Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (5-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (5-ci hissə)

SƏBRİN MƏRTƏBƏLƏRİ VƏ NÖVLƏRİ

1- İnsanın ürəyi istədiyi sağlamlıq, mal, qohum-əqrəba, cah-cəlal və məqam kimi dünyəvi ləzzətlərin müqabilində edilən səbr. Bəndənin bunların müqabilində səbr edib, öz nəfsini onlara meyl etməkdən, ciddi yanaşıb tüğyana düşməkdən saxlaması nə qədər zəruridir.

2- İtaətdə səbr. Bu çətin işdir. Çünki nəfs təbii olaraq itaətdən, boyun qaçırır və daha çox ağalığa doğru meyilli olur. Ona görə deyiblər elə bir adam yoxdur ki, Fir᾽onun zahir etdiyi onun ürəyindən keçməsin. Lakin Fir᾽on imkan tapıb onu aşkar etdi. Elə bir adam yoxdur ki, öz nökərləri ya xadimləri və ya ətrafdakıları ilə bunu bildirməsin. Düzdür, həddini aşmasa da xadimlərin təqsiri olanda onlara acıqla qəzəblənməsi buna dəlildir. Bütün bunlar təkəbbürdən başqa bir şey deyildir.

Ey insan, itaətdə, həm əmələ başlamazdan qabaq, həm əməlin əsnasında, həm də ondan sonra səbr etməyin lazımdır. Əməldən qabaq, niyyətin düzlüyü üçün, əməlin əsnasında Allahın zikrindən qafil olmamağın üçün və əməldən sonra isə onu qiymətdən salan təkəbbür kimi halətlərin sənə üz verməməsi üçün lazımdır.

3- Günahların müqabilində edilən səbr. Bəndənin buna lap çox ehtiyacı var. Çünki yalan, qeybət, söz gəzdirmək, böhtan kimi günahlar adətdən doğur və adət isə sabitləşmiş bir xüsusiyyətdir. Şəhvət də bunlara əlavə olsa Şeytanın iki böyük qoşununa çevirilib fitrətə qalib gələrlər. Bəs günah nə qədər ləzzətli olsa ona səbr etmək də bir o qədər çətinləşər.

4- Xaricdən gələn tə᾽sirlərin müqabilindəki səbr. Belə ki, hər hansı bir iş, ya söz ilə sənə əziyyət olunarsa səbr et. Burada onun cavabını verməyib səbr etməyin “gözəl səbr” (şəriətdə) adlanır.

Ey insan, sənə pislik yetirən adamın müqabilində səbr edib işi Allaha həvalə et, intiqam almağa imkanın olsa da heç vaxt əks tə᾽sir göstərməyə can atma. Bizə yetişən hədislərdən əlavə, Əli əleyhissalamın oğlu Həsənə olan vəsiyyətlərindən: “Məbadə Allahdan başqa köməyi olmayan kəsə zülm edəsən”.

Təcrübə göstərir ki, bə᾽zən gec də olsa Allah taala elə bu dünyada çox gözəl əvəzini çıxar və məzlumun intiqamını zalımdan alar.

5- İxtiyarı əlində olmayan bəlaların müqabilindəki səbr. Əziz adamlarını itirməyin, malın tələf olması, səhhətin pisləşməsi, göz işığının getməsi, bədən üzvlərinin gücdən düşməsi, yoxsulluq və fəqirlik kimi müsibətlərə dözmək və səbr etmək əksər hallarda çox çətin olur və çoxda böyük əcri vardır. Allah taala onlar haqqında buyurur:

O kəslər ki, başlarına müsibət gəldiyi zaman səbr edib dedilər: “Biz Allah tərəfindən gəlmişik və Ona tərəfdə qayıdacağıq” onları pərvərdigarı tərəfindən salavat və xüsusi rəhmət gözləyir və onlar doğru yolda olanlardır.

Ey insan, (Allah səbrin bütün qisimlərini sənə əta etsin) səbrin vasitəsilə neçə şey ələ gəlir ki, onlar səbr əhlinə səbrin acısını baldan da şirin edərlər: 1-Axirətdə hesabı mə᾽lum olmayan savabın verilməsi: hədislərdə var ki, səbr edənlər “Ərəsat”da durmadan, “Mizan” və hesab-kitab görmədən cənnətə daxil olacaqlar.

Səbr edən şəxs qiymətdə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc çəkib şəhid olanın dərəcəsinə nail olar.

