Qocalar evində 8 Mart münasibətilə bayram tədbiri keçirilib

 
Qocalar evində 8 Mart münasibətilə bayram tədbiri keçirilib

8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) bayram tədbiri keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərov və nazirliyin ayrı-ayrı məsul şəxsləri iştirak edib. Bu barədə Trend-ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Dövlət himayəsində yaşayan qadınlara Nazirlik rəhbərliyinin təbriklərini və xoş arzularını çatdıran Elnur Kələntərov bildirib ki, bütün zamanlarda mənsub olduğu cəmiyyətin sarsılmaz mənəvi dayağı olan, öz xarakterində milliliklə müasirliyin vəhdətini yaşadan Azərbaycan qadınları ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim fəal iştirak edirlər. Onlar respublikamızın bütün sahələrdə tərəqqisi proseslərinə, eyni zamanda, gənc nəslin milli məfkurəyə, dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə dəyərli töhfələr verirlər. Bu gün respublikamızda geniş vüsət alan demokratik proseslər qadınların cəmiyyətin həyatında iştirakının getdikcə daha da fəallaşmasına münbit şərait yaradır.

Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət yüksək milli və ümumbəşəri dəyərlərdən qaynaqlanaraq, hər bir qadının, o cümlədən dövlət himayəsində yaşayan qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını təmin edir. Bunun daha bir ifadəsi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan qadınların sosial müdafiəsinin gücləndirilməsi, onların normal həyat şəraitinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.

Bayram tədbirində pansionatda yaşayan qadınlara Nazirlik adından 8 Mart -Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələr təqdim olunub. Ürək sözlərini söyləyən qadınlar onlara göstərilən böyük qayğılara görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib, pansionatda onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda hazırda 187 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır ki, onlardan 99 nəfəri qadındır. Pansionatda əsaslı təmir işləri aparılmaqla yanaşı, mövcud tələbat nəzərə alınmaqla, pansionat üçün ikinci korpus inşa olunur.


Geri dön

★Azerbaijan girl★

  • 9 mart 2012 23:55
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
twklertrrrrrrrrr

Dalga

  • 9 mart 2012 18:58
  • Məqalə: 201
  • Şərh: 5400
  • Bal:
{awards}
Cox yaxwi edible,r axi onlari unutmaq olmaz. Hamisinin bayramini tebrik edirem

--------------------

... Deryam ...

  • 8 mart 2012 22:27
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Analari oz evinnen uzaqlawdirib oz kefini suren ovladlara ar olsun.
Cox sag olsunlar ki,o qehreman qadinlari , analari sevindiribler.
xebere gore twkler

--------------------

Bella...

  • 8 mart 2012 21:30
  • Məqalə: 2
  • Şərh: 414
  • Bal:
{awards}
hec olmasa fikirlewibler butun analari tebrik edirem,xebere gore tewekkur

--------------------
Derdimi sevirem,cunki onu VERENI sevirem...

Shokoladka

  • 8 mart 2012 21:22
  • Məqalə: 30
  • Şərh: 8441
  • Bal:
{awards}
Hm..onlarida bu gozel gunde yad etmek lazimdi,bayramlari mubarek!

--------------------


✿Victoria✿

  • 8 mart 2012 20:30
  • Məqalə: 257
  • Şərh: 3406
  • Bal:
{awards}
HMM YAXSI OLUB ONLARI DA TEBRIK ETMEK LAZIMDIR

--------------------

★Miss Love★

  • 8 mart 2012 20:20
  • Məqalə: 77
  • Şərh: 10003
  • Bal:
{awards}
mence cox gozel тedbirdir onlarida unuтmaq olmaz,bir daha buтun qadinlari тebrik edirem

Mehri_94

  • 8 mart 2012 19:16
  • Məqalə: 15
  • Şərh: 1257
  • Bal:
{awards}
butun qadinlarin bayramini urekden tebrik edirem tesekkurler

--------------------
R :love: M
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}