“Ana ürəyi-dağ çiçəyi”

 
“Ana ürəyi-dağ çiçəyi”

Yəqin ki, fikir vermisiniz: şairlərimiz, yazıçılaramız, bəstəkarlarımız, heykəltəraşlarımız ən gözəl əsərlərini anaya həsr etmişlər. Ana mövzusu həmişəyaşar, əbədi və həm də daim yeni bir mövzudur. Ana obrazı hər dəfə məhəbbətlə tərənnüm olunur. Hər bir QADININ şərəfi, böyüklüyü, ülviliyi onun analığındadır. Həyatdakı bütün nailiyyətlərimiz üçün biz məhz anaya borcluyuq və nə qədər çalışsaq da onun borcunu qaytara bilmərik. Ana körpəlikdən öz həyatı sönənə kimi nazımızı çəkir, bizdən ötrü nigaran olur, gecələr sübhədək beşiyimiz başında oyaq qalır, xoşbəxtliyimiz naminə öz ömrünü şam kimi yandırır.

Analıq yüksək sosal sərvətdir, insan nəslinin davam etdirilməsinə yönəlmiş təbii tələbat, qadının ən böyük qismətidir. Ana nəciblik, təmənnasızlıq, dözümlülük və müdriklik mücəssəməsidir. Ananın tərbiyəvi funksiyasında bir ikili cəhət də üzə çıxır: ideal ana bütün diqqətini öz övladına cəmləşdirir, öz dünyasından əl çəkir. Lakin belə ideal çətin ki, bəraət qazansın. Uşağı xarici aləmdən ayırmaqla onu bu həyata, bu aləmə hazırlamaq çətinlik törədir. Yaxşı ana yalnız öz uşaqlarına bağlanmış insan kimi qala bilməz. O, qəlbən yaxın və uzaq adamların sevincinə və kədərinə şərik çıxmalıdır. Görkəmli rus şairi A.S.Puşkin bu barədə demişdir: “Qadın ana adlanır. Onun ana qəlbi olmalıdır. Bu qəlb yalnız öz övladına deyil, hamı üçün ana qəlbi olmalıdır. Hər işdə, hər addımda onun mərhəməti, səxavəti, comərd ana olması hiss edilməlidir. Pis, kobud, avam, ədalətsiz, mərhəmətsiz adlanan şey qadına xas deyil”.

Öz övladları üzərində anaların haqq-sayı çoxdur. Ona görə də gənclər, müəyyən yaşa dolmuş kişilər və qadınlar analarının qulluğunda durmalı, ehtiyacını, dərdini-sərini bilməli, onlara arxa-kömək olmalıdır. Hər bir şəxs öz anasının əvəzsiz yaxşılığının, tükənməz qayğısının heç olmazsa mində birini qaytara bilsə... ağbirçək ana necə də şadlanar. Lakin həyatda ananın haqq-sayını itirən övladlar da yox deyildir. Onlar böyüyüb müəyyən yaş həddinə dolduqdan, evləndikdən, oğul-uşaq, vəzifə sahibi olduqdan sonra ananın əziyyətlərini unudur. Ananın təsəllisi yalnız özünü ovundurmaq olur: bütün bunları etmək onun borcu imiş. İllərlə qoca, tənha anasının qapısını açmayan, yavan çörəyini belə ona qıymayan oğullar təəssüf ki, cəmiyyətdə yaşayırlar. Belələrinə xalq “nankor övlad” tənəsini vurur. Əli Kərimin “Qaytar ana borcunu” şerindən bu kimi övladlar görəsən nəticə çıxarırmı?

Qaytar onun ömrünə neçə gecə, neçə gün.

Qaytar onun saçının qaralığını geri.

Qaytar o dilindəki şirin-şirin sözləri.

O sözü, o söhbəti, gülüşü anan verib.

İndi ondan gen gəzən oğul ayaqlarına

Yerişi anan verib.

Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,

Qaytarsan o yerişi yerindəcə qalarsan.

Qaytarsan o gülüşü, hırıldamazsan daha,

Qaytar, qaytar onları, qaytar, qoyma sabaha.