Yoxsulluğa səbr etmək cihaddır.” İmam Sadiq əleyhissalam deyir ki, İmam Baqir əleyhissalam buyurubdur: “Səbr edən kəs, səbri ilə oruc tutub namaz qılanın və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar”.

Bu mətləbi yuxarıda deyilmiş hədisdən “səbr edən kəs Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qarşısında qılınc vuran şəhidin dərəcəsinə nail olar” anlamaq olar.

Səbr etmək altmış il ibadətdən fəzilətlidir.

İmam Sadiq əleyhissalam buyurub: “Hər kəs bir gecə öz dərdindən Allaha pənah apara, onun qəbul olmasını istəyə və ona şükr edə altmış illik ibadət kimi olar”.

Mö᾽min hər hansı bir bəlaya səbr etsə ona min şəhidin savabı verilər.

2- Təcrübə göstərir ki, insan səbrlə ali mərtəbələrə nail olur. 3-Zaman ötdükcə çətinlik aradan gedir, ömür qısalır, keçən anların sevinci və kədəri qalmır, gələcəkdə isə nə olacağını bilmirsən. İndi bir sənsən bir də yaşadığın saatlar. Yaxşı olar insan, ömrünü faydalı olan səbrə həsr etsin. 4-Narazı olub şikayətlənməyin əcri azaltmaqdan başqa bir nəticəsi olmaz. Olacağa çarə yoxdur və Allahın qəza-qədəri dəyişməz. bəndənin isə qul kimi hər şey qüdrətindən xaricdir. 5-Bu işdə böyük və çətin imtahanlardan çıxmış insanların həyatına nəzər salmağın böyük əhəmiyyəti var. 6-Bəlaya mübtəla olmaq özü bir səadətdir. Bəla dostluğun nişanəsidir. Ümumiyyətlə bəlanın ən şiddətlisinin mö᾽minin başına gəlməsi onun Allaha daha yaxın olduğunu kəşf edir. 7-Başa düşməlisən ki, bəlalar həkim və mehriban olan Allah tərəfindəndir O, bəndəsinin xeyrinə olmayan bir şeyi ona məsləhət görməz, ehtiyacsızdır, hər şeyə də qadirdir. 8-Bilməlisən ki, bu yalnız nəfsin islahı və paklığı üçündür. 9-Ah-nalə etməyin düşmənin sevincini və dostun kədərini artırar. 10-Səbr etməyin aqibəti hətta bu dünyada belə yaxşı nəticə ilə qurtarır. Məsələn, Yusif peyğəmbərin çətin sınaq və töhmətlərin müqabilində səbr etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul, qardaşlarını ona tabe, Züleyxanı isə xar olub onun yolunu gözlədikdən sonra (Yusif peyğəmbərin duası ilə) cavanlığı, gözəlliyi və gözünün nuru yenidən qayıdıb onunla izzətlə evləndi. “Yusif” surəsinin təfsirində gələn hədislərə müraciət edənə bu mətləb gizlin deyildir.

Həmçinin, Allah taala Əyyub peyğəmbərin səbrinə görə, əldən verdiyi səhhətini, övladlarını və əyalını ona qaytardı və ona çoxlu mal-dövlət verdi.

Ey insan, müsibət gələn zaman Əhli-beytin müsibətlərini yadına sal. Çünki elə bir müsibət yoxdur ki, onlar onun ən kamil fərdinə mübtəla olmasınlar. İnsanların ağası və məxluqatın yaradılışına səbəb olan İmamların böyük Hətta “Yeri, göyü və onda olanları” Əhli-beytə əleyhissalam xatir yaratmaq barədə çoxlu hədislər nəql olmuşdur.

Müsibətlərini xatırladıqda öz müsibətin sənə asanlaşar. Şair nə gözəl deyib:

Sizin müsibətiniz bizim kiçik müsibətlərimizi unutdurdu və qarşıdan gələn müsibətlərimizi də asanlaşdırdı”.

Ey insan, məbadə bə᾽zi avamlar kimi çətinliklər müqabilində çarəsizlikdən səbr edəsən. Bu aşkar riadır. Sənin səbrin təqvalı insanların səbrindən olsun ki, onlar axirət əcrinin intizarındadırlar. Ən üstünü ariflərin səbridir ki, mehriban və hər şeyi bilən Allahdan gələn bəlaların ləzzətini duyasan.

