
Dəyişər fəsillər, dəyişər aylar,
Dəyişər, təbiət girər yüz dona.
Baxışın yollardan bezər, darıxar,
Sən darıxma, qayıdacam ay Ana.
Bir səhər könlünü bir qəm sarıyar,
Yollara baxarsan, qəlbin ağrıyar,
O ağ saclarını külək darıyar,
Sən darıxma, qayıdacam ay Ana.
Bir bahar günüydü, ayrıldım səndən,
Yenə kövrəlmişdin, bilirdim nədən,
Gedərkən hey opdüm yaşlı gözündən,
Sən darıxma, qayıdacam ay Ana.
Bir yar qoyub gəldim, sənə əmanət,
Köksünə sığınıb qoy çəkməsin dərd,
Bir gün dönər oğlun alnıaçıq, mərd,
Sən darıxma, qayıdacam ay Ana.
Nə qədər ayrıyam isti yuvamdan,
Qurban olum, müğayat ol Atamdan,
Sizsiz mənə həyatda hər şey haram,
Sən darıxma, qayıdacam ay Ana.
Dəyişər, təbiət girər yüz dona.
Baxışın yollardan bezər, darıxar,
Sən darıxma, qayıdacam ay Ana.
Bir səhər könlünü bir qəm sarıyar,
Yollara baxarsan, qəlbin ağrıyar,
O ağ saclarını külək darıyar,
Sən darıxma, qayıdacam ay Ana.
Bir bahar günüydü, ayrıldım səndən,
Yenə kövrəlmişdin, bilirdim nədən,
Gedərkən hey opdüm yaşlı gözündən,
Sən darıxma, qayıdacam ay Ana.
Bir yar qoyub gəldim, sənə əmanət,
Köksünə sığınıb qoy çəkməsin dərd,
Bir gün dönər oğlun alnıaçıq, mərd,
Sən darıxma, qayıdacam ay Ana.
Nə qədər ayrıyam isti yuvamdan,
Qurban olum, müğayat ol Atamdan,
Sizsiz mənə həyatda hər şey haram,
Sən darıxma, qayıdacam ay Ana.
