Axı niyə Rəbbim

 
Axı niyə Rəbbim

Niyə ya Rəbbim, axı mən neyləmişəm, mən buna layiq deyildim ay Allah, mən kimə ziyan vermişəm ki, başıma bunları gətirirsən, niyə mənə zülm edirsən ay Allah, axı mənim günahım nə idi? Buna bənzər çox ifadələr eşidirik.
Müsəlman şəxs əvvəldən iman gətirərək bilir ki, başına gələn qəza və qədər hamısı Allahu Təaladandır, bunlara sidq ürəklə inanıb olanlarla razı qalmalıdır. Başına gələnlər istər xoş olsun, istərsə də acı. Həmçinin müsəlman şəxs bilir ki, Allahu Təala nə sorğu-suala çəkiləcək, nə tənqid olunacaq, nə də etdiklərinin hesabını verəcəkdir. Əl-Ənbiya surəsinin 23-cü ayəsində buyurulur ki: (O (Allah), etdikləri barədə soruşulmur. Onlar (insanlar), (etdikləri əməllərə görə) sorğu-sual olunurlar).
Allahu Təala öz mülkü ilə istədiyi şeyi edə bilər, kiməzə izzət vərər kimisə zəlil edər, istədiyinə hər şeyi bol verər istədiyinə az verər, kimisə bu dünyada yüksək rütbələrə qaldırar kimisə alçaldar. Bütün insanlar Allahu Təalaya dua edərək, şikayətlərini bildirərək, ağrı-acıları ilə üz tutub istəyə bilərlər, lakin heç kim Allahu Təalanı nə hesaba çəkə bilər, nə də Allahın əmrləri ilə razı olmaya bilər.
Rəsulullah (s.a.v) bizə ən gözəl nümunədir. O (s.a.v), Allahu Təalanın göstərişi ilə insanlara haqq yolu göstərmiş, haqqa dəvət etmiş, dini təbliğ etmişdir. Bu yolda kafirlər ona min cür əziyyətlər vermişlər və Peyğəmbərimizi (s.a.v) çox incitmişlər. Lakin O (s.a.v), olanlardan gileylənərək Allahu Təaldan hesab sormamışdı. Peyğəmbərimiz (s.a.v) Taifə gedərkən oranın camaatı Onu (s.a.v) ağır dərəcədə incitmişdilər, arvad-uşaqları ilə yollara çıxıb Onu (s.a.v) söymüş və daşqalaq etmişdilər, hətta çarıqlarına qədər qan olmuşdu. Hansı ki, Peyğəmbərimiz (s.a.v) oraya onları hidayətə gətirmək ümidi ilə getmişdi. Başına gələnlərdən sonra isə yenə də Allahu Təalanı nə qınamış, nə də olanları niyə olduğundan şikayət etmişdi. O halda Peyğəmbərimiz (s.a.v) belə dua etmişdi: �Allahım zəifliyimi Sənə şikayət edirəm, hiyləm yoxdur bacarıqsızlığımı etiraf edirəm, insanlarla yumşaq davranıram. Ey rəhimlilərin ən Mərhəmətlisi, Sənsən zəiflərin Rəbbi və Sənsən mənim Rəbbim, məni kimə həvalə edirsən? Mənə qəzəbli deyilsənsə heç nə vecimə deyil, lakin afiyət mənim üçün daha genişdir. Gecələrə işıq salan üzünün (cəmalının) nuruna sığınıram��
Kimlərsə dedikləri sözləri anlamadan dediklərini və yaxud pis niyyətlə demədiklərini söyləyə bilərlər. Lakin yaxşı niyyət səhv bir əmələ bəraət qazandırmır.
Buna görə də, mömin şəxsin başına hər hansı bir bəla gəlsə də o; Bütün olanlara görə Allaha şükür olsun � deməlidir. Çünki mömin şəxs qeybi görə bilsə, elə başına gələnlərlə razılaşar və başqasını seçməz.

Allaha həqiqi iman gətirək və Onun uca hökmü ilə razılaşıb talemizdən şikayət etməyək!


Geri dön

music_angel

  • 1 sentyabr 2011 13:54
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

Just For Legend

  • 21 dekabr 2010 20:31
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
maraqli melumata gore cox sag ol

--------------------

Yusif

  • 7 noyabr 2010 18:00
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

tesekkurler

Ulya

  • 1 noyabr 2010 21:17
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 25

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}