Nüdbə duası

 
Nüdbə duası

Bu duanı Fitir,Qurban və Qədir-Xum bayramlarında, həmçinin cümə günləri oxumaq müstəhəbbidir

Bismillahir–rəhmanir–rəhim

Həmd yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allahın salavat və salamı seyyidimiz, ağamız, Allahın Peyğəmbəri Mühəmmədə və onun övladlarına olsun. Ilahi,Sənin övliyaların barədə cərəyan edən hadisələr barədə Sənə həmd olsun Elə övliyalar ki, onları Özün və dinin üçün xalisləşdirmisən. Çünki, onlara Öz yanında olan əbədi ne”mətlər bəxşiş etmisən ki, o ne”mətlər əbədidir. Heç vaxt zail olub aradan getməz, məhv olmaz. (bu ne”mətləri) bu alçaq təbiətli dünyanın, onun bər-bəzəkli zər-zivərli dərəcələrində zöhdü onlar üçün şərt etdikdən, onların da bu şərti qəbul edib öz əhdlərinə vəfalı olduqlarını bildikdən sonra (əta etdin) və onları (Öz dərganhna) qəbul və müqərrəb etdin .Yüksək zikri, aşkar sənanı onlar üçün təqdim etdin, onlara məlaikə nazil edib Öz vəhyinlə onları əzizlədi, Öz elminlə onlara yardım (əta) etdin, onları Özünə doğru şəfatəçi, razılığına çatmaq üçün vasitə qərar verdin. Sonra onların bə”zilərini (Həzrəti Adəmin) Cənnətdən çıxarana qədər orada məskunlaşdırdır. Bə”zilərini isə (Həzrəti Nuhu) Öz nicat gəminə mindirib onu və onunla birlikdə iman gətirənləri Öz rəhmətinlə həlak olmadan nicat verdin. Bə”zilərin isə Özün üçün xəlil (dost) seçdin, o da Səndən sonrakı ümmətlər içrə sadiq dil, istədi. Səndə onun istəyini qəbul etdin və onları uca məqamlı etdin Bə”ziləri(həzrəti Musa) ilə ağac vasitəsi ilə danışdın və onun üçün qardaşından (Harundan) arxa, kömək və vəzir qərar verdin;
Bəzilərini isə (həzrəti Isa) atasız olaraq dünyaya gətirdin və ona aşkar mö”cüzələr əta edib Ruhul qüdüsla onu tə”yid etdin.


Bunların hər biri üçün şəriət yol müəyyən etdin. Onlar üçün canişinlər seçdin ki, hər biri digərindən sonra, müəyyən müddətdə dini hifz etdilər. Sənin dinini bərqərar edənlər dirçəldənlər Sənin bəndələrinə höccət və dəlil olsunlar ki, haqq Öz qərargahından məhv olub aradan getməsin və nəticədə batil əhli haqq əhlinə qələbə çalmasın.Həmçinin bir kəs deməsin ki, “Ey Rəbbimiz, əgər Sən bizə (Ilahi əzabdan) qorxudan bir rəsul göndərib (onları) hidayətçi, əlamət qərar versəydin biz də zəlil və xar olmamış, işimizi Sənin həbibin və nəcib bəndən Mühəmməd (s) çatmamış Sənin mö”cüzələrinə tabe olardıq”-deməsin,və o,(həzrəti Mühəmməd)Sənin seçdiyin kimi, xəlq etdiklərinin ağası, seçdiyin bəndələrin seçilmişi, onların əfzəli, e”timad etdiyin bəndələrin ən kəramətlisi, oldu.Sən onu Öz peyğəmbərlərindən öncəyə keçirtdin, Öz bəndələrindən olan səqəleynə (cinlərə və insanlara) peyğəmbər seçdin, Öz məğrib və məşriqlərini onun ayaqları altından keçirtdin,. Büraqı onun üçün müsəxxər(ram) etdin, onun ruhunu Öz asimanına doğru pərvaz etdirdin, Xilqətin vaxtı qurtarana kimi olmuş və olacaq hər bir şeyin elmini onda əmanət verdin Sonra (düşmənlərinin mö”minlərdən qorxması ilə) onu nüsrətə yetindin, onu Cəbrəil, Mikail və əlaməti olan mələklərinlə əhatə etdin ona və”də verdin ki, onun dinini müşriklərin xoşlmadıqlarına baxmayaraq bütün dinlərə qalib edəsən, və bu iş onu sadiq bir nazil olan kimi geri qaytardıqdan sonra oldu. və oranı(qayıtdığı evi ) o və onlar üçün ilk beyt qərar verdik ki, “Camattın ibadəti üçün qoyulan ilk ev o evdir ki, Bəkkədədir, bərəkətli olub aləmlər üçün hidayətdir, onda aydın nişanələr–Ibrahim(əleyhissalam)-ın məqamı vardır. Hər kəs oraya daxil olasa, əmin-amanlıqda olar” (“Ali Imran” surəsi, 96) və Əhli-Beyt(ə) barəsində buyurdun:“Allahın iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ çirkinliyi, aludəliyi aradan aparıb Sizi pak-pakizə qərar versin” (Əhzab-53)
Sonra Mühəmməd (s)-ın muzdunu onlara aşkar məhəbbət qərar verdin və buyrdun ki, “(Ya Mühəmməd) xalqa De: Mən bu risalət müqabilində sizdən, Əhli-beytimə aşkar məhəbbət bəsləməkdən savayı bir muzd istəmirəm”

