1500 ilin gəlini

 
1500 ilin gəlini

Musiqişünas Lalə Hüseynova “Sarı gəlin” mahnısının islamdan əvvəlki dövrdə yarandığını deyir.
Elə mahnılar var ki, xalqın qan yaddaşını özündə yaşadır. Hansısa tarixi hadisəyə, olaya birbaşa da olmasa, dolayı yolla söykənir. Bu mahnılardan xalqın yaşadığı hansısa tarixi anın gizlinləri boylanır. Bəzən sevgi dolu misralarda tarixi proseslər əks olunur. Belə mahnılardan biri də Azərbaycan xalqının məşhur “Sarı gəlin” nəğməsidir.


Bu, məşhur olduğu qədər də mübahisəli bir mahnıdır. Xeyli müddətdir ki, ermənilər onu bütün dünyada özlərininki kimi təqdin edir. Halbuki, mahnının yalnız bizə məxsus ola biləcəyini təsdiqləyən xeyli məqamlar var.

Əvvəla ondan başlayaq ki, bu mahnı necə yaranıb, Sarı gəlin, Çoban kimdir? Bayatı formasında yazılan mahnı sözlərində bir dənə də olsun arxaik, bu günkü oxucu üçün anlaşılmaz söz yoxdur. Elə buna görə də bəzi tədqiqatçılar güman edir ki, şeir XIX əsrin II yarısında meydana gəlib.Şeirin məzmunundan belə anlaşılır ki, onu qoşan (ola bilsin bu hadisəyə bələd olan şair, yaxud xalq üslubunda şeir deyə bilən hər hansısa bir nəfər) şəxs kasıb çobanmış və imkanlı ailənin çox gözəl bir qızını sevirmiş. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmir. Bir müddət ötəndən sonra qızı istəmədiyi birinə ərə verirlər. Sarı gəlin ərə getdiyi insandan özünə qarşı heç bir məhəbbət görmür və ilk sevgisini də heç cür unuda bilmir…

Bəstəkarlar İftifaqının məsul katibi, musiqişünas Lalə Hüseynova bir qədər fərqli fikirdədir. O düşünür ki, “Sarı gəlin” mahnısının tarixi İslamdan əvvələ gedib çıxır: “İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində “sarı” sözü rəmzi mənada “böyük”, “dağ” anlamında qəbul edilib. Qədim türk anlayışında isə “sarı” “kübar”, “incə” deməkdir. Bizdə bu ifadə iki anlayışda – “rəng” və “ürəyimin sarı siminə toxunma” kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı ananın yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri “səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyə belə bir musiqi yaradıb.

Bir versiyaya görə ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri Slavyan gözəlinə aşiq olub və “Sarı gəlin” adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib. Bir versiyaya görə “sarı” sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki “sarı sim”ə eyham vurur. Adətən insanların həssas məqamında bu, özünü göstərir. Yəni “sarı” sözü şeirdə rəmzi məna daşıyır. “Sarı gəlin” insanın içindəki məhəbbət, nəciblik və ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında “Sarı gəlin”in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb”.


Geri dön

enigmatic_girl

  • 6 mart 2012 23:51
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
wink maraqlidir.....

--------------------

nar_18

  • 6 mart 2012 17:49
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
maraqli xeberdi teshekkurler ...

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

Dalga

  • 6 mart 2012 17:00
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Xebere gore tewekkur edirem Men axrincini bilirdim

--------------------

★Miss Love★

  • 6 mart 2012 14:08
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere gore sagol

J ♥ S

  • 6 mart 2012 13:57
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
J & S ∞♥....

✰Dгeaм✰

  • 6 mart 2012 13:43
  • Məqalə: 704
  • Şərh: 16043
  • Bal:
{awards}
Tesekkurler.

ANGEL LOVE

  • 6 mart 2012 13:16
  • Məqalə: 148
  • Şərh: 2655
  • Bal:
{awards}
twk xebere gore....

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 50

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}