Ey insan, müsibət zamanı səbrin ağlamaq ilə ziddiyyəti yoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o əzəmətilə oğlu İbrahimin vəfatında ağlayarkən ondan soruşdular “Sən bizə səbr etməyi əmr edirsən, bəs bu ağlamaq nədir?” Peyğəmbər (s) bunu deyənə acıqla: “Vay olsun sənə! Ürək yanar, göz yaş axıdır, ancaq biz Allahın razı olmadığı və Onu qəzəbləndirdiyi şeyi demərik”

Ey insan, müsibət zamanı “İnna lillah və inna iləyhi raciun” ibarətini çox təkrar et ki, ayədə qeyd olunan salavat, rəhmət və hidayətdən məhrum olmayasan və dözümlü və səbirli olmağın üçün böyük səbr sahiblərinin başına gələnləri tez-tez yad etməlisən.

Ey insan, İmam Sadiq əleyhissalam buyurubdur: “Səbr kasası daşdıqda ümid qapısı açılar.”

Təcrübələr də buna şahiddir ki, hər çətinliyin sonunda bir rahatlıq vardı.

Nə gözəl deyilib:

“Allahın nə qədər gizli mehr və lütfü vardır ki, ona hətta zəkalı beyinlər yaxın düşə bilməzlər”.

“Hər bir çətinlikdən sonra hökmən rahatlıq vardır ki, onunla kədərli qəlbinə sevinc bəxş et”.

“Nə çox olub ki, səhərlər əhvalın narahat olduğun halda axşamlar sənə gözəl ruhiyyə üz gətiribdir”.

“Hər vaxt əhvalın dəyişsə təkcə uca, vahid Allaha e᾽timad et”.

“Çətin hadisələrlə üzləşdikdə heç vaxt ah-zar etmə. Allahın nə qədər gizli lütfü var”.

“Dünya sənə dar olsa “ələm nəşrəh” barədə fikirləş ki, hər çətinlikdən sonra iki yüngüllük taparsan. Əgər fikirləşsən fərəhli və şad olarsan”.

Ey insan, demək olar gözəl əxlaqi sifətlərin çoxunun mahiyyəti səbrlə bağlıdır, lakin hər birinin özünə məxsus adı var” qarın və şəhvətin müqabilindəki səbrə “iffət”, müsibətin müqabilindəki səbrə sadəcə “səbr”, günahın müqabilindəki səbrə “təqva”, özünü cüz᾽i miqdar malla razılaşdırmağa “qənaət”, döyüş və müharibədəki səbrə “şücaət”, qeyz və qəzəbin müqabilindəki səbrə “helm”, dünyəvi bəlaların müqabilindəki səbrə “ürəyi genişlik”, əgər eyş-işrət və firavan yaşamaqdan uzaqlaşarsa “zöhd” və s. deyilir ki, hər biri öz yerində bütün təfsilatı ilə şərh olunmuşdur.


Geri dön

B_A_H_A_R

  • 8 mart 2012 10:17
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
edebin insan ucun nece vacib oldugunu bilsen.. Rebbine her dua edisinde mulk var dovlet can saligi yerine edeb dileyerdin

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Bella...

  • 8 mart 2012 01:33
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

Shokoladka

  • 7 mart 2012 22:14
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Allah razi olsun !

--------------------


KaYfA_SuRgUn

  • 7 mart 2012 22:09
  • Məqalə: 185
  • Şərh: 1597
  • Bal:
{awards}
MARAQLI SEKILLERDIR COX SAGOLUN...

--------------------

ibn xatun_2011

  • 7 mart 2012 21:30
  • Məqalə: 11
  • Şərh: 436
  • Bal:
{awards}
EY İNSAN,SƏNƏ PİSLİK YETİRƏN ADAMİN MÜQABİLİNDƏ SƏBR EDİB İŞİ ALLAH HƏVALE ET.......

MƏN HER ZAMAN ALLAHA HEVALE EDİRƏM VƏ ALLAHA ŞÜKÜR PİSLİKLƏR UZAQ OLUR MƏNDƏN....MAŞALLAH..

--------------------

Mehri_94

  • 7 mart 2012 21:20
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
Allah razi olsun!

--------------------
R :love: M

★Miss Love★

  • 7 mart 2012 21:11
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
тez тez bele deуerli ve maraqli xeberler verdiуinize gore cox sagolun,Allah razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}