Həzrəti Peyğəmbərdən (s.a.s) hədislər.

 
  • 30.10.2010, 13:17
  • Bölmə: İslam
  • Müəllif: Ulya
Həzrəti Peyğəmbərdən (s.a.s) hədislər.


Sözlərin ən yaxşısı dörddür: “Sübhanəllah” ; “Əl-həmdu lillah”, “La ilahə illəllah”, “Allahu əkbər.”

Mənim və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz “la ilahə illəllah” kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, təzim, şirinlik və ehtiramla yanaşı tələffüz etməlidir.

Allah dörd şeyi dörd şeydə qərar verib: Elmin bərəkətini ustada ehtiramda, imanın davamlılığını Allaha təzimdə, həyatın ləzzətini ata-anaya yaxşılıqda və cəhənnəmdən azad olmağı camaata əziyyət etməməkdə.

Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü fəqihi, zinakar qocanı və zülmkar rəhbəri.

Hər kimdə dörd xüsusiyyət olsa, Allah-təala behiştdə onun üçün bir ev qərar verər: “La ilahə illəllah” kəlməsi onun pənahgahı olsun (ki, onun sayəsində günahdan çəkinsin.), əlinə nemət gələn zaman şükrünü yerinə yetirsin, günaha düşən zaman istiğfar etsin, müsibət və bəla ilə üzləşdiyi zaman “inna lillah və inna iləyhi raciun, (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik) desin.

Qiyamət günü Allah-təala Öz rəhmət nəzərini dörd kəs üzərinə salar və onları paklaşdırar: Bir kəsin qəlbindən qəmi aradan aparanı, mö`min bir qulu azad edəni, cavan subay oğlanı evləndirəni və birinci dəfə həccə gedəni (yəni, öz vacib həcci yerinə yetirəni).

Hər kim dörd əməli yerinə yetirsə Allah-təala behiştdə onun üçün bir bulaq (yaxud, çay) axıdar; oruc tutsa, xəstəni yoluxsa, dəfn mərasimində iştirak etsə və yoxsula sədəqə versə.

Allah öz bəndələrindən ötrü dörd lütf və mərhəməti həyata keçirib. Bu dörd lütf ola-ola bədbəxt adamdan başqa heç kəs həlak olmaz:
1. Bir kəs hər hansı bir xeyir iş görmək istəsə, lakin onu yerinə yetirə bilməsə Allah onun üçün bir savab yazar.
2. Əgər yerinə yetirə bilsə ondan ötrü on savab yazılar.
3. Günah bir iş görmək istəsə, lakin həyata keçirməsə onun üçün heç bir günah yazılmaz.
4. Lakin günahı həyata keçirsə ona yeddi saat möhlət verilər. Onun yaxşı əməllərini yazmaqdan ötrü tə’yin olunmuş mələklər günah işləri yazmaqdan ötrü mə`mur olunmuş mələklərə deyər: “Bu işi yazmağa tələsmə. Çünki ola bilsin ki, hər hansı bir yaxşı iş vasitəsi ilə bu günahı aradan aparar. Çünki, Allah-təala buyurub: “Yaxşı işlər, pis işləri aradan aparar.” Əgər yeddi saat gözlədikdən sonra da bəndə heç bir xeyir əməl yerinə yetirməsə, yaxud həmin günahından tövbə etməsə, savab işləri yazan mələk günahları yazana deyər: “İndi artıq bu məhrum bədbəxtin günahını yaz.”

Riya barəsində Allahdan qorxun. Çünki, riya Allaha şərik qoşmaqdır. Riyakarları Qiyamət günündə dörd adla səsləyib deyərlər; “Ey kafir! Ey facir! (yə`ni, günahkar) Ey xəyanətkar! Ey ziyankar! Əməllərin xarab, savabın batil oldu. Bu gün heç bir payın yoxdur. Kimin üçün iş görmüsənsə, get əvəzini də ondan al!