Həmçinin buyurdun ki, “Bu iş müqabilində sizdən bir şey istəyirəmsə, o, sizin xeyrinizədir” və buyurdun ki: “bu iş müqabilində sizdən bir haq, muzd istəmirəm”
Öz Rəbbinə doğru yolu seçmək istəyənlərdən başqa yalnız onlar (imamlar) Sənə doğru yol, Sənin razılığna doğru bir məsləkdirlər.


Elə ki, onun ömrü sona çatdı (Qədir Xumad) öz vəlisi Əliyyibni ƏbiTalib (əleyhissalam)-ı ayağa qaldırıb (Allahın əmri ilə) hidayətçi etdi, Çünki o (Peyğəmbər) Ilahi əzabdan qorxdudan idi və hər bir qövm üçün də bir hidayətçi olmalıdır. Camaat Peyğəmbər(s)in ətrafını tutmuş halda buyurdu: “Mən hər kimin mövlası və ixtiyar sahibiyəmsə, Əli də onun mövlası və ixtiyar sahibidir. Ilahi, onu sevəni sev, ona kömək edənlərə kömək et! Onu xar etmək istəyənləri xar et!, sSonra buyuru: “Mən hər kəsin peyğəmbəriyəmsə, Əli də onun əmirdir” və buyuru: “Mən və Əli vahid bir şəcərədənik, sair şəxslər isə müxtəlif şəcərələrdəndir.” Peyğəmbər(s) özünü Musaya, Əlini isə onun vəziri və canişini olan Haruna bənzədib buyurdu: “Sənin mənimlə olan münasibətin Harunun Musa ilə olan münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur” və öz qızını ona ərə verdi, elə bir xanım ki, hər iki aləm qadınlarının seyyidəsidir və (Peyğəmbər)öz məscidinə aid olan işləri onun üçün də halal etdi, onun qapısından başqa (məsçidə açılan) bütün qapıları bağladı, sonra öz elm və hikmətini ona əmanət verib buyurur: “Mən elmin şəhəri, Əli isə o şəhərin və darvazasıdır, hər kəs o şəhəri və hikməti istəsə, gərək onun qapısından gəlsin”, sonra buyurdu “Ya Əli, Sən mənim qardaşım, canişinim və varisimsən, ətin mənim ətimdən, qanın mənim qanımdandır. Sənin barışıq etməyin mənim barışıq etməyim, müharibən mənim müharibəmdir. Iman, mənim ət-qanıma qarışdığı kimi, sənin ət-qanınla da qarışıb. Qiyamət günü “Kövsər” hovuzu kənarında canişinimsən Sən mənim borclarımı rəva qılıb,vədələrimə vəfa edəcəksən” Səni şiələrin cənnətdə, mənim dövrəmdə nurdan olan minbərlər üstə, üzləri ağ olacaq Onlar mənim qonşularımdır. Ya Əli! Sən olamasaydın, məndən sonra mö”minlər(münafiqlərdən) seçilməzdi” Əli (əleyhissalam) peyğəmbərdən sonra azğınçılıqdan çıxmaq üçün hidayət məş”əli, korluq üçün bir nur, Allahın mətin rabitə ipi, Onun düzgün yolu oldu.

