Günün qoroskopu (08.03.2012)

Günün qoroskopu (08.03.2012)

Səhərçağı çoxlarının əhvalı yaxşı olacaq. Əksəriyyət nikbin görünür. Köhnə dostlar bir-birini yada salır, görüşməyə can atırlar.

Birgə səfərlər də mümkündür. Naz-qəmzə və flirt yerinə düşür, amma ciddi münasibətlərin başlandığını demək hələ çox tezdir. Ailə və sevgi münasibətləri ahəngdardır, ümumiyyətlə, bir-birinin xoşuna gələn insanlar yaxşı dil tapırlar.
Günün ikinci yarısı bu qədər ürəkaçan deyil. Fikir ayrılıqları yaranır və heç də hamı onları vaxtında aradan qaldırmağa can atmır. Odun üstünə yağ tökmək istəyənlərin sayı isə durmadan artır.

Qoç – Aktivsiniz, özü də gözlənilməz dərəcədə çox. Günün birinci yarısında bunun pis nəticələri ola bilər. Nəyisə sındıracaq, cıracaq, dağıdacaqsınız, səbəb isə birdir: gücünüzü düzgün hesablaya bilmirsiniz. Sonra isə ara sakitləşəcək, işləriniz yaxşı alınacaq, çətin məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz.

Aktiv istirahət, idmanla məşğul olmaq, səfərlərə çıxmaq üçün münasib gündür. Dostlar arasında şəksiz lider olacaqsınız. Sizin qərarlarınıza kimsə şübhə ilə yanaşmayacaq. Yaxın bildiyiniz adam xoş xəbər, yaxud çoxdan eşitmək niyyətində olduğunuz sözlərlə sizi sevindirəcək.

Buğa – Bu gün xoş məqamlarla yadda qalacaq. Özünüzlə bacara bilmir və bu səbəbdən də ətrafınızdakılarla yaxşı dil tapmırsınız. Günün birinci yarısında daha əsəbi və dözümsüzsünüz. Yalnız sizi həqiqətən sevən insan əhvalınızı yaxşılaşdıra bilər.

Amma xoş məqamların olacağına ümidi itirmək olmaz. Axşama doğru əməkdaşlıqla bağlı bütün işləriniz çox gözəl alınacaq. İdeyalarınızı həyata keçirməyə hazır olan insanları asanlıqla tapacaqsınız. Axşam sevgi dolu görüş mümkündür. Rəğbət bəslədiyinizi hələ boynunuza almadığınız biriylə də görüşə bilərsiniz.

Əkizlər – İşləriniz əladır, ciddi problemlər və aşılması çətin olan maneələr yoxdur. Yeni layihələrə başlaya bilərsiniz. Onların öhdəsindən tez və səhvsiz gələcəksiniz. Gücünüzü də boşuna sərf etməyəcəksiniz. Günün birinci yarısı xoş söhbətlər, maraqlı görüşlər və yaxşı xəbərlər vəd edir.

Axşamı isə yorucu qayğılara həsr etməli olacaqsınız. Sizə təklif olunan iş sizi maraqlandırmasa da, ondan boyun qaçıra bilməyəcəksiniz. Əgər ziyafətə dəvət olunmusunuzsa, orada diqqətli və ehtiyatlı olun, pərt olmaq ehtimalınız böyükdür.

Xərçəng – Bir çox Xərçənglər yanlışlıqla düşünəcəklər ki, bu gün bəxtləri onlardan üz döndərib. Bunun səbəbi isə xırda xoşagəlməz məqamlardır. Bunlara çox qıcıqlanırsınız. Uğursuzluqlara müdrikliklə, sakit yanaşmağa çalışsanız da, bu sizdə elə də yaxşı alınmır. Bu yaxınlarda başladığınız bir işi sona yetirəndən sonra vəziyyət dəyişəcək. Kiçicik uğurunuz sizi həvəsləndirəcək.

Ailədə problemlər mümkündür. Hər şeyi yoluna qoymaq üçün çox zəhmət çəkməli olacaqsınız. Yaşlı qohumlarınızla fikir ayrılıqları ola bilər.

