Beynəlxalq qadınlar günü dünyada

 
Beynəlxalq qadınlar günü dünyada

Əziz xanımlarımız bu gözəl günün hər bir ailədə fərqli qeyd edildiyi kimi, hər bir ölkədə də fərqli qeyd edildiyini bilirik. Odur ki, gəlin ölkə-ölkə bu günün qeyd edilməsinə baxaq.

1.Rusiyada

1913-cü ildə 8 Martı bayram kimi ilk dəfə Rusiyada qeyd etdilər. Burada o proletar şüarın altında bu kimi qeyd edilirdi: " Siyasi və iqtisadi azad olmaq üçün mübarizədə qadınlar ".

Sonra, artıq müharibə illərində, kişilər faşistlərlə müharibəyə gedirdilər, onda 8 martda şüarların altında qeyd edilirdi: "Faşist Almaniyasına qarşı qadınlar, öz kişiləri naminə dayanır, dözür".

2.Yaponiyada.

Burada bayram həmçinin mart ayındadır. Yalnız ayın 8-i yox, 3 martda qeyd edirlər. Bu bayramı Qızlar günü adlandırırlar. Həmçinin onu Kuklalar Günü də adlandırırlar hansı ki, İtaliyada bayram deməkdir.

Yaponlar həmin günü Kuklalara və onun sahiblərinə həsr edirlər, çünki bu gündə heç bir xanımın qonşusu ondan gözəl görünməməlidirlər. Bunun üçün uzun muddət hazırlıq işləri görürlər. Kuklaları daha çox bəzəyirlər nəyinki özlərini. Bu bir sərgi kimi bir ay davam edir. Bir ay sonra kuklanı yeni il əşyası kimi yığışdırmaq lazımdır. Belə inancları da vardır ki, kuklanı yığışdırmayan evin qızı həmin il ərə gedə bilmir.

3. "Analar günü" kimi tanıdığımız bir bayram da vardır ki, may ayının ilk bazar günü qeyd edilir. Bu bayramı əsasən: Türkiyə, Danimarka, İtaliya, ABŞ, Finlandiya qeyd edir.

4. İtalyada

Bu ölkədə həmin gün kişiləri qadınların məclislərinə buraxmırlar. Məhz bu cür italyan qadınları öz müstəqilliklərini qeyd edirlər. 8 mart da qadınlar üçün istənilən obyetlərə giriş pulsuz olur. Həmin gün qadınlar kafeyə gedir birgə deyib gülür, şənlənirlər.

5. Hindistanda

Qadınlar bayramı Hindistanda oktyabr ayının ilk həftəsində qeyd edirlər. Özü də bu bayram 10 gün davam edir. Bunu 10 əlli allahları olan Durqa Pudjanın şərəfinə edirlər.

6. İsveçdə və Fransada

Həmin gün qadınların yaylıqları və satışı ilə qeyd olunur. Sonda yığılmış pul qəhraman analara verilir ki, onlar məzuniyyətə gedə bilsinlər.

7. Serbiyada

Bu qadınlar gününü onlar Milad bayramında qeyd edirlər. Zarafat üçün uşaqlar analarının əllərini bağlayırlar. Azad edilmək istəyən ana uşaqlarına axşamdan hazırladığı hədiyyələri verməlidir.

8. Yunanıstanda

Əgər biz "Babosa" adlı bayramda Yunanıstana baş çəksək görəcəyik ki, həmin gün hər bir qadına sanki şəhərin, rayonun və ya kəndin ən hörmətli qadını kimi etiram göstərirlər. Məhz həmin gündə qadınlar kişiləri üzərindəki ağalıqlarından istifadə edərək onlara istədikləri əmri verir və hətta cəza yerinə kişilərini su ilə isladırlar. Bizim dövürdə buna zarafatyana baxırlar. Amma yunan xanımları bu cəzanı heç də zarafat xətrinə etmirlər.

9. Almaniyada

Vahid dövlət halında birləşdiyi gündən 8 martı heç də bütün Alman xalqı qeyd etmirlər. Halbuki hər il qəzetlərdə və jurnallarda həmin günü "beynəlxalq qadınlar günü" adı kimi təqdim edirlər. Amma may ayının ilk həftəsindəki "Analar günü" bayramını qeyd edirlər. Həmin gün bütün qadınlar hər növ ev işdən azad olurlar. Amma dövlət daxilində 8 mart iş günü hesab olunur.

