Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (4-cü hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (4-cü hissə)

SƏBR

Ey insan, səbrin insanın nicat tapmağında çox mühüm rolu vardır. Həqiqətən bəndələr hər iki dünyada ali mərtəbələrə səbr ilə nail olarlar.

Ruzigarın çətinliklərində səbr paltarını geyin ki, bu gözəl səbrinlə hüsni-aqibətə nail olarsan”.

Ey insan, ne᾽mətlərin şirinliyi kimi bəlaları da özünə xoş bil. Allahın sənin həyatında müqəddər etdiyi sağlamlıq və xəstəliyi, afiyət və bəlanı, cavanlıq və qocalığı, qüvvət və zəifliyi, var-dövlət və kasıblığı səmimi qəlblə qarşıla. Çünki səni bunlara mübtəla edən, hikmət sahibidir ki, hər nəyin aqibətini çox gözəl bilir, səni sevir, ata-anandan və özündən çox sənə mehriban odur və bunlar sənin xeyrinədir.

Ey insan, müsibət gələndə tez təşvişə düşüb canfəşanlıq etmə. Mehriban və həkim Allahın qəza və qədərinə razı ol, şikayətlənib müsibəti dilinə gətirmə. İmam Səccad əleyhissalamdan nəql olunan şe᾽rdə Həzrət belə buyurub: “Bəlaya mübtəla olsan kəramət sahibləri tək səbr et ki, bu ən böyük şücaətdir. Rəhimsizlərə belə rəhimli olan Allahı qoyub adi insanların qarşısında şikayətlənməyin”.

Ey insan, xoş güzaranlıq, var-dövlət və afiyəti sevdiyin kimi çətinlik, yoxsulluq və bəlanı da sevməlisən.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunan hədisdə Həzrət belə buyurur: “Hər kəs müsibətə səbr etsə Allah taala onun üçün hər birinin arası yerdən göyə qədər olan üç yüz dərəcə yazar. Hər kəs itaətdə səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşə qədər olan altıyüz dərəcə yazar. Hər kəs günahın müqabilində səbr etsə Allah taala onun üçün hər birinin arası yerin dərinliklərindən ərşin sonuna qədər olan doqquzyüz dərəcə yazar”.


Geri dön

Mehri_94

  • 7 mart 2012 21:43
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
tesekkurler maraqliydi

--------------------
R :love: M

enigmatic_girl

  • 7 mart 2012 21:28
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Tesekkurler....maraqli xebere gore...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}