Şir – Ünsiyyət baxımından mürəkkəb gündür. Ətrafdakıların hərəkətləri sizin xoşunuza gəlmir. Heç onlar da sizdən razı deyillər. Qarşılıqlı incikliklərin nəticəsi isə özünü çox gözlətmir. Ən pisi də odur ki, siz problemləri həll etməyə çalışmır, onların daha da çoxalmasına şərait yaradırsınız.

Xeyriyyəçilik aksiyalarında iştirak, çətin vəziyyətdə olanlara kömək etmək üçün münasib gündür. Dünyanın yaxşılaşdırılması üçün nə gücünüzə, nə vaxtınıza, nə də pullarınıza heyfiniz gəlir. Vacib bir məlumatı öyrənmək, yaxud yaxın gələcək üçün bəzi planlarınızı dəqiqləşdirmək üçün istifadə edə biləcəyiniz bəzi faktları görmək şansınız var.

Qız - Günün emosional fonu çox əladır. Hətta çətinliklər yaransa belə, siz yaxşı əhvalınızı və soyuqqanlılığınızı saxlaya biləcəksiniz. Bu, çətin situasiyadan tez çıxmanıza yardımçı olacaq. Bədxahlarınız sizə qarşı nə qədər çox tədbir töksələr, sizin qələbələriniz bir o qədər parlaq olacaq.

Gün səfərlər, ekskursiyalar, romantik səyahətlər üçün uğurludur. Maraqlı tanışlıq mümkündür: davamı çox ehtiraslı ola bilər. Ailəli Qızlar yaxınlarının əhatəsində gözəl vaxt keçirəcək, onların əhvallarını qaldıracaqlar. Bütün incikliklər unudulacaq.

Tərəzi – Qeyri-adi və parlaq təəssüratlar arzusundasınız. Amma bəzən sağlam düşüncəniz çatmır, gərəksiz riski lazımlıdan seçə bilmirsiniz. Sizi axmaq hərəkətlərdən çəkindirən insanları isə görməməyə çalışırsınız. Təəssüf ki , bu hərəkətləriniz çox ciddi problemlər yarada bilər.

Yaradıcı potensialınız və intuisiyanız güclüdür. Bunlardan şəxsi məqsədləriniz üçün çox uğurla istifadə edir, qarşı cinsin nümayəndələrində özünüzə qarşı silinməz təəssüratlar yaradırsınız.

Əqrəb – Gününüz çox uğurlu alınır. Tapdanmış yollarla getmək sizlik deyil, məqsədinizə doğru yeni yollar aramağa başlayırsınız. Bu işdə çox uğurlusunuz. Yeni üsullar qəbul olunmuşlardan daha qısa və xoşdur. Bu günə istənilən görüşü təyin edə bilərsiniz.: rəğbət qazanmaq, dəstək əldə etmək, kimisə yoldan çıxarmaq sizə su içmək kimi asandır.

Enerjiniz çoxdur, özünüzü əla hiss edir və gözəl görünürsünüz. Ziyafətlərdə iştirak əhvalınızı qaldıracaq, yorulmayacaqsınız.

Oxatan – Çox uğurlu gündür. Enerjiniz çoxdur, gücünüz aşıb-daşır. Əgər hansısa iş yolunda getmirsə, siz dərhal onu lazımi məcraya yönəldə bilirsiniz. Xoş sürprizlər də mümkündür. Nə vaxtsa çox yaxın hesab etdiyiniz insanlar da özləri haqda sizə xatırlada bilərlər. Əvvəlki əlaqələri bərpa etmək şansınız var.

Ziyafətlərdə iştirak üçün əla gündür. Əgər hələ də dəyərli təklif almamısınızsa, kefinizi pozmayın, qollarınızı çirməyib işə keçin. Təşkilatçılıqda tayınız-bərabəriniz yoxdur.

Oğlaq – Kifayət qədər mürəkkəb gündür. Emosiyaları nəzarətdə saxlamaq çətindir. Əsəbilik qəfildən və yersiz olaraq özünü büruzə verir. Mübahisələrə səbəb olur, sizi sevənləri incidirsiniz. Əgər kimsə özündə cəsarət tapıb sizə desə ki, boş şeylərə görə narahatlıq keçirirsiniz, ona inanmaz və dəli hesab edərsiniz. Amma əslində elə onların dedikləri kimidir. Çətinliklərə müdrikliklə yanaşmaq xasiyyətinizi bu gün nədənsə unutmusunuz. Nahaq, sakitlik çox karınıza gələ bilərdi.

