And içməyin hökmü və şərtləri

 
And içməyin hökmü və şərtləri

And içməyin hökmü və şərtləri.

Əgər bir işi yerinə yetirəcəyinə, ya tərk edəcəyinə and içsə, məsələn, oruc tutmağını, ya siqaret çəkməməyini and içsə, belə ki, bilə-bilə andı ilə müxalifət etsə, günah etmiş olur və gərək kəffarə versin, yəni bir qul azad etsin, ya on fəqiri doydursun, ya onları geyindirsin, əgər bunları edə bilməsə, gərək üç gün ardıcıl oruc tutsun.

Andın bir neçə şərti vardır:
1. And içən şəxs, gərək baliğ və aqil olsun. Qəsd və ixtiyar üzündən and içsin. Deməli, uşaq, dəli məst və məcbur olunan şəxsin and içməsi düzgün deyildir. Həmçinin əsəbi halda, ixtiyarsız və qəsdsiz and içsə, düz deyildir.
2. And içib yerinə yetircəyi iş, gərək haram, ya məkruh olmasın və and içib tərk edəcəyi iş gərək vacib, ya müstəhəbb olmasın. Əgər mübah işi tərk edəcəyinə, ya yerinə yetirəcəyinə and içsə, onu tərk etmək və ya əmələ gətirmək əql sahiblərinin nəzərində üstünlüyə malik olarsa, yaxud onun özü üçün dünyəvi məsləhəti olarsa, andı səhihdir.
3. Allahın adlarından birinə and içsin ki, Onun müqəddəs zatından başqa o ad heç kəsə deyilməz, məsələn; «Allah», «Xuda». Yaxud yalnız Allaha məxsus olan sifət və ya fellərlə Allahı yad etsin, məsələn asimanları və yeri yaradan kəsə and olsun deyə and içsin. Və ya elə bir ada and içsin ki, o ad Allahdan başqasına da deyilər, amma o ad, o qədər Allaha deyilib ki, nə vaxt bir şəxs o adı desə, ancaq onun müqəddəs zatı nəzərə gəlir. Məsələn; «Xaliq» və «Raziq» adına and içsə, səhihdir. Hətta elə bir ada and içsə ki, yalnız and içmə məqamında Allahın zatını xatırlayarsa, (Səmi və Bəsir kimi) andı səhihdir.
4. Andı dilə gətirməlidir. Amma lal olan bir şəxs işarə ilə and içərsə, səhihdir. Həmçinin danışmaq gücünə qadir olmayan bir şəxs, əgər onu yazıb, qəlbində də qəsd edərsə, kifayətdir. Hətta əgər danışmağa qadir olsa belə, andı yazarsa, vacib ehtiyata görə ona əməl etməlidir.
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, amma, sonradan mümkün olsa, kifayətdir.
Əgər and içdiyi zaman mümkün olub, sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozular. Həmçinin əgər anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa, hökm eynidir. Əgər bu acizlik onun ixtiyarı ilə olsa, yaxud öz ixtiyarı ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah edib və kəffarə də vacibdir.
Əgər ata övladını, ya da əri arvadını and içməkdən çəkindirərsə, onların andı səhih deyildir.

Əgər övlad atasının icazəsi olmadan və arvad ərinin icazəsi olmadan and içərsə, ata və ər onların andını poza bilər.
Əgər insan unutqanlıq, çarəsizlik və ya qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin, əgər onu andına əməl etməməyə məcbur etsələr də bu cürdür. Vəsvəsəli olan şəxs, məsələn; «Allaha and olsun ki, indi namaza başlayıram» – deyə and içərsə, sonra da vəsvəsəli olduğuna görə namaza məşğul olmazsa, belə ki, onun vəsvəsəsi qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək şəkildə olarsa, ona kəffarə verməsi lazım deyildir.
Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəni sona yetirmək müqabilində yalan yerə and içmək böyük günahlardandır. Fəqət özünü və ya başqa bir müsəlmanı bir zalımın şərrindən qurtarmaq üçün yalandan and içərsə, eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız «tovriyə» etməsi (yəni and içdiyi zaman, sözün əsil mənasını bir işarə qoymadan cümlənin zahirdən ifadə etdiyi mənadan başqa bir məna qəsd etməsi) mümkündürsə, vacib ehtiyat odur ki, tovriyə etsin. Məsələn, bir şəxsə əziyyət etmək istəyən bir zalım, insandan onu görüb-görmədiyini soruşarsa, o da onu bir saat qabaq görübsə, beş dəqiqə qabaq görmədiyini qəsd edərək «xeyr, görməmişəm» – deyər.

And içməyin hökmü və şərtləri


Geri dön

B_A_H_A_R

  • 9 mart 2012 19:39
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
COX GOZEL ALLAH RAZI OLSUN.PEYGEMBERIMIZ (S.A.V)BUYURUB KI :YALNIZ ALLAHA AND IC YA DA SUS : YENI HEC KIMIN CANINA AND ICME HELE BEZEN INSANLAR ATANIN CANINA AND ICIRLER BU COOOX SEHVDIR OLMAZ GUNAHDIR TEKCE ALLAHA AND ICMEK OLAR O DA HER SEYE GORE YOX UMUMILIKDE ISE SUSMAQ DAHA GOZLEDIR SENE INANAN INANAR ESAS ODUR KI ALLAH HER SEYI GORUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

Priya

  • 9 mart 2012 11:33
  • Məqalə: 115
  • Şərh: 1942
  • Bal:
{awards}
Dinarcım,inan ki,bu yazın lap yerinə düşdü.Mənim başıma belə bir şey gəlib.İndi nə etmək lazım olduğunu bildim.Təşəkkürlər sənə.Allah razı olsun.

--------------------




lau

  • 9 mart 2012 11:00
  • Məqalə: 0
  • Şərh: 190
  • Bal:
{awards}
cox deyerli melumatdi tesekkurler

--------------------
Dost istəsən ALLAH, sohbət istəsən Quran, düşmən istəsən nəfs, varlı olmaq istəsən qənaət yetər!!!

Ku-ku

  • 9 mart 2012 09:56
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}