8 mart azadlıqdırsa

 
8 mart azadlıqdırsa

İnsanlar tarixən çox günlər qeyd ediblər, bayramlar keçirdiblər, özünün olan-olmayan, istədiyi və ya istəmədiyi, məcburən və ya sevərək - bir sözlə, təqvimlərdə daha tünd rənglərlə öz əksini tapan günlər keçirdiblər.

Bu gün də həmin günlərdən biridir. Məhz bu gün Azərbaycan kişisi qadınına gül-çiçək bağışlayır, hədiyyə alır, bu gün Azərbaycan qadını ona hədiyyə verilmədikdə inciyir, önəmsənmədiyini sanır. Qıcıqlanır mənim ölkəmin qadını. Nədir bu "8 mart" və bu gün özündə bu istedadı və haqqı ehtiva edirmi ki, mənim ölkəmin kişisi bu gün öz anasını, qadını, bacısını təbrik etsin?!

Əvvəlcədən bildirim ki, mən onun da tərəfdarı deyiləm ki, qadınlara məxsus və onların dəyərlərini simvolizə edən bir gün qeyd olunmasın. Ona görə də məhz ölkəmin qadınını müdafiə etmək üçün və ona verilməli olan dəyərin, əslində, onun üçün kimlərinsə tərəfindən təyin olunan dəyər olmadığını göstərmək üçün bu yazını yazmaq qərarına gəldim.

Ümumiyyətlə, kiməsə burada geniş bir araşdırma təqdim etmək fikrində deyiləm. Sadəcə sonradan alacağım nəticələr üçün bir neçə müqəddimə vermək məcburiyyətindəyəm.

1) 8 martın Beynəlxalq Qadınlar Günü elan edilməsi ilə bağlı qərar 1910-cu ildə, sosialist qadınların Koppenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib.

2) Bu günün bayram kimi qeyd edilməsi üçün təşəbbüskar rolunda çıxş edən Klara Setkinin əsl adı Eysnerdir və əslən yəhudidir. Və onun haqqında olan məlumatlar göstərir ki, Eysner (Setkin) əxlaqdan uzaq həyat tərzinə malik olub (Bu barədə sadə internet istifadəçisi özü üçün araşdırma apara bilər.)

3) 1910-cu ilin 8 mart tarixi yəhudilərin Purim bayramı günü ilə üst-üstə düşür və yəhudi təqvimi ilə 14-15 Adar günlərinə təsadüf edən Purim bayramı milad təqvimi ilə yerini dəyişir.

4) Purim bayramı yəhudilərdə qadın ağlı və millətin özünümüdafiə haqlarının simvolizə olunduğu gündür və bu bayramda ayıq olmaq qadağandır – Purimdə hamı sərxoş olmalıdır (özü də yaxşını pisdən seçməyəcək dərəcədə).

Niyə qadın ağlı? Çünki yəhudi tarixinə görə, Esfir adlı əxlaqsız bir yəhudi qadını Əhəməni hökmdarı Kserksin arvadı olub, yəhudi mənşəli olduğunu məharətlə gizlədib. Və onun kişiləri yoldan çıxartmaqda böyük məharəti olub. Məhz buna görə də Kserksin sarayına onu məqsədli şəkildə göndəriblər və yəhudilərin heç də yaxşı olmayan günləri onun göstərəcəyi "məharət"dən asılı olub. Esfir hökmdarın ona olan "sevgi"sindən istifadə edərək, yəhudilərə iqtidar gətirib, düşmənləri kütləvi qırğına məruz qoydurub. Buna görə də Purim bayramı yəhudilərdə qadın ağlının simvolizə olunduğu gündür. Əslən yəhudi olan Klara Eysner də (Setkin) məhz bu günə görə 1910-cu ildə 8 martın beynəlxalq qadınlar günü elan edilməsini təklif edir.

