İmam Hüseynin (ə) axırıncı vəsiyyəti

 
İmam Hüseynin (ə) axırıncı vəsiyyəti

İmam Hüseynin (ə) axırıncı vəsiyyəti.

Ayətullah Məzahiri İmamın (ə) son vəsiyyəti haqda buyurmuşdur:

“Beşinci İmam Muhəmməd Baqirdən (ə) bu hədis nəql edilir. O, öz atası İmam Səccaddan (ə) və o, da İmam Hüseyndən (ə) belə nəql edir. Bu böyük İmam da öz atası Əmirəl-möminindən (ə) nəql edir. Həmçinin belə nəql edilir ki, İmam Hüseyn (ə) və İmam Səccad (ə) ömürlərinin axırında, şəhadət zamanı bu hədisi vəsiyyət etmişdilər. Hər dörd İmam (ə) bu mövzunu bəyan etmişdilər. İki İmam (ə) həyatlarınını həssas anlarında bu hədisi nəql etmişdilər. Məlum olur ki, bu hədisin əhəmiyyəti böyükdür.

Xüsusilə də İmam Hüseyn (ə) Aşura günündə o zaman ki, bütün səhabələri və dostları şəhid olmuşdular, yəni o həssas anlarda öz son vəsiyyətini həm övladlarına və həm də bəşəriyyətə söyləmişdir. Buyurur: “Ey övladım, Allahdan başqa yardımçısı olmayan hər kəsə zülm etməkdən çəkin”.
Yardımçısı olmayan bir məzluma zülm etmək - bəzi hökumətlərin pənahı olmayan insanlara zülmü kimidir. Bəzi insanlar müəyyən bir millətə hakim olurlar, ona zülm edirlər. O millət də zalımkar qarşısında Allahdan baqşa yardımçı görmür. Bu zülm çox pislənən bir zülmdür. Belə ki, Peyğəmbəri-Əkrəmin (s) buyurduğu kimi şər insanların bir millətə hakim olması o millətin rəftarının nəticəsidir: “Ümmətimə elə bir zaman gələcəkdir ki, alimlərdən qaçacaqlar. Necə ki, qoyun canavardan qaçır. O zaman ki, belə olar, Allah onları üç bəlaya düçar edər: 1. Onların mallarından bərəkəti alar. 2. Zalım bir rəhbəri onlara hakim edər. 3. Dünyadan imansız gedərlər”.

Müdirin işçisinə etdiyi zülm də böyük zülmdür. Xüsusilə o zaman ki, işçi onun əlinin altında işləməyə məcburdur. Əgər bu zülmü qəbul etməsə, işdən çıxarılar. Çox hallarda bu cür müdirlər bu vəziyyətlərdən sui-istifadə edirlər. İşçini istismar edirlər. Əlbəttə işçi də gərək işini yaxşı yerinə yetirsin. Az iş görməsin, işini keyfiyyətsiz görməsin. Çünki bu da zülm olar.

Zülmün başqa bir növü isə pənahı olmayan insanlara zülm etməkdir. O zülmdür ki, ailə üzvləri bir-birinə edərlər. Ərlə arvadın, valideynlərin övladlarına etdiyi zülm kimi. O zaman ki, qadının himayəçisi yoxdur, ərinin zülmünə dözməyə məcburdur. Ya da əri abrını qorumaq üçün arvadının zülmünə dözməyə məcburdur. Bəzən qoca ananın oğlundan başqa həyatda başqa bir kimsəsi yoxdur. Ona görə də bu oğlunun kinayəli sözlərini eşitməyə, onun əziyyətlərinə dözməyə məcburdur ki, bu da övlad tərəfindən böyük günahdır. Qurani-Kərim övladlara valideynlərinə ehtiram göstərməsini xüsusilə vurğulayır. Övladın vəzifəsini ən ağır bir vəzifə adlandırır: “Pərvərdigarın hökm etmişdir ki, Ondan başqasına pərəstiş etməyəsiniz. Ata və anaya yaxşılıq edin. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalarsa, onlara “uf” demə. Onların üstünə qışqırma. Onları özündən uzaqlaşdırma. Onlara yaxşı söz de”.
Bu ayənin xüsusi nöqtəsi odur ki, Yeganə Allaha pərəstişlə bir yerdə valideynə ehtiram göstərmək lazımdır.

Övlada da zülm etmək bəyənilməyən əməldir. Əgər bir övlad ailə qurmaq istəyirsə, həssas vaxtıdır və onun kobud rəftarlarını valideynə hörmtəsizlik kimi dəyərləndirməyin.
Zülmün başqa bir növü isə himayəçisi olmayan insana zülm etməkdir. Qeybət, töhmət və şayiə yaymaq kimi. Çox təəsüf ki, zülmün bu növü çox yayılmışdır. Başqasının abrını aparmaq, ona töhmət vurmaq və onun haqqında yalançı şayiələr yaymaq - böyük zülmdür. Çünki Allahdan başqa yardımçısı yoxdur. Bütün bunlar haqqun-nasdır (insan haqlarındandır). Əgər insan bu haqqı yerinə yetirə bilməzsə, aqibəti yaxşı olmaz.“Başqalarına xəyanət etmək və abrını aparmaq – Allah Təala ilə vuruşmaq kimidir”.

