü də hiss eləmədən çox şeyini itirir. Stress, sadəcə, bu günün meydana çıxardığı bəla deyil, hər zaman olub, amma bugünkü stress heç zaman olmayıb.

Nevrologiya üzrə mütəxəssis, professor Mehmet Yavuz streslə bağlı uzun illərdir ki, səmərəli araşdırmalar aparır. Gəldiyi qənaətlər elə bilirik ki, hər kəs üçün faydalı hesab edilə bilər. O, insanların gündəlik iş həyatında stresdən uzaq durması və ya qurtarması üçün çox səmərəli təkliflər irəli sürür.

İş həyatında stresə qarşı tədbirlər

Əgər oturaq işlə məşğul olursunuzsa, professor Yavuz sizə məsləhət görür ki, heç olmasa, yarım saatdan bir oturduğunuz yerdən qalxıb, 3-5 dəqiqə gəzinməli, mümkünsə, aradabir əl-qol hərəkətləri yerinə yetirərək tənəffüsünüzü genişlətməli, el dilində deyildiyi kimi, qırışığınızı açmalısınız. Yavuz bəy insanın uzun müddət hərəkətsiz halda bir yerdə oturmasının stresə səbəb olduğunu bildirir.

İş həyatında mümkün qədər sərbəst olmaq, uzun-uzadı telefonla danışaraq əsəbiləşməmək, kənar məsələlərə müdaxilə edərək özünə əlavə əsəb yeri yaratmamaq məsləhət görülür. Əgər işdə yorulmusunuzsa, axşam qonaq getməkdən və ya kimisə evinizə dəvət etməkdən vaz keçin. Yaşınız 50-dən keçibsə, stresə qarşı daha tədbirli olmalısınız. Çünki mütəxəssislər 50-60 yaş arasında orqanizmdə ciddi dəyişikliklərin baş verdiyini və bu yenilənmə prosesində stresin ağır nəticələr törədə bilmək ehtimalının yüksək olduğunu deyirlər.

Stresi azaltmaq üçün bəzi tədbirlər

Professor Yavuz əslində iradəli insanların stresdən qurtarmalarının heç də çətin olmadığını söyləyir. Bunun üçün insan istər psixoloji, istərsə də fiziki baxımdan özünə nəzarəti, hakimiyyəti ələ almalıdır. Əgər diqqət yetirmisinizsə, stresli insanlarda daha çox boyun-boğaz əzələləri gərilir. Əgər əsəbiləşdiyinizi hiss edirsinizsə, özünüzü ələ alın və boyun əzələlərinizi yüngülcə masaj edin. Bu məsələdə sınanmış başqa bir yol da var: üz-gözü, qolları dirsəkdən aşağı yaxşıca yumaq, boyun-boğazı islatmaq.

Dərindən nəfəs almaq

Belinizi dik tutun və ya ayaq üstdə dayanın. Yavaş-yavaş və dərindən nəfəs alın. Nəfəs aldıqca köksünüzün qabardığını hiss edəcəksiniz. Bunu daha yaxşı hiss etmək üçün əllərinizi sinənizdə çarpazlayın, ciyərlərinizi gücünüz yetdiyi qədər hava ilə doldurun və bir neçə saniyə beləcə qalın. Sonra şam üfürürmüş kimi nəfəsinizi verin. Nəfəs verdiyiniz zaman özünüzdə qəribə duyğular hiss edəcəksiniz. Bu prosesi 4-5 dəfə təkrarlayın və sonra bir neçə dəqiqə sakitcə oturun. Hiss edəcəksiniz ki, stresiniz xeyli azalıb.

Professor Yavuz tənəffüsün əhəmiyyətini insanların unutduğunu xüsusi vurğulayır və normal tənəffüs edən insanın xəstələnmə riskinin xeyli az olduğunu irəli sürür.

Yavuz stresli adamlara gün ərzində sevdikləri işlə məşğul olmağı məsləhət görür. Əgər bir iş sizin üçün işgəncə kimi ağırdırsa, əlbəttə, gün boyunca ovqatınız pozulacaq. Əgər başqa seçiminiz yoxdursa, gərginliyi azaltmaq üçün xobbilərinizi gündəlik həyata daxil etməyiniz məsləhət görülür.

Evinizə piyada çıxın

Bəlkə də, əvvəllər siz idmanla məşğul olmamısınız. Ancaq indi yaşınızın elə mərhələsidir ki, hər cür psixoloji gərginlikdən qorunmaq üçün müxtəlif fiziki təmrinləri yerinə yetirməlisiniz. Xüsusilə də, bu təmrinlər avtomobil sahibləri üçün daha çox məsləhət görülür. Əgər bir yerə gedirsinizsə, maşınınızı bir qədər aralıda saxlayın, təxminən avtomobildən düşəndən sonra 100-150 metr addımlayın. Gərgin iş rejimindən sonra evinizə gəlirsiniz, liftin qarşısında dayanıb, düyməni basırsınız. Cəmi 4 ya 5 mərtəbə qalxacaqsınız. Yaxşı olar ki, pilləkənləri ayaqla çıxasınız. İş rejimindən sonra əziyyət də olsa, bu sizin üçün çox səmərəli, faydalı olacaq. Əgər imkanınız varsa, bağda, həyətdə fiziki işlə məşğul olun. Axşam özünüzü narahat hiss edirsinizsə, hava almaq adı ilə həyətdə bir qədər gəzib-dolaşın. Ümumiyyətlə, gündəlik rejiminizi aktiv hala gətirməyə çalışın. Hər həftə, heç olmasa, iki həftədən bir gündəlik həyatınıza yeni şeylər əlavə edin.


Geri dön

ANGEL LOVE

  • 6 mart 2012 12:34
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
twk xebere gore.....

--------------------

Bella...

  • 6 mart 2012 01:33
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
TeweKKuRleR

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

VIPTOZ

  • 6 mart 2012 00:29
  • Məqalə: 1
  • Şərh: 4388
  • Bal:
{awards}
mene bunlarin hec biri komek etmir.tsk

--------------------
UNUTMA!SENE ISIQ TUTANLARA KUREYINI DONSEN,GORECEYIN TEK SEY OZ QARANLIGINDIR!!!

winxclub_bloom

  • 5 mart 2012 23:28
  • Məqalə: 155
  • Şərh: 6793
  • Bal:
{awards}
hecne fikirlewmemek

--------------------

enigmatic_girl

  • 5 mart 2012 23:15
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Hmmm goresen komel edir hamisini edib baxaram...

--------------------

FLY TIME

  • 5 mart 2012 22:36
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
tesekkurler..............................

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 14
Cəmi: 28

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}