İndi isə nəticələri sıralamaq vaxtıdır. Əvvəlcədən qeyd edim ki, "Biz nə üçün qadınlar gününü 8 martla məhdudlaşdırırıq?" kimi arqumentin də tərəfdarı deyiləm. Çünki nə çox belə bayramlar ki, biz onları əziz tutur və məhz xüsusi günlərdə qeyd edirik. Və bu da həmin dəyərin gününün olması anlamına gəlmir. Amma mənim iradım budur ki, qadınlar günü məhz 8 martda keçirilməlilidirmi? Ümumiyyətlə, insanın öz doğmalarını Esfir adlı mənəviyyatsız bir qadının adı ilə bağlı bir gündə təbrik etməsi nə dərəcə uyğundur?

Təbii ki, mən anti-semit deyiləm. Müqəddəs dinimiz bir milləti tamamən – yaxşı-pisi ayırd etmədən pisləməyi məqbul saymır. Amma mən semitizm fobiyasına qadından istifadə edərək cavab verməyi və çalınan qələbəni qeyrətsizlik adlandırıram. Və Azərbaycan kişisinə bunu yaraşdırmıram ki, belə bir tarixçəsi olan günü qadın bayramı saysın və öz həyat yoldaşını, anasını, bacısını "təbrik" edir.

İkinci yöndən yanaşsaq, bunu yenə də qadının azadlığı adlandırmaq olmaz. Əgər azadlıq bu cür "kullanılmaq"dırsa, o zaman Mehmet Akif Ersoyun təbirincə desək, "buraxın zindanlara məhkum olum".

Üçüncüsü, bayramın məntiqi və söykənəcəyi dəyərlər sistemi olmalıdır. Bu günün məntiqi nədir və hansı dəyərlər sisitemini özündə ehtiva edir? Və bizim üçün bu günün bayram olması nə qədər aktualdır? Onsuz da biz elə bir cəmiyyətdə və ölkədə yaşayırıq ki, bir çox şeylər var ki, bizim dəyərimizin olmamasına rəğmən "bayram" edilir. Biz o insanlarıq ki, bizim başımızı "baş boyda yumruq"la əzənə heykəl qoymuşuq, stansiya adı vermişik, biz o insanlarıq ki, başından yaylığını açan qadın bizim qəhramanımız olmuş, ədəbiyyatımızı bəzəmiş, biz o millətik ki, azadlığı soğan kimi soyulmaqda görmüşük. Qadına verilən dəyəri "Azad qadın heykəli" ilə simvolizə olunan ölkənin, cəmiyyətin bayramı da 8 mart olar, təəssüf ki....


Geri dön

B_A_H_A_R

  • 8 mart 2012 19:45
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
TESEKKUR BEYENDIM

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

✿Victoria✿

  • 8 mart 2012 17:08
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
MARAQLI XEBER UCUN TESEKKURLER

--------------------

Shokoladka

  • 8 mart 2012 16:57
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Hm...xeber ucun tsk

--------------------


Alone angel

  • 8 mart 2012 16:41
  • Məqalə: 0
  • Şərh: 3094
  • Bal:
{awards}
maraqlidir.twkler

--------------------
Eğer güven varsa bir kalpte; O kalpte sevgi de bulunur, dürüstlük de” !

enigmatic_girl

  • 8 mart 2012 14:35
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
maraqlidir...

--------------------

CLEVER GIRL

  • 8 mart 2012 14:02
  • Məqalə: 0
  • Şərh: 243
  • Bal:
{awards}
.........HMM MARAQLIDIR.......

C.I

  • 8 mart 2012 13:46
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
{awards}
<<<<<<<<<<<tsk.........>>>>>>
>>

--------------------

melekcik13

  • 8 mart 2012 13:22
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
cox maraqli fikirlerdir. eslinde sizi destekleyirem. ancaq bayramin niye bu gun olmasina qarsi deyilem

Zaurcik2011

  • 8 mart 2012 12:56
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
tesekkurler

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

_BAD_LIFE_

  • 8 mart 2012 12:44
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
mende qatiliram islamda bele bir bayram yoxdur

--------------------
ömür dediyin Allah üçün deyilse nə fərq edər kainat önündə əyilsə
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 24

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}