Həqiqət nədir?

 
Həqiqət nədir?

Həqiqət nədi? Söyləyin bizə: nədir həqiqət?Bizim yer üzündə yaşadığımız həyat başdan-ayağa xaosdur,nəhayətsiz,sərhədsiz rəngarənglik xaosu!Həddindən ziyadədir hər şey!Hə, həddindən ziyadədir və ondan sadəcə olaraq, baş çıxara bilməzsən.Biz yalnız özümüz aid olanı görə bilirik, amma bu, o qədər, əhəmiyyətiszdir ki…Həyatın qalan hissəsi isə - olduqca nəhəngdir.! Biz hər birimiz təklikdə mübarizə aparırıq, daim nəsə axtarırıq, amma hərkəs yalnız özünü tapır. Biz nəhayətsiz ənginlikdə tənhayıq, tənhalığımız zülmətə hay salır. Nicat yoxdur bizə - biz həddindən ziyadəyik və olmazın dərəcədə müxtəlifik.Ortaq yol tapa bilmirik.
Onda, bəlkə, həyat həmişə elə məndən, səndən, ondan ibarətdir?Ayrı-ayrılıqda.Bizim bir yerdə olmağımız heç vaxt həyat deyil? Heç vaxt – kifayət qədər sadə və qəti ifadədir, biz başlarımızı ona söykəyib rahatlıq tapa bilərdik.Başımızı ona söykəyərdik – hər gün uşaqlarına eyni sözləri deyən, məhəbbətinin günbəgün gücləndiyini hiss edən qoca ana kimi ona sığınardıq və bəlkə də, xoşbəxt olardıq; öz doğma evinin tavanı altına yığışmış bir ailə kimi xoşbəxt. Bəlkə, o, yəni həyat o qədər əzəmətlidir ki,onu dərk etmək heç vaxt nəsibimiz olmayacaq? Heç vaxt – zamanın lap sonuna kimi! Onda bizə daim eyni şeyləri danışmaq qalacaq, hərə özününkündən dəm vuracaq və görəcəyik ki, bütün qalan şeyləri bizim üçün keçilməz olan zülmət necə udur.
Həyatın bu qədər nəhəng olması mənim üçün dözülməzdir! Mənim üçün dözülməzdir ki, o sərhəd tanımır.Bu sonu görünməyən fəzada etənhalığlım mənim üçün dözülməzdir
Ona gərgin bir diqqətlə qulaq asırdılar.Hamı onun nitqinin təsirinə düşmüşdü.Batinlərdəki dərinliklikdə gizlənmiş nəyəsə toxunmuşdu,əl vursan qövr edəcək hansısa yaralarına dəymişdi bu adam.Onlar həyatın acılığını qabaqlar heç bu dərəcədə aydınlığı ilə duymamışdılar,onların bəziləri buna bənzər hissləri , ümumiyyətlə, yaşamadıqlarından, heç xatırlaya bilmirdilər.İndi isə nəhayət ki,öz vəziyyətlərini bütün ciddiyətiylə dərk etmişdilər.İnsan həyatının necə qatmaqarışıq olduğunu ,onun vüsətini və müşküllüyünü indi hamı anlamışdl.Artıq bilirdilər ki, həyatda insana dinclik , rahatlıq ola bilməz, çünki ayaq basmalı bircə möhkəm bünövrə, bircə qarış yer də yoxdur burada , həqiqət yoxdur.Onlar indi başa düşmüşdülər ki, heç nəyi dərk etmədən, həqiqi bir inanca sahib olmadan onların əvvəl yaşadıqları kimi ömür sürmək necə alçaqlıq, necə rəzalət imiş.Onlar indi dərk etdilər ki,keçilməz zülmətin içində necə nəhayətsiz bir tənhalığa məhkumdurlar.Və onlar başa düşdülər ki,buna mütləq son qoymaq lazımdır,nəsə başqa bir şey,hamıya yarayan bir şey tapılmalı,birlikdə aydınlığa ,həqiqəti çıxmalıdırlar.


Geri dön

_RONALDO_

  • 18 mart 2011 19:41
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
THANKS


--------------------

Yusif

  • 7 noyabr 2010 17:56
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Just For Legend

  • 7 noyabr 2010 14:52
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
THANKS

--------------------

Ulya

  • 7 noyabr 2010 14:48
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox gozel yazidi.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 42
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}