İmam Hüseynə (ə) Ağlamağın Mahiyyəti

 
İmam Hüseynə (ə) Ağlamağın Mahiyyəti

İmam Hüseynə (ə) Ağlamağın Mahiyyəti

Qeyd etmək yerinə düşər ki, hədislərdə İmam Hüseynin (ə) faciəsinə bütün yer-göyün, mələklərin, hətta o həzrət dünyaya gəlməzdən qabaq əziz Peyğəmbərimiz (s) və bütün peyğəmbərlərin ağladığı göstərilir. İndi gəlin görək həqiqətən də belə olub, ya yox? Əgər belə olubsa, bəs onda bunun səbəbi nədir? Bu kiçik kitabçada qısa olaraq belə cavab verə bilərik. Allah taala Quranda neçə dəfə buyurmuşdur ki, bütün yaratdıqlarını insana görə xəlq etmişdir. Məsələn, «Bəqərə» surəsinin 29-cu ayəsində buyurur: «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur (Allahdır)!» «Loğman» surəsinin 20-ci ayəsində isə buyurur: «Görmürsünüzmü ki, Allah göylərdə və yerdə olanların hamısını sizlər üçün ram etmişdir?» Deməli, Allah taala göylərdə və yerdə nə varsa, insana xatir yaratmışdır. İndi onlardan istifadə etmə tərzi insanın özündən asılıdır.

İnsan bunlardan yaxşı işlər üçün də istifadə edə bilər, həm də pis işlər üçün də. O qalıb insanın ağıl və iradəsinə. Bunu da bilirik ki, peyğəmbərlər arasında ən üstün şəxs həzrət Mühəmməd (s) peyğəmbərdir. Allah taala da ona müqəddəs bir din əta etmiş, İmam Hüseyn (ə) də həmin dinin yolunda şəhid olmuşdur. Yəni, İslamı gətirən Peyğəmbər (s), onu (təbii ki, Allahın vasitəsilə) qoruyub saxlayan isə İmam Hüseyn (ə) olmuşdur. Buna görə də özünü İslam dininə mənsub bilən hər bir şəxs İmam Hüseynə (ə) borcludur. Hətta Peyğəmbər (s) da özünü İmam Hüseynə (ə) borclu bilir. Peyğəmbərin (s) «Hüseyn məndən, mən də Hüseyndənəm»- deyə buyurduğu hədisin mənası da məhz budur.

Belə olduğu halda indiki Peyğəmbərimiz (s) özü İmam Hüseyn (ə) -a ağlayır, nəyə görə bizlər ağlamayaq? Burada ağlamağın nə qəbahəti var? Malını, canını, oğul-uşağını, əhl-əyalını, əlində olan nə vardısa hamısını İslam yolunda qurban verən bir şəxsin şəninə məclis qurmağın nəyi pisdir? Bir halda ki, bütün kainatın ixtiyarını Allah taala Peyğəmbərə (s) veribsə və o həzrət İmam Hüseynə (ə) ağlayırsa, nəyə görə də yer-göy ağlamamalıdır? Bunu hədislərdə də görə bilərik. İmam Sadiq (ə), səhabəsi Zürarəyə buyurur: «Ey Zürarə, asiman Hüseynin şəhadətinə qırx gün qan ağladı». Başqa bir hədisdə deyilir: «Hüseyn şəhid olanda yeddi qat göy, yeddi qat yer və onların arasında olanlar, bütün məxluqat, Cənnət və Cəhənnəm, gözə görünən və görünməyənlərin hamısı ağladı».

Əlbəttə, bu hədislərin Əhli-Beytdən olması bizlərə kifayət edər və onların digər məzhəblərin mötəbər kitablarında olub ya olmamasının lüzumu yoxdur. Hansısa bir hədisin Əhli-Beytdən yetişməsini yəqin etsək, həmin hədisi Quran ayəsini qəbul etdiyimiz kimi qəbul edərik. Başqa bir hədisdə isə deyilir: «Allah taala Hüseynin qəbri üstündə 4000 mələk təyin etmişdir ki, onlar Qiyamətədək çox üzgün halda ona ağlayarlar».

İmam Hüseynə (ə) ağlamaq hələ insanlar xəlq olunmazdan qabaq da olmuşdur. Bu, iki dəfə baş vermişdir. Biri Allah taala insanların taleyini təyin edərkən baş vermişdir. İnsanların taleyi yazıla-yazıla növbə İmam Hüseynə (ə) çatdıqda lövhi-məhfuz və qələm o həzrət üçün ağlamışdır. Mərhum Dilriş və Şəhriyar da məhz buna işarə edərək demişlər:

Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətulo, Murtəza, Peyğəmbər ağlar
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki görsün öz əlində xəncər ağlar.
Atanda Hərmələ ox Kərbəladə
Görəydin düşmən ağlar, leşkər ağlar.
Yazanda Ali-Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.


