Əhli-Beytin (ə) mübarək kəlamlarında İmam Hüseynin (ə) məqamı

 
Əhli-Beytin (ə) mübarək kəlamlarında İmam Hüseynin (ə) məqamı

Əhli-Beytin (ə) mübarək kəlamlarında İmam Hüseynin (ə) məqamı

Umran ibni Həsin deyir: “Bir gün Peyğəmbər (s) mənə buyurdu: “Ey Umran, hər bir şeyin qəlbdə öz yeri vardır. Ancaq heç bir şey mənim qəlbimdə bu iki cavandan (İmam Həsən (ə) və İmam Hüseyn (ə)) daha üstün məqama malik deyildir”. Umran deyir: “Ya Rəsullah (s), nə səbəb olmuşdur ki, bu iki cavanı belə sevirsiniz?” Həzrət (s) buyurdu: “Ey Umran, o şey ki, sənə gizlidir, sənə agah olan şeylərdən daha çoxdur. Allah Təala mənə əmr etmişdir ki, bu ikisini sevəm”.

İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir: “Hər kəs Allahın Quranda adını çəkdiyi “Urvətil-vusqa”ya çatmaq istəsə, gərək Əlini (ə), Fatiməni (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) sevsin. Çünki AllahTəala Öz cəlal ərşində onları sevir”.

Nəql edilir ki, Həzrət Peyğəmbər (s) qapıdan içəriyə daxil olan İmam Hüseynə (ə) buyurur: “Xoş gəlmisən, ey göylərin və yerlərin zinəti!” Orada olanlardan biri, Əbi ibni Kəəb təəcüblə soruşur: “Ya Rəsullah! Sizdən başqa kimsə yenə göylərin və yerin zinəti hesab edilirmi?”. Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbi ibni Kəəb! And içirəm o Varlığa ki, məni peyğəmbərliyə məbus etmişdir, həqiqətən Hüseyn ibni Əli (ə) göy üzündə yerdən daha çox tanınır. Onun adı ərşi-İlahidə belə yazılmışdır: “Həqiqətən, Hüseyn hidayət çırağı və nicat gəmisidir”.

O zaman ki, insanlar İmam Əli (ə) ilə beyət etməyə gəlirlər, Həzrət Əli (ə) İmam Həsənlə (ə), İmam Hüseynin (ə) üzünü insanlara tərəf çevirir və buyurur: “Ey insanlar, şahid olun və şəhadət verin ki, bu iki cavan Peyğəmbərin (s) övladlarıdır. Həzrətin (s) sizin aranızda qoyub getdiyi əmanətlərdir. Sizdən istənmişdi ki, onları hifz edəsiniz. İndi isə mən onları sizə əmanət verirəm. Onlardan muğayat olun və bilin ki, Peyğəmbər (s) Qiyamət günü bu iki əmanəti qoruduğunuza dair sizi sorgu-sual edəcəkdir”.

Cabir ibni Abdullah deyir: “Mən dəfələrlə Peyğəmbərdən (s) İmam Hüseyn (ə) haqqında eşitmişdim ki, buyurur: “O kəs ki, behişt cavanlarının sərvərinə baxmaq istəyir, onu tanımaq istəyir, Hüseyn ibni Əliyə (ə) baxsın””.

Həzrət Peyğəmbərdən (s) nəql edilən başqa bir hədisdə deyilir: “Həsən və Hüseyn - behişt cavanlarının sərvəridirlər”.

Əbu Əyyub Ənsari deyir: “Bir gün Peyğəmbərin (s) xidmətinə getmişdim, gördüm ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) Həzrətin (s) kənarında oturub, oynayırlar. Peyğəmbər (s) də onlarla söhbət edir. Onları qucaqlayır. Ərz etdim: “Ya Rəsullah! Bu iki əzizi sevirsiniz?” Həzrət buyurdu: “Onları necə sevməyə bilərəm, bir halda ki, onlar mənim güllərimdir. Mən onları iyləyirəm və bu ikisinin ətrindən bəhrələnirəm”.

Başqa bir hədisdə Həzrət (s) buyurur: “Bu ikisi, mənim bu dünyadakı güllərimdir. Hər kim məni sevir, bu ikisini də gərək sevsin”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey Fatimə! Qiyamət günü bütün gözlər ağlar olar. Hüseyn (ə) müsibətinə ağlayan gözlərdən başqa”.

İmam Sadiq (ə) buyurur: “Aşura - o gündür ki, Hüseyn (ə) dostlarının arasında qətlə yetirilir və yerə yıxılır”.

İmam Rza (ə) buyurur: “Hər kim Aşura günü müsibət içində, qəmgin və ağlar olarsa, Allah Qiyamət gününü onun şadlıq və sevincli günü qərar verər”.

İmam Sadiq (ə) buyurur: “İmam Hüseynin (ə) şəhid olduğu gün - ən əzalı gündür”.

İmam Rza (ə) buyurur: “Hər kim Aşura günü ruzi dalınca getməzsə, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər”.

İmam Hüseyn (ə) buyurur: “Mən göz yaşının öldürülmüşüyəm. Hər bir mömin ki, məni yada salar, göz yaşı axmağa başlayar”.

İmam Səccad (ə) buyurur: “Mən o kəsin oğluyam ki, göylərin mələkləri onun üçün ağlamışdılar. Mən o kəsin oğluyam ki, yerdəki cinlər və göydəki quşlar onun üçün mərsiyə oxuyurdular”.

İmam Rza (ə) buyurur: “Əgər Hüseynə (ə) ağlayarsansa, göz yaşların yanaqlarından axan zaman Allah günahlarını bağışlayar”.


İmam Rza (ə) buyurur: “Məhərrəm ayı gələndə, heç kim atamı gülərüz görməzdi. Aşura günü çatanda həmin gün onun üçün əzadarlıq, qəm-qüssə və ağlamaq günü olar. Və buyurardı: “Bu gündə Hüseyn (ə) qətlə yetirilmişdir”.

Əhli-Beytin (ə) mübarək kəlamlarında İmam Hüseynin (ə) məqamı


Geri dön

Dinar Mamedova

  • 13 mart 2012 05:10
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
hmm dini xeber olanda nedense hec kim oxumur

B_A_H_A_R,
rebeka,
deyerli fikirlerinize gore cox sagolun Allah sizden de razi olsun

--------------------

★Miss Love★

  • 8 mart 2012 11:49
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
dogurdanda cooooox gozel marali deуerli xeber idi sonacan oxudum,ellerinize sagliq

B_A_H_A_R

  • 8 mart 2012 10:07
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN INANIN KI GOZ YASLARI ICINDE OXUYURAM XEBERI.COOX SAGOLUN.BU DERDE AGLAMAQ SEFADIR ...

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 40
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}