İmam Hüseynin (ə) həzrət Rüqəyyəyə (ə) sifarişi

 
İmam Hüseynin (ə) həzrət Rüqəyyəyə (ə) sifarişi

İmam Hüseynin (ə) həzrət Rüqəyyəyə (ə) sifarişi.

Həzrət imam Səccad (ə) buyurur: Aşura gecəsi mən xəstə idim və bibim Zeynəb, mənə xidmət edirdi. Birdən atam bizdən uzaqlaşıb öz xeyməsinə getdi. Covn (Əbuzərin azad etdiyi qülam), imamla birlikdə idi və o həzrətin qılıncını təmir edirdi. Atam bu şeri oxudu:
يا دهر افّ لك من خليل کم لك يا لاشرلق و الاصيل
من صاحب و طالب قتيل و الدهر لا يقنع با لبديل
و انّما الامر الي الجليل و کلّ حي سالک سبيل
“Ey dünya! Uff sənin dostluğuna, nə qədər dostları və sənin üçün çalışanları sübhlər və gecələr öldürdün!
Bəli, dünya onların yerinə başqasını istəmir. Doğrudan da işlərin sonu Cəlil olan Allahın əlindədir və hər bir canlı gərək bu yoldan keçsin.”
Ürək yandıran bu şe’ri atamdan eşidərkən onun məqsədini başa düşdüm, böyük bir bəlanın nazil olduğunu və imamın şəhadəti qəbul etdiyini bildim. Ona görə də ağlamaq boğazımı tutdu, amma səbr edib səsimi ucaltmadım. Hərəm əhli və uşaqlar bu şe’ri eşidərkən ağlamaq və nalə səsləri ucaldı. Bibim həzrət Zeynəb (ə), qadın idi (və qadınlar ürəyi yumşaq olduqları üçün) özünü saxlaya bilmədi, ayağa qalxıb tez imamın yanına gedib dedi: "Vay oğul ölən anam! Ey kaş mənim ölümüm çataydı və diri olmayaydım! Bu gün, anam Zəhra, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gündür! Ey qardaşım! Sən gedənlərin yadigarı və qalanların pənah yerisən!"

İmam Hüseyn (ə) ona baxıb buyurdu: "Bacı, ayıq ol ki, şeytan sənin səbrini əlindən almasın!"
Sonra yaş imamın mübarək gözlərində həlqə vurduğu halda bu atalar sözünü buyurdu: "Əgər Qəta quşunu azad buraxsaydılar, gecəni öz yuvasında yatardı".
Həzrət Zeynəb (ə) dedi: "Vay olsun mənə! Sənin heç bir çarən olmayıb və çarəsizlikdən ölümü qəbul etmisən, bu daha çox mənim ürəyimi yandırır və mənə çox çətindir. Məni qərib və tənha, zalım münafiqlərin arasında qoyursan?!"

Həzrət Zeynəb, bu sözləri deyib öz üzünə sili vurdu və huşdan gedib yerə yıxıldı. İmam Hüseyn (ə) qalxıb bacısının üzünə su töküb onu huşa gətirdi. Sonra onu sakitləşdirib buyurdu: "Bacı! Allahdan qorx və səbirli ol. Bil ki, yer əhli hamısı öləcək və göylərin sakinləri də əbədi deyillər. Həqiqətən Allahdan başqa hər bir şey həlak olacaq ki, O, bütün məxluqatı Öz qüdrəti ilə yaradıbdır və camaatı öldürüb, yenidən dirildəcək. Odur yeganə və misli, bərabəri olmayan. Cəddim, atam, anam və qardaşım, hamısı məndən yaxşı idilər. Onların hamısı dünyadan gedib və onunla vidalaşıblar. Yaxşıdır ki, mən və hər bir müsəlman, Allah Rəsuluna (s) iqtida edək və onu özümüzə örnək qərar verək."

İmam Hüseyn (ə) belə sözlərlə bacısına dildarlıq edib, buyurdu: "Bacı! Səni and verirəm və sən gərək bu anda əməl edəsən. Mən şəhid olarkən, sinəni və üzünü cırma, mənim şəhadətimdə vaveyla ilə fəryad etmə."

İmam Səccad (ə) buyurur: Sonra atam bibim həzrət Zeynəbi mənim yanıma gətirib, orada oturtdu.
İmam Hüseyn (ə) əziz bacısını sakitləşdirdikdən sonra, öz ailə-uşağının yanına getdi və onlara səbr etmələrini buyurdu.
Sonra buyurdu:

يا اختا ه يا گلثم و انت يا زينب و انت يا رقية و انت يا فاطمة و انت يا رباب ! انظرن اذا انا قتلت فلا تشققن علي جيبا و لا تخمشن علي وجها و لا تقلن علي هجر
ا
Bacı! Ümmü Gülsum! Və sən ey Zeynəb, sən ey Rüqəyyə, ey Fatimə, ey Rübab! Mənim sözlərimə qulaq asın. Mən şəhid olarkən yaxanızı və üzünüzü cırmayın, dilinizə pis sözlər gətirməyin!


Geri dön

...BARSA FANATI....

  • 6 mart 2012 21:59
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
DINE AID XEBERLER GORENDE COX SEVINIREM....TSKKKK....

DEMET_AKALIN

  • 6 mart 2012 16:54
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

J ♥ S

  • 6 mart 2012 14:23
  • Məqalə: 445
  • Şərh: 3537
  • Bal:
{awards}
tewekkurler ALLAH RAZI OLSUN...!

--------------------
J & S ∞♥....

★Miss Love★

  • 6 mart 2012 14:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
deуerli xebere gore sagol maraqla oxudum

★Azerbaijan girl★

  • 6 mart 2012 13:31
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun supper melumata gore twklerrrrrrrrrrrrrrr

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 13
Cəmi: 31

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}