Planlaşdırmadığınız xərclər mümkündür. Pulqabınızın ağzını açarkən düşünmürsünüz. Pullar da sel kimi axıb gedir.

Dolça - Digər günlərdə heç diqqət yetirmədiyiniz xırda hadisələrə çox sərt reaksiya verir, özünüzdən çıxırsınız. Amma tezliklə anlayırsınız ki, yalnız sakitlik və soyuqqanlılıq sizi xilas edə blər. Artıq günorta həllolunmaz və dəhşətli dərəcədə vacib hesab etdiyiniz problemlər artıq geridə qalır və aktuallığını itirir. Xoş xəbərlər alırsınız.

Yeni biliklər öyrənmək, hansısa kurslara yazılmaq üçün yaxşı gündür. Bu gün romantik görüşlər də əla keçəcək, odur ki, sevdiyiniz şəxslə təklikdə qalmaq imkanını əldən verməyin.

Balıqlar – Bu gün dünənkindən heç də pis deyil. Uğur sizinlədir. Enerjili və işgüzarsınız. Mürəkkəb problemlər sizi qorxutmur. Yaxşı dil tapdığınız və əməkdaşlıqlarından şikayətiniz olmayan insanların dəstəyini qazanmaq çətin deyil. Günü əla keçirir, maraql işlərlə məşğul olursunuz.

Yaxınlarınız sizi sevindirməyə çalışır və buna nail olurlar. Xoş sürprizlər, darıxdığınız insanların sizi gözlənilmədən yada salmaları mümkündür. Çox uğurlu alış-veriş və sövdələşmələr edə bilərsiniz. Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq.

Geri dön

B_A_H_A_R

  • 8 mart 2012 20:04
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
DOLCA-DUZDUR SOYUQALNILIGIM MENI HER ZAMAN VEZIYYETDEN CIXARIB ONA TESEKKUR EDIREM:-)

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

enigmatic_girl

  • 8 mart 2012 14:14
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}

Əkizlər – İşləriniz əladır, ciddi problemlər və aşılması çətin olan maneələr yoxdur. Yeni layihələrə başlaya bilərsiniz. Onların öhdəsindən tez və səhvsiz gələcəksiniz. Gücünüzü də boşuna sərf etməyəcəksiniz. Günün birinci yarısı xoş söhbətlər, maraqlı görüşlər və yaxşı xəbərlər vəd edir.

Axşamı isə yorucu qayğılara həsr etməli olacaqsınız. Sizə təklif olunan iş sizi maraqlandırmasa da, ondan boyun qaçıra bilməyəcəksiniz. Əgər ziyafətə dəvət olunmusunuzsa, orada diqqətli və ehtiyatlı olun, pərt olmaq ehtimalınız böyükdür.

--------------------

Dalga

  • 8 mart 2012 13:28
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Eqrebi- oxudum Cox gozel heqiqetende bu gune cox gozel bawlamiwam Tewekkur edirem

--------------------

lubov

  • 8 mart 2012 13:16
  • Məqalə: 0
  • Şərh: 580
  • Bal:
{awards}
tshk smile maraqli idi

Musique Sage

  • 8 mart 2012 12:05
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
bu ne gun lannn bu ne lan sad

sun_shine98

  • 8 mart 2012 12:01
  • Məqalə: 0
  • Şərh: 409
  • Bal:
{awards}
smile smile
TEWEKKURLER
smile smile

--------------------
ARKAMDAN KONUSUP BESTE YAPACAĞINA,YÜZÜME KONUŞ DÜET YAPALIM

host96

  • 8 mart 2012 11:59
  • Məqalə: 0
  • Şərh: 75
  • Bal:
{awards}
ufff yaaa pis oldummm :(( məndə oğlaq dırrrrrrrrrrrrr

★Miss Love★

  • 8 mart 2012 11:32
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
eqreb burcunu oxudum тewekkurler

Ku-ku

  • 8 mart 2012 10:38
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Balıqlar – Bu gün dünənkindən heç də pis deyil. Uğur sizinlədir. Enerjili və işgüzarsınız. Mürəkkəb problemlər sizi qorxutmur. Yaxşı dil tapdığınız və əməkdaşlıqlarından şikayətiniz olmayan insanların dəstəyini qazanmaq çətin deyil. Günü əla keçirir, maraql işlərlə məşğul olursunuz.

