“Yahoo!” “Facebook”u məhkəməyə verir

 
“Yahoo!” “Facebook”u məhkəməyə verir

ABŞ-ın nəhəng informasiya texnologiyaları şirkətlərindən olan “Yahoo!” korporasiyası “Facebook” sosial şəbəkəsini intellektual mülkiyyət hüquqlarını pozmaqda ittiham edib.

APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, populyar axtarış saytının sahibi olan korporasiya Mark Tsukerberqin şirkətini “Yahoo!”nun patentləşdirdiyi texnologiyalardan istifadə etməkdə də suçlayıb.

İki şirkətin nümayəndələri məsələyə aydınlıq gətirmək üçün danışıqlar masası arxasına oturublar. Onlar “Yahoo!”nun 20 patendindən 10-u ətrafında fikir mübadiləsi aparıblar. Sonuncu danışıqların detalları barədə açıqlama verməsə də, korporasiyadan bildirilib ki, dünyanın ən nəhəng sosial şəbəkəsi ilə məhkəmə çəkişməsinə hazırlaşırlar. Tələb olunacaq təzminatın miqdarı da açıqlanmayıb.

Əgər iş məhkəməyə gedib çıxarsa, bu, sosial media bazarında ilk məhkəmə çəkişməsi olacaq. Hələlik patentlə bağlı ən səs-küylü iş iki texnologiya nəhəngi - “Apple” və “Samsung” arasında hələ də davam edən məhkəmə çəkişməsidir.

Qeyd edək ki, əsası 1994-cü ildə qoyulan “Yahoo!” şirkətinin mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Sanniveyl şəhərində yerləşir. Populyar axtarış sisteminə malik şirkət internet-xidmətlərin geniş spektrini təqdim edir ki, bunları da 500 mln. nəfərdən artıq istifadəçi ziyarət edir.


Geri dön

C.I

  • 10 mart 2012 11:17
  • Məqalə: 481
  • Şərh: 4983
  • Bal:
ayyyyyyyyyy ne pissssssssssssssss

--------------------

enigmatic_girl

  • 9 mart 2012 21:41
  • Məqalə: 2097
  • Şərh: 12943
  • Bal:
{awards}
ayyyy ne yaxsi.... wink

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}