İçimdəki dərd ağacı

 
İçimdəki dərd ağacı

İçimdəki dərd ağacı...
Kökü taleyin qatında, başı arzu qanadında,
İliyimdən sümüyümə, dırnağımdan saçımacan,
Ürəyimdən ovсumaсan,
Zərrə-zərrə, qətrə-qətrə məni tamam zəbt eyləyən.
Gülüşümə kölgə salan, sevincimdən nəf diləyən.
Yarpaqları yad şilləsi, budaqları od qırmancı
İçimdəki dərd ağacı…

İçimdəki dərd ağacı
Barmağıma qabar olan düyünüylə,
Sifətimdə qırış salan köynəyilə,
Yazımda da, qışıma da yaşıl libas geyməyilə
Fəsillərə acıq verən, hər budağı pöhrələnən,
Hər rişəsi saçaq verən, nəğməsi yad, sözü acı
İçimdəki dərd ağacı…

Ağac bir yol yarpaq açar, ağac bir yol bar gətirər
Busa hər gün gül içində, busa hər gün bar altında
Bir yarpağı saralmamış mini bitir qanadında.
Aman Allah, nə qəribə ağacdır bu?
Əzabımdan şirə əmən, Fəryadımdan küləklənən
Mən qısılıb çəkildikcə ürəyimdə ürəklənən.
Dönük qardaş, soyuq bacı,
İçimdəki dərd ağacı

İçimdəki dərd ağacı
Ayağımı deşib keçən kökləriylə,
Yad torpaqdan qüdrətlənən,
Yad ellərin havasından bulud-bulud pöhrələnən.
Məni məndən alıb gedən, məni mənə yad eyləyən
Qucağımda yuva qurmuş pərvaz qəmə həyat verən,
Həsrətləri, hicranları min qayğıyla yelpikləyən
Saçlarıma ağ yağışı səpən bulud tutalğacı,
İçimdəki dərd ağacı

Hara belə boy atırsan? ürəyimi çəkə-çəkə,
Gözümdən yaş tökə-tökə məni hər gün parçalayan,
Şübhələri qızışdırıb, pislikləri qurdalayan,
Öz əlimlə düşmənimə bəzədiyim şöhrət tacı.
Sevincimin nə zamansa ildırım tək vuracağı
İçimdəki dərd ağacı.

İçimdəki dərd ağacı


Geri dön

ibn xatun_2011

  • 9 mart 2012 01:29
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
SUPER,SUPER,SUPER.....ÇOX BEYENDİM....ÇOX GÖZƏL BİR ŞEİRDİR.....AFERİN YAZANA....

--------------------

Mehri_94

  • 7 mart 2012 22:12
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
İçimdəki dərd ağacı
Barmağıma qabar olan düyünüylə,
Sifətimdə qırış salan köynəyilə,
Yazımda da, qışıma da yaşıl libas geyməyilə
Fəsillərə acıq verən, hər budağı pöhrələnən,
Hər rişəsi saçaq verən, nəğməsi yad, sözü acı
İçimdəki dərd ağacı…

--------------------
R :love: M

enigmatic_girl

  • 7 mart 2012 21:00
  • Məqalə: 2097
  • Şərh: 12942
  • Bal:
{awards}
İçimdəki dərd ağacı
Ayağımı deşib keçən kökləriylə,
Yad torpaqdan qüdrətlənən,
Yad ellərin havasından bulud-bulud pöhrələnən.
Məni məndən alıb gedən, məni mənə yad eyləyən
Qucağımda yuva qurmuş pərvaz qəmə həyat verən,
Həsrətləri, hicranları min qayğıyla yelpikləyən
Saçlarıma ağ yağışı səpən bulud tutalğacı,
İçimdəki dərd ağacı

--------------------

★Azerbaijan girl★

  • 7 mart 2012 17:09
  • Məqalə: 369
  • Şərh: 10176
  • Bal:
{awards}
İçimdəki dərd ağacı
Barmağıma qabar olan düyünüylə,
Sifətimdə qırış salan köynəyilə,
Yazımda da, qışıma da yaşıl libas geyməyilə
Fəsillərə acıq verən, hər budağı pöhrələnən,
Hər rişəsi saçaq verən, nəğməsi yad, sözü acı
İçimdəki dərd ağacı…


thankssssssssssssssssss

Shokoladka

  • 7 mart 2012 15:54
  • Məqalə: 30
  • Şərh: 8440
  • Bal:
{awards}
Beyendim tsk=) winked

--------------------


DEMET_AKALIN

  • 7 mart 2012 15:28
  • Məqalə: 0
  • Şərh: 629
  • Bal:
{awards}
Allah derdi verdise dermani onnan qabaq gonderir unutmayin

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

Qunduz2

  • 7 mart 2012 15:16
  • Məqalə: 0
  • Şərh: 122
  • Bal:
{awards}
Icimdeki derd agaci o qeder boyukdurki,,,neyse

Edward_Pattinson

  • 7 mart 2012 14:14
  • Məqalə: 21
  • Şərh: 179
  • Bal:
{awards}
ELA>TWK...Yazan EllerinizVar Olsun!

--------------------
KaMo RaPpeR 1998'cı il 1Yanvar Azerbaijan / baku. 2013'da solo rap fəaliyyətinə start verib. Rap həyatına solo davam edir... ♥

YaKiWiKLi SeRSeRi

  • 7 mart 2012 14:06
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
İçimdəki dərd ağacı...
Kökü taleyin qatında, başı arzu qanadında,
İliyimdən sümüyümə, dırnağımdan saçımacan,
Ürəyimdən ovсumaсan,
Zərrə-zərrə, qətrə-qətrə məni tamam zəbt eyləyən.
Gülüşümə kölgə salan, sevincimdən nəf diləyən.
Yarpaqları yad şilləsi, budaqları od qırmancı
İçimdəki dərd ağacı…

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 26
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}