Allah taala mələklərə «mən yer üzündə Özümə xəlifə təyin edəcəyəm» («Bəqərə» surəsi, 30-cu ayə) deyə buyurarkən mələklər «orada fitnə-fəsad törədib qan axıdacaq şəxsimi təyin edirsən?»- deyə sual verərkən baş vermişdir. Hədisdə, həmin ayənin təfsirində deyilir ki, hələ Adəm (ə) yaranmamışdan əvvəl Allah taala İmam Hüseynin (ə) müsibətini mələklərə göstərmiş, onlar da o həzrətin halına ağlamışlar. Allaha sual verərkən də məhz İmamı öldürmüş şəxslərin fitnə-fəsad törədib qan axıdacaqlarını nəzərdə tutmuşlar.

İnsanlar arasında da hələ İmam Hüseyn (ə) dünyaya gəlməzdən qabaq dəfələrlə o həzrət üçün göz yaşları axıdılmışdır. Onlardan biri Cənnətdə olmuşdur. Peyğəmbər (s) meraca gedərkən Cənnətdə biri yaşıl, biri də qırmızı rəngli iki bina görür. Cəbraildən (ə) bu binalar haqda soruşduqda Cəbrail (ə) cavab verir ki, onlar sənin nəvələrinindir. Yaşıl bina Həsənin, qırmızı bina isə Hüseynindir. Yaşıl binanın mənası odur ki, onu zəhərlə öldürəcəklər, qırmızı binanın mənası isə odur ki, onu qanına qəltan edəcəklər. Sonra Cəbrail (ə) Kərbəla hadisəsini hələ baş verməzdən qabaq Peyğəmbərə (s) danışır, o həzrət də İmam Hüseynə (ə) ağlayır.

Başqa bir nümunəyə nəzər salaq: Həzrət Adəm (ə) Ərəfatda olarkən göyə baxıb Peyğəmbər (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseynin (ə) adını görür. Bağışlanması üçün Cəbrailin (ə) göstərişi ilə Allahı həmin şəxslərə and verir və Allah da onu əfv edir. Adəm (ə) sonuncu şəxsin adını çəkərkən ürəyi narahat olur. Cəbraildən (ə) bunun səbəbini soruşduqda o buyurur ki, həmin şəxs sonuncu Peyğəmbərin nəvəsidir, onu Kərbəlada məzlumcasına şəhid edəcəklər. Ona görə sənin ürəyin narahat oldu. Sonra da Cəbrail (ə) həmin müsibəti Adəm Peyğəmbərə (ə) danışır, o da İmam Hüseynə (ə) ağlayır.

İmam Hüseynə (ə) Ağlamağın Mahiyyəti


Geri dön

Bella...

  • 8 mart 2012 01:42
  • Məqalə: 2
  • Şərh: 401
  • Bal:
ALLAH razi olsun sizden...

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

Mehri_94

  • 7 mart 2012 22:14
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
tesekkurler huseyinin heyayina baxdigca adamin tukleri biz biz olur

--------------------
R :love: M

enigmatic_girl

  • 7 mart 2012 20:56
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətulo, Murtəza, Peyğəmbər ağlar
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki görsün öz əlində xəncər ağlar.
recourse

--------------------

beatuy quuen

  • 7 mart 2012 17:17
  • Məqalə: 0
  • Şərh: 43
  • Bal:
{awards}
Allah razi olsun senden twklerrrrrrrrrrrrrrr

--------------------
arxamca daniwib solo oxumaqdansa uzume de duet oxuyaq

B_A_H_A_R

  • 7 mart 2012 16:49
  • Məqalə: 12
  • Şərh: 2880
  • Bal:
{awards}
SEN OVLADISAN ELI(E)NIN MEN SENE YAS SAXLAYIRAM.DERD MENI BIRTEHER EDIB YAREME KOZ BAGLAYIRAM DEYE-DEYE YA HUSEYN(E) AGLAYIRAM SIZLAYIRAM BELKE BU DERDE AGLAMAQ SEFADIR YA IMAM HUSEYIN(E).
AGAM SENIN HESRETIN BELE GOZELDIR. YA ALLAHIM BIZE HUSEYN SEVGISI VER QELBLERIMIZDE ONUN SEVGISINE DE YER AYIR.

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Shokoladka

  • 7 mart 2012 15:56
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Hüseynə yerlər ağlar, göylər ağlar,
Bətulo, Murtəza, Peyğəmbər ağlar
Kor olmuş gözlərin qan tutdu Şimrin,
Ki görsün öz əlində xəncər ağlar.
Atanda Hərmələ ox Kərbəladə
Görəydin düşmən ağlar, leşkər ağlar.
Yazanda Ali-Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.
Tesekkurler..

--------------------


★Miss Love★

  • 7 mart 2012 15:03
  • Məqalə: 77
  • Şərh: 9806
  • Bal:
{awards}
deуerli xebere gore sagol

...BARSA FANATI....

  • 7 mart 2012 14:15
  • Məqalə: 605
  • Şərh: 11433
  • Bal:
{awards}
TEWEKKURLER Maraqli xebere gore..

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 86

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 63
Cəmi: 158
 
ραყιȥ
Xəbərləri: 60
Cəmi: 140
 
NIGAR
Xəbərləri: 51
Cəmi: 796
 
lamiye_2001
Xəbərləri: 36
Cəmi: 36
 
♔Hе важно∞
Xəbərləri: 34
Cəmi: 246
 
Nergiz__Sirinova
Xəbərləri: 27
Cəmi: 510
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 9
Cəmi: 9
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}