Quranda Məhdi (əleyhissəlam) hökumətinin siması

 
Quranda Məhdi (əleyhissəlam) hökumətinin siması

Quranda Məhdi (əleyhissəlam) hökumətinin siması.

Qurani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.

1)"Ənbiya” surəsi, ayə 105.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

"Biz kitabdan (Tövratdan,yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin varis (hakim) olacağını yazmışdıq.” (Ənbiya 105)

Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş "zikr” (kitab) sözü əslində "nəyisə xatırlamaq” mə’nasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki "zikr” (kitab) sözü Qur’ana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir:

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
"O, (Quran) aləmlər (bütün insanlar və cinlər)üçün ancaq bir zikrdir (öyüd-nəsihətdir).”

Belə olduqda yuxarıdakı ayənin mənası "Biz kitabdan (Tövratdan) sonra Zəburda da...” yox, "Biz kitabdan (Qurandan) əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” olur. (Məhdi – böyük bir inqilab, səh. 121–122.)
Mərhum Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. (Əl-İrşad, səh.346.)
Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki,ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır. ( Məcməül-bəyan, c.7,səh.66.)
Quranın görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir:
"Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bir gundən artıq qalmamış olsa belə, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə dolduracağına qədər uzadar.” ( Məcməül-bəyan, c.7. səh.67.)

Quranın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın "Əhdi-qədim” hissəsində yer tapmış "Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir:
"...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir:

"...Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məl’unların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”( Tövrat. "BRITSH FAIN BABLE SWISTS” kompaniyası. Londan çapı 1856, səh.1030.)

2) "Qəsəs” surəsi ayə 5.

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ


"Yer üzündə zəif düşüb əzilənlərə (nemət verib) mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri (hakimi) etmək istəyirik.”("Qəsəs” surəsi ayə 5.)

"Məhdi (əleyhissəlam) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (əleyhissəlam) Məhdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu. (Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.)
Ələvilərdən olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbir et, qoy "Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın. (Məqatilüt-talibin, səh.359.)

3) "Nur” surəsi, ayə 55

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا

"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər,heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla ) əvəz edəcəyini vəd buyurmuşdur.”( "Nur” surəsi, ayə 55.)

Mərhum Təbərsi bu ayənin təfsirində deyir: "Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Məhdi (əleyhissəlam) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur:
"And olsun Allaha ki, onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O,həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun barəsində "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o,dünyada haqq-ədaləti bərpa edəcək” - deyə buyurmuşdur.”
Təbərsi daha sonra əlavə edib deyir: "Bu məna qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan da rəvayət olunmuşdur.”
( Məcməül-bəyan, c.7,səh.152.)

Quranda Məhdi (əleyhissəlam) hökumətinin siması


Geri dön

B_A_H_A_R

  • 7 mart 2012 17:02
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
HORMETLI _DINAR MAMEDOVA_ SIZE DERIN TESEKKURUMU BILDIRIREM COX SAGOLUN KI BELE XEBERLERE YER AYIRIRSINIZ.ALLAH SIZDEN RAZI OLSUN.BILMEDIKLERIMI OYRENIREM HEQIQETEN COOOX SAGOLUN

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

...BARSA FANATI....

  • 7 mart 2012 14:38
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
XEBERE SOZ OLA BILMEZZZZZZZZZ....

Priya

  • 7 mart 2012 13:36
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Dinarclm,sənin əvvəlki yazılarını bəyəndiyim kimi bu yazını da bəyəndim.Səndən bir ricada bulunmaq istəyirəm.Zəhmət olmazsa əgər,valideynlərlə davranış haqqında dinimiz nə buyurur?Bu mövzü məni çox maraqlandırır.Təşəkkürlər.

--------------------




..::Only_Life::..

  • 7 mart 2012 12:47
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

DEMET_AKALIN

  • 7 mart 2012 10:08
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ellerinize sagliq ALLAH razi olsun

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

tontonun anasi

  • 7 mart 2012 09:05
  • Məqalə: 214
  • Şərh: 2345
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}