“Azərbaycanla Rusiya Qəbələ RLS-lə bağlı razılıq əldə etməyə yaxındır”

 
“Azərbaycanla Rusiya Qəbələ RLS-lə bağlı razılıq əldə etməyə yaxındır”


Azərbaycanla Rusiya arasında Qəbələ radiolokasiya stansiyası ilə əlaqədar aparılan müzakirələrdə inkişaf var”. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Serqey Ryabkov bu gün keçirdiyi brifinqdə deyib.

Qəbələ RLS-lə bağlı danışıqlarda iştirak etmədiyini deyən nazir müavini stansiyadan istifadə şərtləri və icarə haqqı ilə bağlı problemlər olduğunu bildirib: “Lakin onu deyə bilərəm ki, Azərbaycanla Rusiya Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı razılıq əldə etməyə yaxındır. Biz gözləniləndən də tez razılıq əldə edəcəyik”.

Nazir müavini Azərbaycan-Rusiya münasibətləri haqqında da danışıb: “Çox nadir hallarda iki dost, münasibəti belə gözəl olan ölkələr tapmaq olar. Baxmayaraq ki, Azərbaycanla Rusiya arasında Qəbələ RLS, Xəzərin statusu ilə bağlı müzakirələr gedir, müəyyən problemlər var, amma bütün bunlar bizim dostluğumuza təsir etmir”.


Geri dön
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}