Məktub almışam səndən

 
Məktub almışam səndən

Bu an, bu dəqiqə bəlkə də, bu dünyada məndən xoşbəxt insan yoxdur. Gözümdə hər şeyin rəngi dəyişib. Qanad açıb uçacağam bu saat..
Məktub almışam səndən...
Bu nədir? Yoxsa isti nəfəsini, odlu baxışlarını, qaynar təbiətini bir parça kağıza hopdurub göndərmisən mənə? Bir onu bilirəm ki məktubu tutduğum əlimin istisi hərarəti od vurub yandıracaq məni.
Mənə elə gəlir ki ovcumda tutduğum bu kağız parçası heç məktub deyil, sənin əllərindir. Elə istəyirəm ki, bu bir anlıq olsa da, olsun, amma həqiqət olsun. Bəsdir xəyallarla yaşadım. Əllərimdən tutub apar məni özünlə. Elə bir yer olsun ki, bir sən ol, bir də mən. Danış, ürəyindən keçənləri söylə, bir-bir pıçılda qəlbimə. Məktubda nə yazmısan bilmirəm, yazdıqlarını danışma, qoy onlar mənim üçün yaz çiçəkləri kimi təzə tər olsunlar..


Məktub almışam səndən

Məktub almışam səndən....
Kim bilir, bəlkə də bu məktub sətir-sətir, cümlə-cümlə hopacaq ürəyimin yaralarına, bəlkə elə gecə-gündüz uğursuz dünyamda uğursuz talehimə, bəxtimə ünvanladığım sualların cavabı elə bu məktubdadır... Eeeh, gör nə fikirləşirəm.
Məktub almışam səndən...
Bəlkə?.... Bəlkə bu yazdıqlarım onsuzda sınmış qəlbimi bir daha viran edib, dərdimin üstünə dərd gətirəcək, xəyallarımda uydurduğum “sənli-mənli” dünyamı alt-üst edəcək, uşaq kimi ağlayan eşqimin laylasına dönüb, onu ovundurmayacaq?...
Məktub almışam səndən...
Daha dözə bilmirəm. Əllərim yanır...


Geri dön

Just For Legend

  • 21 dekabr 2010 20:50
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
maraqli melumata gore cox sag ol

--------------------

Yusif

  • 7 noyabr 2010 18:13
  • Məqalə: 444
  • Şərh: 3324
  • Bal:
{awards}
tesekkurler

Ulya

  • 1 noyabr 2010 20:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur

Kisa_Kiss

  • 1 noyabr 2010 13:54
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
winked [b]спасибо[/b]

--------------------

sevgi yalandir

  • 30 oktyabr 2010 21:00
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 37
Cəmi: 56

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}