Azərbaycanda Novruz Bayramı

 
Azərbaycanda Novruz Bayramı
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı
(“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən evdə həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şiriniyyat növləri
(qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.
Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir, bu ildə xalqımıza yeni-yeni nailiyyətlət arzulayırıq.

Çərşənbələr

Təbiətin, həyatın oyanması Novruzdan başlanır və Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin çərşənbə günləri Su çərşənbəsi, Odlu çərşənbə, Torpaq çərşənbə və Axır çərşənbə günləri qeyd olunur.

Çərşənbələrin içində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı üz evində olmalıdir, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.

Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən yeddi dəfə tullanmalıdır, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullamaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə axırıncı çərşənbə Gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.


Geri dön

enigmatic_girl

  • 7 mart 2012 03:09
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
Novruz bayramini sevirem.... wink

--------------------

...BARSA FANATI....

  • 6 mart 2012 21:42
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
EN COX SEVDIYIM BAYRAMDIR......XEBERE GORE TSKKKKKKKKKKKKKKKKKKKK...

konul123

  • 6 mart 2012 20:09
  • Məqalə: 0
  • Şərh: 1458
  • Bal:
{awards}
butun azeri xalgini urekden tebrik edirem

..:MeleK kiz:..

  • 6 mart 2012 20:05
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
Butun Legend azlilari tebrik edirem.

al yazmalim:))

  • 6 mart 2012 18:27
  • Məqalə: 37
  • Şərh: 1174
  • Bal:
{awards}
en cox sevdiyim bayramdi.dostlar bayraminiz mubarek

--------------------
oglanlar eziyyet cekib vaxtinizi ayirib mene dostluq atmayin qebul etmeyecem!!!

http://imgs.su/tmp/2012-12-24/1356351484-375.jpg

Elvin007

  • 6 mart 2012 18:25
  • Məqalə: 217
  • Şərh: 3305
  • Bal:
{awards}
Bayraminiz Mubarek Olsun Uwaqlar! bully


--------------------
▼►►Proqramming◄◄▼

★Adriana★

  • 6 mart 2012 18:13
  • Məqalə: 238
  • Şərh: 2981
  • Bal:
{awards}
HAMININ BAYRAMI MUBAREK

--------------------

Dalga

  • 6 mart 2012 17:48
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Ugurlu gelsin .Hamiya can sagligi ve sevenlere sevdiklerine qovuwmagi arzulayiram Buralarda hiss olunmur Novruzun geliwi .Gelen il vetenimde kecirecem Novruz bayramini Tewekkurler

--------------------

★Miss Love★

  • 6 mart 2012 16:59
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
en gozel baуramlardan biridir novruz,xebere gore sagol

DEMET_AKALIN

  • 6 mart 2012 16:56
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
HAMIYA ESAS CAN SAGLIGI ARZU EDIREM 2 CI NOVBEDE ISE SEVDIKLERININ YANINDA HER ZAMAN OLMAGINI ARZU EDIREM

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

tontonun anasi

  • 6 mart 2012 16:55
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ay alax novruz gelir en sevdiyim bayramlardan biridir.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 36

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}