Rəsuli Əkrəm(s)-ə qohumluq cəhətindən bir kəs ondan (Həzrəti Əlidən)qabağa keçə bilmədi və həmçinin heç kəs ondan qabaq islamı qəbul etmədi, heç kəs fəzilətlərindən hər hansı birində ona çata bilmədi. Müntəzəm olaraq Rəsuli Əkrəmin(s) qədəm qoyduğu yerə qədəm qoyurdu.
Qur”an tə”vili əsasında cihad edirdi. Allah yolunda(çalışanda) məzəmmət edənlərin məzəmmətləri ona tə”sir etmirdi, Allah yolunda ərəblərin dilavər pərhləvanlarını təkləyib öldürür, ərəb quldurlarını tuturdu.Nəticədə Bədr,Xeybər, Hüneyn və s, müharibələrdən o həzrətə qarşı kin-küdurətlər qalmışdı. Nəhayətdə ona qarşı düşmənçilikdə əlbir olub onun əleyhinə qiyam etdilər, Həzrət Nakisinlərlə, (Cəməl döyüşündə), Mariqinlərlə (dindən çıxanlarla) və Qasitinlərlə (Siffeyn döyüşündə) müharibə edib onları qətlə yetirdi.


Elə ki, ömrü sona çatdı və ilk bədbəxtə tabe olan axırıncı bədbəxt (Ibni Mülcəm) onu şəhadətə yetirdi. Rəsuli Əkrəm(s)-in fərmanları yol,göstərənlərin birinin digərindən sonra gəlməsi ilə yerinə yetirilməmiş qaldı.Onun haqqına riayət edən az qrup insanlardan savayı bütün islam ümməti də ona qarşı amansız düşmənliyə qalxıb onun nəslini kəsmək üçün övladlarını sürgün etmək üçün cəm oldular və bu işə israr etdilər. Öldürülənlər öldürüldü, əsir edilənlər əsir edildi, sürgün edilənlər sürgün edildi və Allahın qəzavu-qədəri onlar üçün gözəl savab ümidi olan qaydada ötüb keçdi. Çünki Allah, yeri Öz bəndələri içərisində istədiyi şəxslərə irs verir. Gözəl aqibət isə müttəqlilər üçündür. Hər bir eyb və nöqsandan pakdır Bizim Rəbbimiz, şübhəsiz ki, Onun və”dləri hökmən yerinə yetiriləcək və Allah heç vaxt Öz vədəsinin əksinə çıxmaz, O, Əziz (izzət,şövkət sahibi) və Həkimdir (hikmət sahibi) Həzrəti Mühəmmədin (s) pak və mə”sum Əhlibeytinə (s) gərək bütün ağlayanlar ağlasın, bütün ahüfəqan edənlər yalnız onların halına ahü-fəğan etsinlər. Yalnız onlar kimilərə gərək gözlər yaş axıtsın, bütün şivən edənlər şivən etsin, bütün nalə edənlər nalə etsinlər, ürəkləri yananlar onların halından ürək yanğısı kəçirsinlər.


Geri dön

nar_18

  • 6 mart 2012 17:08
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
Allah razi olsun deyerli xebere gore ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

DEMET_AKALIN

  • 6 mart 2012 16:48
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Shokoladka

  • 6 mart 2012 15:28
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler... winked winked

--------------------


Bella...

  • 6 mart 2012 14:01
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

J ♥ S

  • 6 mart 2012 13:47
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
tewekkurler ALLAH RAZI OLSUN.....!

--------------------
J & S ∞♥....

★Azerbaijan girl★

  • 6 mart 2012 13:28
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah raziii olsun twklerrrrrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 39
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}