Yetimlər və yoxsul

 
Yetimlər və yoxsul

Necə bir ölkədə yaşayırıq?

İnsanlarımızın ürəkləri necə də daşlaşıb...

İmkanlılarımız, varlarına var qatarkən, yoxsulu heç düşünməzlər...

Dövlət adamlarımız öz maaşlarını artırarkən, yoxsullara üç-beş qəpiyi çox görərlər...

Oğrularımız onsuz da haqqları olmayan, başqalarının mallarına sahib çıxdıqları bəs deyilmiş kimi, canlarına da qəsd etməyi haqq sayarlar...

Mən bunlardan onsuzda insanlıq gözləmirəm...

Məni təəccübləndirən, əvvəlində yoxluqlar görmüş, acılar çəkmiş insanların vəziyyətləri birazcıq yaxşılaşmışkən, öz keçmiş vəziyyətində olanları fikirləşməmiş olmalarıdı.

Atasını itirmiş bir yetimin üzündəki çarəsizliyi heç gördünüz mü? Yoxsa insanların yetim olduğunu, soruşaraq mı öyrənirsiniz?

Çox istədiyi anasını və ya atasını itirmiş olmağın yanında, yoxluq içinə düşmüş insanların, yaşadığı acılara heç şahit olmusunuz mu?

Adamın biri kirlənən əlini, yoldan keçən bir uşağın başına sürtərək təmizləmək istəmiş. Halbu ki, uşaq kimsəsizmiş və bu adamın öz başını oxşamaq məqsədilə əl çəkdiyini düşünüb və çöx sevinib. Adam, bu işi heç də yaxşı bir niyyətlə etmədiyi halda, kimsəsiz bir uşağa, heç yaşamadığı və həsrət qaldığı sevinci yaşatmaqla böyük bir savab qazanmış...

Yetimə göstərilməli vacib olan sevgi hədislərdə də dilə gətirilmişdir...

"Qəlbinin yumuşaq olmasını və ehtiyaclarına qovuşmaq istəsən, yetimin başını oxşa və ona sevgi göstər".

"Yetimin başını oxşayan insanın əli altındakı saçlar qədər günahı bağışlanacaqdır".

"Yetimin ahını almaqdan və onu ağlatmaqdan çəkinin".

Quranda isə çox sayıda ayə vardır ki, yetimlərin qorunmasını, onlara qayğı göstərilməsini, onların haqqlarının yeyilməməsini nəsihət edər və ya əmr edər.

Nə burdakı ibrət verici hekayə, nə də hədislər və ayələr təsirli olur. Bunların çoxunu eşitməyən də var. Onlara deyəcəyim yoxdu ama, eşidənlərdən də çox əməl edəni görülmür...

Bu gün evinin dirəyini itirmənin acısı yanında, gəlirinin düsməsi ilə əlaqədar, ac-açıqda yaşayan, işinə, məktəbinə getmək üçün, aftobusa, metroya verəcək pulu olmadığı üçün, piyada gedən bir ailə üçün, kömək toplamaq istədiyimdə, hər on insandan sadəcə biri belə yardımın tərəfdarı olmur... Hammısının da bəhanələri hazırdı...

Gözümün qabağında əriyib gedən kasıblar, yetimlər üçün əyləncədə xərclənənlərin kəsirini belə verməyi düşünməyən günümüz insanları var çox təəssüf ki...

Dadını bəyənməyərək çölə tulladığımız yeməklərə, yetimlərin necə ehtiyacı var halbu ki...

Mən bunu bəyənmirəm artıq deyib, çölə atıb, yetimə vermədiyimiz palatarlara, onların necə ehtiyacı var halbu ki...

Biz isti evimizdə, kompun qabağında oturub, dərs oxumaqdan imtina etdiyimiz halda, onlar titrəyərək, şam işığında dərslərin oxuyurlar halbu ki...

Biz, Atamızdan, Anmızdan ərköyünlük edib küsərkən, onlar Ata-Ana sevgisinin həsrətiylə, hər gecə göz yaşı tökərlər halbu ki...

Nə oldu bu Azəri millətinə?

İnsanlığımız harda qaldı bizim?

Vicdanımız yoxdumu bizim?

Allahdan qorxumuz yoxdumu?


Bunları düşünmək mənə sonsuz acılar verir...


Geri dön

_RONALDO_

  • 27 may 2011 22:16
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Cox gozel movzudur. Amma ne fayda. Biz demekle insanlar duzelecekmi? Tesekkurler

--------------------

::..ONSLAUGHT::..

  • 26 aprel 2011 21:57
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
TeweKkUr_EdireM

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

_RONALDO_

  • 18 mart 2011 19:40
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
duzdu ama cox acinacaqlidi

--------------------

Ulya

  • 8 noyabr 2010 15:45
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox maraqli xeberdi.twk

Yusif

  • 7 noyabr 2010 17:46
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

MuslimGirl

  • 7 noyabr 2010 17:07
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Cox gozel movzudur. Amma ne fayda. Biz demekle insanlar duzelecekmi? Tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 62

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}