Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (6-ci hissə)

 
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi (6-ci hissə)

TƏVƏKKÜL

Ey insan, (Allah taala sənə hər iki dünyanın xeyrini nəsib etsin) bütün işlərində Allaha təvəkkül və e᾽timad et. Çünki bütün işlər onun tədbiri və qəza qədərilədir. Allaha təvəkkül etməklə həm qəmdən, həm də etdiyin sə᾽yin çətinliklərindən rahat olarsan. Çünki həyatda hər hansı bir məqsəd uğrunda sə᾽y etməyin həmişə ona yetişməklə nəticələnmir. Əgər Allahın qəzası sə᾽yinlə üst-üstə düşməzsə narahatçılıq, kədər və qəm-qüssə səni əldən salacaq və əgər qəza ilə sə᾽y uyğun gələrsə bu yolda çəkdiyin zəhmətlərin özü insan üçün böyük bir yükdür. Amma bu işdə Allaha təvəkkül edib onun təqdirinə razı olarsansa, heç bir narahatçılıq keçirmədən aram və rahat olacaqsan. Əhli-beyt (əleyhimüssalam) da “Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha iman gətirərlər” ayəsini dediyimiz mətləbin əvvəl və mənfi qismətinə təfsir etmişlər (Yə᾽ni, insanlar adətən öz elm, sə᾽y və zəhmətlərini öz məqsədlərinə yetişməkdə Allahdan ayrıca müstəqil bir səbəb hesab edib onların sorağına gedərlər).

Ey insan, işlərində alim, xəbərdar və qəza-qədər sahibi olan Allaha təvəkkül et, ondan başqasını gücsüz hətta milçəkdən də aciz bil. Oğul, naşı adamların düzgün başa düşməyib istinad etdikləri (Allah taala bütün işləri yalnız səbəblərilə icra edir) qaydada aldanma. Qaydanın mə᾽nası budur ki, heç bir iş səbəbsiz hasil olmur. Lakin bu qaydanın harasında yazılıb ki, bəndə öz işlərini müstəqil səbəb hesab etsin? Dualarda da deyilir ki, yalnız Allah taala müstəqildir və bütün işlərin səbəbi onun əlindədir. O, bu işdə heç kimi özünə şərik etməmişdir. Elmdən əməllərin məsələn, ruzi toplamağın barəsində hədislərdə gələn tə᾽kidli hökmlər səni çaşdırmasın. Bunlar aləmlərin pərvərdigarının qurduğu nizam-intizamı saxlamaq üçündür. Ona görə də həmin tə᾽kidlərlə yanaşı ifrat etməmək və qənaət haqqında da qəti hökmlər gəlmişdir.

Ey insan, səbəb və vəsilələrin hamısını qeyri-müstəqil san, onları öz sahibinə tapışır və bütün ona təvəkkül et. Şair nə gözəl deyib: “Öz işlərinin nəticəsinə arxayın olma, onları qəza-qədərin öhdəsinə burax. Bə᾽zən çətinliklər sovuşar, bə᾽zən də dünya sənə dar gələr. Nə çox ola bilər ki, çətinliklərin sonu sənin xeyrinə tamam olsun. Allah öz istədiyini icra edər, sən buna e᾽tiraz etmə”.

Əgər elm öyrənmək istəmirsənsə onda ehtiyacın qədər qazanc əldə et və qənaətlə xərclə. Hədislər və təcrübə göstərir ki, öz işində Allaha təvəkkül edən şəxsin halı səbəblərə arxayın olan kəsin halından yaxşı olar. Həyatda səbəblərə tam arxayın olan şəxsin, xüsusən onun yaxın bəndəsinin bu işi, Allahın ondan üz döndərməsinə, onu özbaşına buraxmasına hətta səbəblərin belə tə᾽sir etməməsinə gətirib çıxara bilər.

Ey insan, Yusif peyğəmbərin başına gələn o böyük bəlaların müqabilində səbr edib Allaha təvəkkül etməyi sənə kifayət edər. Həmçinin Yə᾽qub peyğəmbərin mübtəla olduğu o ürək ağrıdıcı və acınacaqlı hadisələrin müqabilində bir ləhzə də ondan ümidini üzməyib səbr etməsi bizlərə ən gözəl həyat dərsidir.

Ey insan, hacətlərini Allahdan başqasından istəmə, müsibətlərdə təkcə ondan kömək dilə. O, səxavətlidir, kəramət sahibidir. İbrahim peyğəmbərə xəlillik mənsəbini o vermişdir. Çünki İbrahim əleyhissalam heç vaxt özgəsindən bir şey istəməmişdir.

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurur: “Mən xeyrin hamısını başqalarının əllərində-kinə tamah salmamaqda gördüm”.

Başqa bir hədisdə İmam Sadiq Müəmmər Əz-Zəhrədən, o da Əliyibnil Hüseyn əleyhissalamdan nəql edir ki, buyurub: “Mənim nəzərimcə xeyr bütünlüklə insanlardan bir şey ummamaqda cəm olmuşdur”.

Yenə buyurur: “Sizlərdən hər biri Allahdan istəmədiyi bir şeyi ona verdiyi halda gərək başqalarından ümidini üzsün və yalnız ona bel bağlasın. Belə olan surətdə bəndə ona ağız açmamış Allah taala onun qəlbindən keçənləri ona əta edər”.

Hacətlərin ona əyandır. Bu babın rəvayətlərini nəzərdən keçir, bu mə᾽naya dəlalət edən çoxlu rəvayət taparsan.

Səhifəyi-Səccadiyyə”nin on üçüncü duasını yaddan çıxarma, onun ətrafında yaxşı-yaxşı fikirləş ki, səbəblərə müstəqil surətdə üz gətirməyin bəyənilmədiyi haqqında dediklərim sənə aydın olsun.


Geri dön

★Azerbaijan girl★

  • 9 mart 2012 23:53
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
Allah razi olsun

Shokoladka

  • 8 mart 2012 21:20
  • Məqalə: 30
  • Şərh: 8231
  • Bal:
{awards}
Alllah razi olsun sizden tesekkurler...

--------------------


enigmatic_girl

  • 8 mart 2012 19:50
  • Məqalə: 2097
  • Şərh: 12715
  • Bal:
{awards}
Tesekkurler...

--------------------

Mehri_94

  • 8 mart 2012 19:14
  • Məqalə: 15
  • Şərh: 1235
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
R :love: M
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 9
Qonaqlar: 41
Cəmi: 69

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 46
Cəmi: 220
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 862
 
Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 60
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 542
 
♔Hе важно∞
Xəbərləri: 19
Cəmi: 275
 
Lmzade
Xəbərləri: 13
Cəmi: 13
 
aytc.sza
Xəbərləri: 12
Cəmi: 12
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}