Yaxınlarınız sizi sevindirməyə çalışır və buna nail olurlar. Xoş sürprizlər, darıxdığınız insanların sizi gözlənilmədən yada salmaları mümkündür. Çox uğurlu alış-veriş və sövdələşmələr edə bilərsiniz. Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq.

--------------------

tek dileyim

  • 8 mart 2012 10:37
  • Məqalə: 36
  • Şərh: 516

.♥De: O Allah birdir
Allah möhtac deyildir!
O, nə doğmuş, nə də doğulmuşdur!
Onun heç bir tayı-bərabəri də yoxdur...♥

DEMET_AKALIN

  • 8 mart 2012 09:21
  • Məqalə: 0
  • Şərh: 630
  • Bal:
{awards}
insallah ________________qoc

--------------------
Duygusal mahni dinlədiyinizdə aglınıza gələn insan;
Həyatinizi məhv edən insandir.!!!

KRiPToS

  • 8 mart 2012 08:51
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
Balıqlar – Bu gün dünənkindən heç də pis deyil. Uğur sizinlədir. Enerjili və işgüzarsınız. Mürəkkəb problemlər sizi qorxutmur. Yaxşı dil tapdığınız və əməkdaşlıqlarından şikayətiniz olmayan insanların dəstəyini qazanmaq çətin deyil. Günü əla keçirir, maraqlı işlərlə məşğul olursunuz.

Yaxınlarınız sizi sevindirməyə çalışır və buna nail olurlar. Xoş sürprizlər, darıxdığınız insanların sizi gözlənilmədən yada salmaları mümkündür. Çox uğurlu alış-veriş və sövdələşmələr edə bilərsiniz. Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq.

Enerjiiiii love wink

--------------------

✿Victoria✿

  • 8 mart 2012 08:21
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
Tərəzi – Qeyri-adi və parlaq təəssüratlar arzusundasınız. Amma bəzən sağlam düşüncəniz çatmır, gərəksiz riski lazımlıdan seçə bilmirsiniz. Sizi axmaq hərəkətlərdən çəkindirən insanları isə görməməyə çalışırsınız. Təəssüf ki , bu hərəkətləriniz çox ciddi problemlər yarada bilər.

Yaradıcı potensialınız və intuisiyanız güclüdür. Bunlardan şəxsi məqsədləriniz üçün çox uğurla istifadə edir, qarşı cinsin nümayəndələrində özünüzə qarşı silinməz təəssüratlar yaradırsınız.

--------------------

C.I

  • 8 mart 2012 08:20
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
Əqrəb – Gününüz çox uğurlu alınır. Tapdanmış yollarla getmək sizlik deyil, məqsədinizə doğru yeni yollar aramağa başlayırsınız. Bu işdə çox uğurlusunuz. Yeni üsullar qəbul olunmuşlardan daha qısa və xoşdur. Bu günə istənilən görüşü təyin edə bilərsiniz.: rəğbət qazanmaq, dəstək əldə etmək, kimisə yoldan çıxarmaq sizə su içmək kimi asandır.

Enerjiniz çoxdur, özünüzü əla hiss edir və gözəl görünürsünüz. Ziyafətlərdə iştirak əhvalınızı qaldıracaq, yorulmayacaqsınız.

superrrrrrrrrrrrrrrrrrrrrrr twk................

--------------------

gun gun gunew

  • 8 mart 2012 08:18
  • Məqalə: 10
  • Şərh: 334
  • Bal:
{awards}
Balıqlar – Bu gün dünənkindən heç də pis deyil. Uğur sizinlədir. Enerjili və işgüzarsınız. Mürəkkəb problemlər sizi qorxutmur. Yaxşı dil tapdığınız və əməkdaşlıqlarından şikayətiniz olmayan insanların dəstəyini qazanmaq çətin deyil. Günü əla keçirir, maraql işlərlə məşğul olursunuz.

Yaxınlarınız sizi sevindirməyə çalışır və buna nail olurlar. Xoş sürprizlər, darıxdığınız insanların sizi gözlənilmədən yada salmaları mümkündür. Çox uğurlu alış-veriş və sövdələşmələr edə bilərsiniz. Enerjiniz çoxdur, səhhətinizdən şikayətiniz olmayacaq.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 
Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 77

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
{slinks}