Əhli-Beyt bağçasından bir neçə çiçək (5-ci hissə)

 
Əhli-Beyt bağçasından bir neçə çiçək (5-ci hissə)

Bağışlayan və mərhəmətli Allahın adı ilə

Əhdə vəfa etmək, Bağışlamaq, Düz danışmaq, Yalan danışmaq

Peyğəmbər (s): ”Qiyamət günü sizlərdən mənə ən yaxını düz danışanınız, əmanəti qaytaranınız, əhdə vəfa edəniniz, əxlaqda ən gözəl olanınızdır və camaata daha yaxın olanınızdır” . “Allah və Qiyamət gününə iman gətirən şəxs vədə verdikdə ona əməl etməlidir” ." Üç şeyi tərt etmək insanlardan heç kəsə icazə verilməmişdir : Müsəlman ya kafir olmasından asılı olmayaraq ata-anaya yaxşılıq etmək, müsəlman ya kafir olmasından asılı olmayaraq əhdinə vəfa etmək, müsəlman ya kafir olmasından asılı olmayaraq əmanəti qaytarmaq”.

İmam Əli (ə): ”Vəfa edə bilməyəcəyin imanın yoxdursa, vədə vermə” . ”Əhdinə vəfa etməyən insanın dostluğuna inanma”. "Bağışlamaq ən gözəl əxlaqların tacıdır". "İnsanların ən pisi odur ki, başqalarının günahını əfv etməz və eyiblərini gizlətməz"

Peyğəmbər (s): ”Hər kəs ona olan zülmu bağışlarsa, Allah onun əvəzində dünya və axirətdə ona izzət verər” . ”Bir-birinizi bağışlayın ki aranızda olan kinlər yox olsun”.

İmam Sadiq (ə) : ”Həqiqətən, Allahu-Təala hər bir peyğəmbəri yalnız doğru danışmaq və əmanəti sahibinə (yaxşı və pis olmasından asılı olmayaraq) qaytarmaq üçün məbus etmişdir” . ”Düz danışan şəxsi təsdiq edən ilk şəxs Allahdır ki, onun düz danışdığını bilir, eləcə də öz batinində özünü təsdiqləyib doğruçu olduğunu bilir” . ”Hər kəsin dili düz olsa, əməli pak-pakizə olub inkişaf edər”.

Peyğəmbər (s) : ”Ey Əli! Düz danış! Hətta hal-hazırda sənin zərərinə tamam olsa belə. Lakin gələcəkdə sənin xeyrinə olacaqdır. Yalan danışma. Hətta hal-hazırda sənin xeyrinə olsa da belə lakin gələcəkdə sənin zərərinə tamam olacaqdır” . "Yalan ruzini azaldır"

Imam Əli (ə): ”Hər kəsdə dörd xislət olsa, dünya və axirət xeyri ona verilmiş olar : Düz danışmaq, əmanəti (sahininə) qaytarmaq, qarın iffəti (pak olması) və əxlaq gözəlliyi”. “Mömin çox düz danışan və çox ehsan edən şəxsdir” . ”Yalan İslam əxlaqından deyildir” . ”Yalan danışan şəxs yalanı ilə üç şeyi əxz edir : Allahın ona qəzəbini, camaatın ona təhqirlə yanaşmasını, mələklərin onunla düşmənçiliyini”

Bir nəfər peyğəmbərimizn hüzuruna gəlib dedi : "Ya RəsulAllah” mənə dünya və axirət xeyrini özündə cəm edəcək bir əxlaqı öyrət . Peyğəmbər (s) buyurdu:”Yalan danışma!”


Geri dön

..::Only_Life::..

  • 7 mart 2012 12:54
  • Məqalə: 263
  • Şərh: 908
  • Bal:
ALLAH razi olsun TESEKKURLER

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

enigmatic_girl

  • 7 mart 2012 03:35
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler....

--------------------

Delya_91

  • 6 mart 2012 21:16
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

:))

  • 6 mart 2012 21:09
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
allah razi olsun...,,,,

Priya

  • 6 mart 2012 20:38
  • Məqalə: 115
  • Şərh: 1890
  • Bal:
{awards}
Çox təşəkkürlər.Yazınızdan,öz ziyanına olsa belə yenə də düz danışmağı öyrəndim.Allah razı olsun.

--------------------




Mehri_94

  • 6 mart 2012 20:28
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
Allah razi olsun ! minnetdaram

--------------------
R :love: M

Bella...

  • 6 mart 2012 19:27
  • Məqalə: 2
  • Şərh: 401
  • Bal:
{awards}
ALLAH razi olsun gozel ve deyerli xebere gore...

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 58
Cəmi: 82

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 48
Cəmi: 143
 
ραყιȥ
Xəbərləri: 43
Cəmi: 123
 
NIGAR
Xəbərləri: 39
Cəmi: 783
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 238
 
lamiye_2001
Xəbərləri: 25
Cəmi: 25
 
AyliN BunyaminovA
Xəbərləri: 22
Cəmi: 469
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 501
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}