İmam Hüseyn (ə) Aşura günü bizim hamımızı bu zülmlərdən çəkinməyə dəvət etmişdir. İmam Hüseynin (ə) bu nurani hədisi ancaq öz zamanına aid deyildir. Bu hədis hələ də canlıdır və onun bizim dövrümüzdə də nümunələrinə rast gəlmək olur. Ona görə də zehnimiz ancaq Şimir ibni Zilcöşən, Ömər Səd və ya İbni Ziyadın Əhli-Beytə (ə) etdiyi zülmlərə cəmlənməməlidir. Bəlkə bizim özümüz İmamın (ə) dediklərinə əməl etməyə diqqət etməliyik. İnsanın abrını qorumaq - ən vacib məsələlərdəndir.

Əgər günahkar insanlar bu şeylərə diqqət etmədən dünyadan gedərlərsə, cəhənnəmdə yanarlar ki, günahlarının küdurəti aradan getsin. Pak olub, behiştə düşmək ləyaqətinə nail olsunlar. Allahın rəhməti o qədər böyükdür ki, cəhənnəm də Onun lütflərindəndir. İnsanları paklamaq və təmizə çıxarmaq üçündür cəhənnəm. Əgər insan zalım olarsa, xüsusilə də Allahdan başqa himayəçisi olmayan birinə zülm edərsə - yeri cəhənnəmdir. Cəhənnəmdə Allahın lütfündən istifadə etmək əvəzinə, orada da öz hoqqabazlığına davam etmək istəyir. Elə bilir ki, həyatdadır. Ancaq Allahla belə rəftar edə bilməyəcəyini bilmir. Əgər bu cür insanlar həyatda az bir müddət üçün nəyəsə nail olurlarsa, başqaları təsəvvür etməsinlər ki, Allahın bunlardan xəbəri yoxdur. Həqiqətdə Allah bu insanlara möhlət verir ki, nə qədər bacarırlarsa öz zülmlərini və günahlarını artırsınlar.

Quran buyurur: “Kafir olan şəxslər güman etməsinlər ki, bizim onlara möhlət verməyimiz onlar üçün xeyirlidir. Biz onlara möhlət vermişik ki, günahlarını daha da artırsınlar və onları alçaq edən bir əzab vardır”. (“Ali-İmran”, 178).

Ona görə də diqqətli olmalıyıq ki, Allahdan başqa yavəri olmayan heç kimə zülm etməyək. Əgər kimsə zülm edib və ya başqasının zülmünə seyirci olub və onu müdafiə etməyibsə, bu səhvini düzəltməyə çalışsın. Allah da onun bu təqsirini bağışlayar”.

İmam Hüseynin (ə) axırıncı vəsiyyəti


Geri dön

Bella...

  • 8 mart 2012 01:45
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
ALLAH razi olsun...

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

B_A_H_A_R

  • 7 mart 2012 17:00
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
bilisiz xeberi oxumadan serh yazmayin ya da hec oxumayin hec elaqesi olmayan serh yazmayin o ne serhler dir ele yazirsiniz???HEC BILIRSIZ XEBERDE NE VAR NE YOX?XEBERI OXUYUB NETICE CIXARMAQ UCUN QOYULUR ARZULAR CIN OLSUN YAZIN DEYE QOYULMUR ELAQESI VAR BUNUN ARZULARLA?

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Shokoladka

  • 7 mart 2012 16:28
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Tesekkurler..

--------------------


...BARSA FANATI....

  • 7 mart 2012 14:10
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN...

..::Only_Life::..

  • 7 mart 2012 12:40
  • Məqalə: 263
  • Şərh: 922
  • Bal:
{awards}
ALLLAH RAZI OLSUN deyerli melumata gore

--------------------
Kəpənəyin ömrünə bir gün demə, o sənin kimi ayları deyil anları yaşayır..

ay seven ulduz

  • 7 mart 2012 11:20
  • Məqalə: 3
  • Şərh: 1318
  • Bal:
{awards}
Əgər kimsə zülm edib və ya başqasının zülmünə seyirci olub və onu müdafiə etməyibsə, bu səhvini düzəltməyə çalışsın. Allah da onun bu təqsirini bağışlayar”.

aksana1993

  • 7 mart 2012 11:00
  • Məqalə: 62
  • Şərh: 2160
  • Bal:
{awards}
Cox sag ol____________Allah razi olsun.Allah butun haminin qelbindeki arzu ve niyyetini cin etsin _A_M_I_N_

--------------------
SEVGIM YALNIZ ALLAHA.....

mirsaab

  • 7 mart 2012 10:40
  • Məqalə: 0
  • Şərh: 384
  • Bal:
{awards}
TESEKKURLER ALLAH RAZI OLSUN

--------------------
Uzulme!Istediyin bir sey olmursa,ya daha yaxsisi olacagi ucun;ya da dogurdan da olmamasi daha lazim oldugu ucundur...

DEMET_AKALIN

  • 7 mart 2012 10:06
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
ilk sehr_______________ALLAH RAZI OLSUN

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 20
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}