Dörd şey insan üçün xoşbəxtlikdir: Ləyaqətli qadın, xeyirli övladlar, yaxşı dostlar və öz vətənində ruzi.

Bədbəxtliyin nişanəsi dörd şeydir: Keçmiş günahları unutmaq (halbuki, həmin günahlar ilahi dəftərdə qorunub saxlanılır.), yerinə yetirdiyi yaxşı işləri yadda saxlamaq (halbuki, mə`lum deyil qəbul olunub, ya yox), dünya işlərində yüksəkdən getmək və onlara önəm vermək, axirət işlərini isə yüngül tutub, onlara əhəmiyyətsiz sanmaq.

Xoşbəxtliyin də dörd əlaməti var: Daim keçmiş günahları xatırlamaq, gördüyü xeyir işləri unutmaq, dünya işlərində çox da yuxarıdan getməmək, axirət işlərini də yüngül tutmamaq.

Əql və şüura sahib olan məxluqat dörddür: Məlaikələr, şeytanlar, cinlər və insanlar. Bu dörd qrupun doxsan faizi mələklər, on faizi şeytan, cin və insanlardan ibarətdir. Həmin bu üç dəstədən də doxsan faizi şeytandan ibarətdir, on faizi cinlərdən və insanlardan. Bu iki dəstənin də doxsan faizi cinlər, on faizini isə insanlar təşkil edir.

Dörd şey orucu və görülən hər bir xeyir işi xarab edər: Qeybət, yalan, söz gəzdirmək və naməhrəmə baxmaq. (Yəni, qəbul olunmasının qarşısını alar, nəinki, onun səhihliyini batil edər).

Yeməkdə dörd şey cəm olsa, yemək kamil olar: Halal yolla ələ gəlsin, həmin yeməyə çox əl uzansın, əvvəlində “Bismillah”, axırında isə “Əlhəmdulillah” deyilmiş olsun.

Yer üzərində olan evlərin dörd ən möhtərəm olanı bunlardır: Kəbə, Beytül-müqəddəs, içində Qur`an oxunan ev və məscidlər. Bütün məscidlərdən ən üstünü isə Peyğəmbər (s) məscidi və Kufə məscididir. Allah yanında ən üstün kəslər peyğəmbərlər, onların vəsiləri və günahdan peşman olan tövbəkarlardır. Qadınların ən yaxşısı ərlərinə itaət edən və evlərində oturan möminə qadınlardır. Günahı tərk edərək, Allahdan bağışlanma diləmək və bir daha həmin günaha qayıtmamağı qərara almaq tövbədir. Hər kəs Allah qorxusundan və Onunla görüşmə xofundan ağlasa behiştə daxil olar.

Peyğəmbər (s) bəzən bu duanı oxuyardı: “İlahi dörd şeydən Sənə sığınıram; faydası olmayan elmdən, ram olmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan."


Qiyamət günü Allah dörd kəsi dörd təbəqədən ötrü höccət qərar verər; (nümunə göstərər) Süleymanı (ə) varlı və dövlətlilərə, İsanı (ə) kasıb və yoxsullara, Yusifi (ə) qullara, Əyyubu (ə) isə xəstələrə. Ən uca salamlar olsun bu pak peyğəmbərlərə!

Həzrəti Əliyə (ə) buyurub: “Ey Əli! Allah-Təala dünyaya nəzər edib insanların hamısından üstün olaraq məni seçdi. İkinci dəfə nəzər salıb səni bəyənib seçdi. Üçüncü dəfə nəzər salıb sənin nəslindən olan imamları seçib bəyəndi. Dördüncü dəfə nəzər salanda aləmin bütün qadınlarından üstün olaraq Fatiməni (ə) bəyənib seçdi.”



Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 20 fevral 2011 17:21
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked

--------------------

Ulya

  • 1 noyabr 2010 20:20
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}