10. Litvada

8 mart qadınlar bayramı Litvada ancaq rus əhalisinin çox olduğu ərazilərdə qeyd edilir. Ümumilikdə həmin gün rəsmi dövlət statusuna malik deyil. Almanlar kimi burda da həmin gün iş günüdür.

11. Vetnamda

Əvvəllər bu bayram "Çinq bacılarının xatirəsi" günü adlanırdı. Onlar Çinin Vetnam üzərindəki hər növ təcavüzə qarşı mübarizə aparan cəsur qızlardır. Bu bacılar düşmələrə təslim olmamaq üçün özlərini çaya atırlar. Eyni anda onları başçılıq etdikləri qoşun düşmən tərəfindən tutulur. Amma bu bayram sosializim qələbəsindən sonra tədricən sıradan çıxdı.

12. Fransada

Yuxarıda qeyd etdiyim kimi, bu ölkədə də "Analar günü" adı altında mayın birinci bazar günü qeyd edirlər. bu ölkədə gənc qızlar (ailə qurmamış) hədiyyə ala bilməzlər. Onlara məhz sevgililər günündə sevdikləri tərəfindən hədiyyə verilir.

13. Bolqarıstanda

Bu gözəl bayram hələ dövlət əhəmiyyətli olmadığından həmin gün iş günüdür. Bu gündə kişilər öz xanımları ilə yanaşı iş yoldaşları olan xanımları da təbrik edirlər. Nəticə etibarı ilə qadınlar bir birlərini təbrik etməyə başladılar. Beləcə iş yerində də qadın yoldaşları ilə kafeye toplaşıb öz aralarında qeyd edirlər.

14. Gürcüstanda

Mənim yaşadığım bu ölkədə elə qadınlar günü kimi yüksək səviyyədə qeyd edirlər. Ancaq martın 3-ü analar günü qeyd olunur. 8 martda hər kəs əlində bir neçə hədiyyə evinə qaçır. Kiçikdən tutmuş böyüyə kimi bütün xanımlar təbrik edilir. Axşamlar bəzi yerlərdə konsertlər təşkil olunur. Atəşfəşanlıq mütləq olur, bunu həm dövlət, həm də camaat təşkil edir...

Bəli, Yer kürəsi çox böyükdür. Bəlkə də bir çox ölkələr bu günü qeyd edirlər. İstərdim ki, xaricdə yaşayan qadın.netli xanımlarımız da həmin ölkənin 8 martla bağlı adət-ənənələrini yazıb paylaşsınlar.

Sonda isə bütün Azərbaycan xanımlarını ürəkdən təbrik edirəm. Hər birinizə daim sevilməyi, diqqət mərkəzində olmağı, sağlamlıq və xoşbəxtlik üçün lazım ola biləcək hər şeyi arzulayıram. Nə yaxşı ki, biz qadınlar varıq. Yoxsa kişilər bizsiz necə yaşayardılar...Elə deyilmi?

Bayramımız mübarək əziz xanımlarımız!!!


Geri dön

B_A_H_A_R

  • 8 mart 2012 18:59
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
AZERBAYCANDA 1917CI ILDEN QEYD OLUNUR UMUMI DUNYADA ISE 1910CU ILDEN BASLANIB QEYD OLUNMAGA

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

★Miss Love★

  • 8 mart 2012 18:17
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
maraqli xebere idi.тebrike gorede coooox sagol))))

...BARSA FANATI....

  • 8 mart 2012 18:13
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Sitat: enigmatic_girl
hmmm maraqlidir....

enigmatic_girl

  • 8 mart 2012 18:01
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
hmmm maraqlidir....

--------------------

✿Victoria✿

  • 8 mart 2012 17:52
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
MARAQLIDI 8MART HEMISE SUPER KECIR HER YERDE XEBERE GORE TESEKKURLER

--------------------

Shokoladka

  • 8 mart 2012 17:27
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ilk serh menden._favorit_arkadas chooox sagol diqqetive gore=)))

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 34
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}