Yaşananlar və Törədilənlər

 
Yaşananlar və Törədilənlər

Dəmir arakəsməyə çırpılan maşın onun 21 metrlik hissəsini dağıtdı...
Bakı şəhərində ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunun 30-cu kilometrliyində qeydə alınıb.
Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olan “Marcedes” markalı avtomobil yol kənarındakı dəmir arakəsməyə çırpılıb. 37 yaşlı sürücü - Hüseyn Sultanov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Arakəsmənin dəmiri sürücünün başına girib.
Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Çünki zərbənin təsirindən maşın dəmir arakəsmələri 21 metr məsaqfədə dağıdıb.
Mərhum sürücünün avtomobil ustası olduğu və maşını cəmi 3 gün əvvəl aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

***

Bakının Suraxanı rayonunda yerləşən orta məktəbdə şagirdlərin gözü qarşısında cinayət hadisəsi törədilib. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 28-də saat 13:00 radələrində Hövsan qəsəbəsində yerlənə 270 saylı orta məktəbdə baş verib.
Naməlum şəxs dərs vaxtı sinif otağına daxil olaraq şagirdlərin gözü qarşısında oradan içərisində 260 manat və rəsmi sənədlər olan iki çantanı götürərək qaçıb.
Məktəbin direktor müavini Sadəddin Məmmədov açıqlamasında bildirdi ki, cinayət hadisəsi səhər və axşam növbələri dəyişən zaman baş verib. Nəməlum şəxs sinfə daxil olaraq şagirdləri hədələyib və müəllimələr Şəfiqə Abdullayeva ilə Azadə Mustafayevanın çantasını götürərək sinifdən çıxıb. O, ələ keçəcəyindən qorxaraq elə məktəbin 2-ci mərtəbəsində pəncərədən özünü aşağı ataraq qaçıb. Məktəb uşaqları həmin şəxsi tanıdığından, dərhal polisə məlumat verib və o elə həmin gün saat 18:00 radələrində tutulub.
Dərhal cinayət hadisəsi ilə bağlı polisə məlumat verilib. Keçirilən tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Bakıı sakini Yusif Rzayev tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) və 326.1-ci (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

***

Azərbaycanın tanınmış jurnalistləri ağır yol qəzasına düşüb. Bakı Şəhər Yol Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Milli Yol" qəzetinin baş redaktoru, 34 yaşlı Şahin Ağabəyli ölüb, "Yeni Çağ" qəzetinin baş redaktoru, Azərbaycan Dinşünaslar Birliyinin sədri 28 yaşlı Aqil Ələsgər (Fərəcəov) isə yaralanıb.
Hadisə Bakı-Astara yolunda, Sanqaçal ərazisində baş verib.
1 saylı şəhər xəstəxanasından məlumata görə, Şahin Ağabəyli və Aqil Ələsgər təxminən 1 saat əvvəl xəstəxanaya gətiriliblər. Həkimlərin səyinə baxmayaraq, Şahin Ağabəylinin həyatını xilas etmək mümkün olmayıb, Aqil Ələsgərin isə vəziyyəti ağırdır, onun bədənində bir neçə yerdə sınıqlar var.
Müstəntiq onu da əlavə etdi ki, sükan arxasında Aqil Ələsgər olub. Sürücünün idarəetməni itirərək yoldan çıxması nəticəsində maşın torpaq hissədə 50-60 metr gedib, sonra isə aşıb. Qəza zamanı maşının sağ hissəsi daha çox əzilib. Ona görə də Ş.Ağabəylinin xəsarətləri ölümcül olub.
Qəza zamanı torpaq yola çıxan "Nissan" qarşısına çıxan bir neçə ağac kollarını kəsdikdən sonra aşıb.
1 saylı şəhər xəstəxanasının önündə mərhum Şahin Ağabəyli ilə jurnalistlərin vida mərasimi keçiriləcək. Mərhumun nəşi daha sonra doğulduğu Neftçala rayonuna yola salınacaq.
Ş.Ağabəyli ailəli idi, bir övladı qalıb.

***

Xatırladaq ki, ayın 27-də “Qala” şadlıq sarayında keçirilən toy məclisinin iştirakçılarından 31 nəfəri “paytaxt salatı”ndan zəhərlənərək xəstəxanaya müraciət edib. Onlardan 15 nəfəri ilkin müayinədən sonra evə buraxılsa da, 20 nəfər xəstəxanada müalicə olunmaq ücün palatalara yerləşdirilmişdi. Onların hamısı qadınlar olub.
Xəstəxanasının baş həkimi Qədir Hüseynov məlumat verib. Baş həkim bildirib ki, son 7 xəstə bu gün müxtəlif saatlarda evilərinə buraxılıb. Xaçmaz rayon Gigiyena və Epidemiologiya şöbəsinin müdiri Bəxtiyar Haqverdiyev isə bildirib ki, hadisə “Qala” şadlıq sarayı üçün salatları hazırlayan Qurban Aslanovun gigiyena qaydalarına riayət etməməsi səbəbindən baş verib. O, bir gün əvvəldən 350 nəfər üçün hazırladığı “paytaxt salatı”nı soyuducuya yerləşdirməli olduğu halda bunu etməyib.


Geri dön

_RONALDO_

  • 8 may 2011 16:04
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
movzuya gore tew

--------------------

L_SimuS

  • 18 yanvar 2011 01:36
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler eziyyete gore

only-girl

  • 6 yanvar 2011 19:30
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
Təşəkkür

--------------------

Sergio Ramos

  • 27 dekabr 2010 01:33
  • Məqalə: 851
  • Şərh: 3670
  • Bal:
{awards}
xəbərə görə təşəkkür

--------------------

Just For Legend

  • 21 dekabr 2010 20:02
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
maraqli melumata gore cox sag ol

--------------------

Yusif

  • 2 noyabr 2010 17:46
  • Məqalə: 444
  • Şərh: 3321
  • Bal:
{awards}
twklllllleeeeeeerrrrr1111111

Ulya

  • 1 noyabr 2010 21:42
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
xebere gore twk

Mr_Unlimited

  • 1 noyabr 2010 00:46
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
maraqli xeberler gore tewekkurler

R_O_M_A

  • 31 oktyabr 2010 22:05
  • Məqalə: 463
  • Şərh: 1132
  • Bal:
{awards}
movzuya gore tew

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 38
Cəmi: 64

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}