Sən ki, dərd verdin oğul, sənən gülüş verənə,

Oğul demərəm sənə.

Deyirəm ki, varını-yoxunu qaytar geri.

Qaytar onun borcunu.

Gülüşünü, adını, sözünü qaytar geri.

Qaytar onun borcunu,

O borc sənin özünsən, özünü qaytar geri.


Ananın borcu həm də qızlarını gəlinlik, qadınlıq və analıq vəzifələrinə hazırlamasıdır. Müşahidələr göstərir ki, bir çox qızlar ərə getdikdən sonra evdarlığa dair ən sadə işlərin belə öhdəsindən gələ bilmirlər. Ata evində olarkən analar öz qızlarına bəzən layla öyrətmir, yaxud qızlar özləri ərköyünlük, tənbəllik göstərərək öyrənmək istəmirlər.

Analar gecələr körpəsinin beşiyi başını kəsdirib həzin-həzin ahənglə layla deyir, ən xoş arzularını balasının qulağına pıçıldayır. Ana laylasından gözəl mahnı olarmı?

Yaxşı, bu ana ürəyində bəstələnmiş bayatı ovqatlı mahnılar gənc anaları körpəlik yaşından bu günkü yaşa gətirib çıxarıbsa, nə üçün indi öz övladlarına – qızlarına laylaları, bayatıları öyrətməsinlər?! Axı dünən o, anasının balacası idi, bu gün o, körpəsinin anasıdır.


Geri dön

B_A_H_A_R

  • 8 mart 2012 19:11
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
ANA VE POCTALYON SEIRINDENDIR.EZBER BILIREM BU SEIRI COOX TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

★Miss Love★

  • 8 mart 2012 18:22
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
cox menali ve gozel xeber idi,weirde super idi,muellife тewekkurler

Su Perisi

  • 8 mart 2012 18:18
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
A.S.Puşkin “Qadın ana adlanır. Onun ana qəlbi olmalıdır. Bu qəlb yalnız öz övladına deyil, hamı üçün ana qəlbi olmalıdır. Hər işdə, hər addımda onun mərhəməti, səxavəti, comərd ana olması hiss edilməlidir. Pis, kobud, avam, ədalətsiz, mərhəmətsiz adlanan şey qadına xas deyil”.

--------------------

...BARSA FANATI....

  • 8 mart 2012 18:12
  • Məqalə: 605
  • Şərh: 11803
  • Bal:
{awards}
Qaytar onun ömrünə neçə gecə, neçə gün.

Qaytar onun saçının qaralığını geri.



......SUPERRR...

enigmatic_girl

  • 8 mart 2012 17:49
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
Qaytar onun ömrünə neçə gecə, neçə gün.
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri.
O sözü, o söhbəti, gülüşü anan verib.
İndi ondan gen gəzən oğul ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi yerindəcə qalarsan.
Qaytarsan o gülüşü, hırıldamazsan daha,
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha.
Sən ki, dərd verdin oğul, sənən gülüş verənə,
Oğul demərəm sənə.
Deyirəm ki, varını-yoxunu qaytar geri.
Qaytar onun borcunu.
Gülüşünü, adını, sözünü qaytar geri.
Qaytar onun borcunu,
O borc sənin özünsən, özünü qaytar geri.

--------------------

✿Victoria✿

  • 8 mart 2012 17:47
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
BU SIRDEN COX XOSUM GELIR XEBER DE COX GOZEL IDI TESEKKURLER

--------------------

sensiz_seni

  • 8 mart 2012 17:21
  • Məqalə: 11
  • Şərh: 421
  • Bal:
{awards}
twk..................

--------------------
Menim 1 inndiqim var 1 sevdiyim. inndiqim ALLAH sevdiyim sensen.Meni 1 yaradan var 1 de yawadan yardan ALLAH yawadan sen

Shokoladka

  • 8 mart 2012 17:10
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Ilk serh menden axirra kimi oxudum beyendim chox sagol=)

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 41

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}